Öz qanında boğulan qadın

Öz qanında boğulan qadın
Maraqlı məlumatlar
10.09.2017 12
Adi
təsadüf nəticəsində, hər hansı maraqlı olay zamanı çəkilmiş fotolar ən
çox seyr edilən görüntülərdir. Çünki belə şəkillər insanların marağını
daha çox cəlb etdiyindən izlənilir. Elə fotolar da var ki, onların
baxılma sayı milyonlarladır. Belə şəkillər arasında faciə, sirli hadisə,
maraqlı olayları əks etdirən fotolar da var.

 

Ən qorxunc, qeyri-adi, maraqlı, çox baxılan fotolarını təqdim edirik

Divanda
uzanmış qadının fotosu – 1909-cu il. Əslində, o yatmayıb. On
doqquzuncu, habelə ötən əsrin əvvəllərində ölmüş insanların fotolarını
çəkmək dəb halını almışdı. İnsanlar dünyasını dəyişmiş doğmalarının
fotolarını çəkir, eləcə də özləri ölülərlə xatirə fotoları
çəkdirirdilər.

 

Lakin divanda uzanmış bu qadının ölümü digərlərininkindən çöx fərqlidir: o, öz qanını içərək ölüb...

 

1945-ci
ildə baş vermiş avtomobil qəzası. Nəticə çox ağır, ağır olduğu qədər də
qeyri-adidir. Avtomobil işıq dirəyinə elə zərblə çırpılır ki, sürücünün
cəsədi dirəyin başına düşür...

 

Constaunda
kütləvi intihar... Çoxumuz elə bilirik ki, son illər ABŞ-da baş vermiş
ən təhlükəli hadisə 2011-ci ilin 11 sentyabr faciəsidir. Əslində isə
ölkədə bu olaydan əvvəl də faciə yaşanıb. Bu, Constaundakı kütləvi
özünəqəsd hadisəsidir. Bu hadisə zamanı 918 nəfər özünü öldürüb...

 

Vampir
Auqust Delaqranqın ürəyi... Ürəyinin fotosu kimi özü də qorxunc olub.
Auqust ən azı 40 nəfəri qətlə yetirərək onların qanını içib...

Ər
və arvadın son fotosu. Cütlüyün son fotosundakı qadın, əslində, 2 gün
əvvəl dünyasını dəyişib. Əri mərhuməni bəzədərək onunla son fotosunu
çəkdirib. Qadının hansı səbəbdən dünyasını dəyişməsi haqda məlumat
yoxdur...

 

1948-ci
ildə çəkilmiş fotoda lövhədə şəkil çəkən uşağın fotosu da olduqca
maraqlıdır. Əslində, valideyn qayğısından məhrum olan bu azyaşlı heç
vaxt üzünü görmədiyi evlərinin "foto”sunu çəkib. O, evlərini lövhədəki
kimi təsəvvür edir...

 

Livanın
paytaxtı Beyrutda dostların ölümqabağı son fotoları. Onlar küçədə şəkil
çəkdirərkən bunun sonuncu foto olacağını ağıllarına da gətirmirdilər.
Gənclərdən bir neçə metr kənardakı avtomobilin salonunda quraşdırılmış
bomba livanlıların həyatının sonunu gətirdi...

 

Yüksəkmərtəbəli
binalardan birindən özünü ataraq intihar etmiş Evelin Makxeylin fotosu
onu çəkən fotoqrafı məşhurlaşdırdı. Bu özünəqəsd isə tarixə ən "gözəl”
intihar kimi düşdü...

 

Ukraynada
–Odessadakı sərdabədə tapılmış meyitin fotosu. Bədənin yarısı çürümüş
vəziyyətdədi. Foto ukraynalıları dəhşətə gətirmişdi...

 

Həyatının
ilk ilini sirkdə keçirmiş Mertl Korbinin fotosu. O, bir neçə ayaqla
doğulmuşdu. Qadının nəinki özünü, fotosunu da görənlər ilk baxışdan
təəccüblənir, bəziləri hətta qorxurdu...

 

Xəstəxanalardan
birinin müşahidə kamerasına düşmüş görüntü... Bu qeyri-adi görüntüdən
bir neçə saniyə sonra palatadakı xəstə dünyasını dəyişir. Onun ruh
olduğu ehtimal edilir...

 

Avstraliyada
bir dalğıc tərəfindən çəkilmiş fotoda kadra təsadüfən düşmüş görüntü
hər kəsi təəccübləndirir. Araşdırmalardan sonra görüntünün bal ayında
əri tərəfindən qətlə yetirilmiş qadının meyiti olduğu aşkarlanır...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!