Başdaşıyla şəkil çəkdirənlər

Başdaşıyla şəkil çəkdirənlər
Maraqlı məlumatlar
10.09.2017 19
Feysbuku
açırsan: Xaşalqarın bir kişi anasının qəbri üstündə şəkil çəkdirib
səhifəsinə qoyub. Qarnı qəbrin üstünə sallanır. Şəklin üstündə yazılıb:
"Bu gün sənsizliyin 10-cu ilindəyik, səni unutmadıq, ana!"
Şərhlərə
göz atanda adamın başı hərlənir. Fotonun altında min beş yüz doxsan
altı nəfər yazıb: "Allah rəhmət eləsin!" Başsağlığını müxtəlif
"naxış"larla bəzəyənlər də var: "Allah rəhmət eləsin, məkanı cənnət
olsun". Yaxud belə: "Anasızlığın acısını yalnız çəkənlər bilər, qəbri
nurla dolsun".

Bir
gəncin, uşağın ölüm xəbəri olanda isə bu adamlar Vahid demiş, "xüsusən
zövq alarlar". Daha çox ağlaşma, daha çox paylaşma, qəbrin üstündə daha
çox ağnaşma üçün yaranan münbit şərait bu adamları xoşbəxt eləyir.

Bizim
insanlar öz yas adətlərini feysbuka - Zukerberqin işıqlı məqsədlər üçün
yaratdığı virtual dünyaya zorla dürtüşdürür, buranı da öz
qaramatlıqları ilə korlayırlar.

Bir
dostun-tanışın ölüsü düşür. Həmin adamın evinə axışan xalqımızın sual
yağışı başlayır: "Nədən öldü, saat neçədə keçindi, öləndə yanında kim
var idi, axır sözü nə oldu?"

Bir
də gəlib "Allah rəhmət eləsin" deyənlər... Maraq üçün təcrübə keçirə
bilərik. Yası-filan düşməyən bir adam ayaq üstə dayansın. Yüz nəfər
gəlib onun əlini sıxsın, qucaqlayıb desin: "Allah rəhmət eləsin", "Allah
səbr versin", "Başın sağ olsun". Həmin adam özünü necə hiss eləyər? Yüz
dəfə "Başın sağ olsun" eşidən adamda başmı qalar, allahsızlar?!

Söhbət
qəbirdən, qəbristanlıqdan getmir. Bizim insanların münasibəti
qaramatdır. "Müsəlmanam" deməklə deyil ki... Azərbaycan insanı o dünyaya
səmimi qəlbdən inanmadığına görə onun üçün ölümdən ağır faciə yoxdur.
Bəlalarımızın kökündə də bu məqam dayanır. Elə bilirik, öldük, vəssalam,
hər şey bitdi!

O
gün dostumuz danışır. Deyir, axşam anam zəng elədi ki, atan keçinib.
Şəhərdəydim, tez getdim evə, vaxt necə keçdi, bilmirəm. Doluşdular evə,
dedilər, aparırıq rayona. Düşdük aşağı, dəqiqədə 75 "Allah rəhmət
eləsin" eşitdim. Boğulurdum, hamını qovub, atamla tək qalmaq
istəyirdim...

Demək
istədiyim odur ki, doğmaya sevgi qəbirlə şəkil çəkdirib feysbuka
qoymaqla, dostun dərdli günündə "Başın sağ olsun" xorunda oxumaqla
ölçülmür. Bu qəbirsevərlikdən əl çəkmək lazımdır. 

Yazının sonunda mənim üçün ən optimal olan başsağlığını sizinlə
bölüşmək istəyirəm. Bir dostumuz doğmasını itirib. Onun yanına gedirik,
bağrımıza basırıq və yanında dayanıb susuruq. Qoy ruhlar narahat
olmasın...

Sevinc Fədaiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!