Drakula Voyvoda III Vlad Tepeş - tük ürpədən faktlar!

Drakula Voyvoda III Vlad Tepeş - tük ürpədən faktlar!
Maraqlı məlumatlar
10.09.2017 39
Dünya ədəbiyyatında ən "məşhur” vampir
Brem Stokerin təxəyyülünün məhsulu olan "Drakula”dır. "Klassik”
Drakulanın müasir obrazı  bu vampir hesab olunur.

Əslində isə bu vampir obrazının
törətdiyi müdhiş vəhşiliklər, əsl Drakulanın – yəni, həqiqətdə
Valaxiyanın (indiki Rumınya ərazısı) knyazı olmuş, "Drakula” ləqəbli III
Vladın törətdiyi qorxunc vəhşiliklərlə müqayisədə, uşaq nağıllarına
bənzəyir. Müqayisə üçün azens.az saytının təqdim etdiyi aşağıdakı 10
tarixi fakta nəzər salaq:



1. Drakula çörəyi bir vedrə qana batırıb yeyərdi.

Drakula haqqındakı yazılardan belə
məlum olur ki, əslində, Drakula, öz şikarının boğazını dişləyərək qanını
içmirmiş. Amma o qanı qida məhsulu kimi gündə bir neçə dəfə qəbul
edirmiş. O, işgəncə ilə öldürdüyü adamların qanını vedrəyə doldurtdurub,
yediyi çörəyi vedrədəki qana batırıb qanla isladaraq, yeyərmiş.

XV əsrdə yaşamış Mişel Bexyonun
əlyazmalarında deyilir ki, knyaz III Vlad (Drakula) həmişə öz
iqamətgahına bir neçə nəfər qonaq dəvət edərmiş. Onlara yaxşı bir süfrə
açar, sonra onları elə süfrə başındaca ucu itilənmiş payalara
keçirtdirər, yuxarı dalqırtdırıb aşağıda vedrə qoyarmış. Vedrəyə tökülən
isti qana çörək batırıb yeyərmiş.

 

2. Atasının qisasını almaq məqsədilə Drakula 100-dən çox adamı qətlə yetirmişdir.

O, onları sadə yolla öldürməmişdir.
Onların qarınlarını küt qılıncla kəsərək, onlar işgəncə və
əzab-əziyyətli ölümə məhkum edirmiş.  Onun atası 1448-ci ildə
öldürülmüşdür və elə bu ildən III Vlad Valaxiyaya rəhbərlik etmişdir. 

III Vlad yeniyetmə illərinin çox
hissəsini türk türmələrində keçirmişdir. O, azad olduqdan sonra öyrənir
ki, atasını öz xalqı macar hərbiçilərinə satıblarmış. Onu da öyrənir ki,
bu işdə əsasən atasına yaxın olan zadəganlar yaxından iştirak ediblər.
III Vlad onların kimlər olduqlarını adbaad bilmədiyindən, gənc knyaz
kimi zadəganların hamısını evinə qonaq çağırır. Yeyib-içən zaman
qəfildən əsgərlər içəri girib, zadəganların hamısını qılıncdan
keçirərək, qanlarına qəltan edirlər. Beləliklə o, 500-dən çox zadəganı
qətlə yetirmişdir. Sonralar o, bu taktikadan istifadə etməyib.

 

3. "Drakula”nın mənası – "Əjdaha oğlu”-deməkdir.

III Vlad (Drakula) həqiqətən də
istəyirdi ki, onu "Drakula” deyə çağırsınlar. Onun atası II Vlad "
əjdaha ordeni” gizli cəmiyyətinin üzvü olmuş və bununla həmişə fəxr
etmişdir. Hətta adını dəyişib "Drakul” qoyubmuş. "Drakul” – rumın
dilində "Əjdaha” deməkdir. III Vlad da sonralar həmin ordenin üzvü olmuş
və "Drakula” adlandırılmışdır.Yəni- "Əjdaha oğlu”. Sonralar törətdiyi
vəhşiliklərə görə xalq onu "İblisin oğlu” – deyə çağırırmış.

 

4. Drakulanın yumor hissi də varmış.

O, əksər hallarda öz şikarını
öldurməzdən əvvəl onunla zarafatlaşarmış. Amma bu zarafatlar istehzalı,
acı zarafatlar olurmuş. O, adamlara işgəncələr verə-verə onlarla
zarafatlaşırmış.

 

5. Adamları payaya keçirtdirmək yeganə cəza növü idi.

İlk baxışda adama elə gələ bilər ki.
Drakula sadəcə bir manyak və ya dəli imiş. Amma bu heç də belə deyil.
III Vlad (Drakula) Valaxiyanın knyazı idi və və törətdikləri bütün
vəhşilikləri guya, qanunlar çərçivəsində edirmiş. Hamını bir-bir payaya
taxdırmağı isə bir cəza növü kimi tətbiq edirmiş. Törədilən cinayət nə
olur-olsun, hamısı payaya taxılmaqla cəzalandırılırdı. Amma bir dəfə
necə olursa, cinayətkarı başqa cür cəzalandırır. Bir dəfə bir dəstə
qaraçı onun ərazisindən oğurluq edir. Oğurluq edən qaraçı tutulur.
Drakula əmr edir ki, onu bişirsinlər və digər dəstə üzvülərini də məcbur
etdirir ki, onun ətindən yesinlər.

 

6. Drakula knyaz olduğu əyalətdə kasıb və xəstələrlə necə rəftar edirmiş?

Knyaz olduğu Valaxiyanın paytaxtı
Tırqovişte şəhərində səliqə-səhman, qayda-qanun yaratmaq məqsədilə
Drakula şəhərin bütün xəstə, kasıb və avara adamlarını öz evlərindən
birinə qonaq çağırır. Qonaqlar yeyib-içib qurtardıqdan sonra Drakula evi
tərk edir və əmr edir ki, evin qapı və pəncərələrini mıxlayıb evi
yandırsınlar. Evin içindəki qonaqlar da evlə bərabər yanıb külə dönür.
Hələ bu harasıdır, deyilənlərə görə, elə olurdu ki, heç bir səbəb
olmadan Drakula bir kəndi əhalisi ilə bərabər yandıraraq külə
döndərirdi.



7. Drakula camaata qızıl kuzələr "hədiyyə” edirdi.

Yüzlərlə, minlərlə qətllərdən məlum
olurdu ki, Drakula öz xalqını özü istədiyi kimi idarə edirmiş. Bir dəfə
xalqın ondan nə dərəcədə qorxduğunu yoxlamaq üçün şəhərin mərkəzi
meydanına qızıldan düzəldilmiş kuzələr qoydurur və deyir ki, kim
istəyirsə bu kuzələrdən içki içmək üçün istifadə edə bilər. 60.000
əhalidən heç kəs kuzələrə yaxınlaşmağa belə cürət etmir.



8. Türk qəsbkarlarının acığına Drakula bütün su quyularını zəhərləyibmiş.

XV əsrdə Valaxiya tez-tez türklər
tərəfindən hücumlara məruz qalırdı. "Küncə sıxılmış” halda qalmağı
sevməyən Drakula ordusunu gətirir ki, türkləri torpaqlarından qovub
çıxarsın. Döyüşdə Drakulanın ordusu məğlub olur və geri çəkilməyə məcbur
olur. Bu zaman Drakula əmr edir ki, bütün kəndləri əhalisi ilə birlikdə
yandırsınlar və bütün su quyularını zəhərləsinlər. İrəliləyən türklərin
əlinə heç nə keçməsin deyə.



9. Drakula bütünlükdə 100.000 nəfəri qətlə yetirmişdir.

Tarixçilərin araşdırmalarına görə,
Drakula yaşadığı müddət ərzində 100.000-dək adamı qətlə yetirmişdir.
Nəhayət ki, türklər paytaxt Tırqoviştə çatanda dəhşətli bir mənzərənin
şahidi olurlar. 20.000 türk əsgərinin payaya keçirilmiş cəsədlərindən
ibarət meşə ilə rastlaşırlar.

 

10. Drakulanın cəsədi yoxa çıxmışdır.

Türklərlə döyüş zamanı III Vlad
(Drakula) həlak olur. Onun vəhşiliklərindən cana doymuş əsgərlər onun
ölüsünün başını bədənindən ayıraraq, türklərə verirlər və özləri də
türklər tərəfə keçirlər. Türk əsgərləri isə Drakulanın kəsilmiş başını
türk sultanına təhvil verirlər. Türk sultanı Drakulanın başını nizəyə
keçirir və sarayının divarından asılmağını əmr edir.

Deyilənlərə görə, Drakulanın cəsədi
Buxarest yaxınlığındakı monastr qəbirstanlığında basdırılmışdır. Digər
bir məlumat isə bunun əksini söyləyir. Bu məlumata görə, başı
kəsildikdən sonra Drakulanın başsız cəsədi yoxa çıxmış, tapılmamışdır.
Başqa bir  məlumata əsasən isə, Drakulanın cəsədi torpağa tapşırılmış,
amma sonradan onun qəbri yoxa çıxmışdır. Bu versiya-yəni, qəbrin yoxa
çıxması daha inandırıcıdır. Çünki Drakulanı dəfn edəndə, bütün
cəh-cəlalları ilə birgə basdırmışdılar. Yəqin ki, sonradan soyğunçu
quldurlar tərəfindən qəbir qarət olunaraq  məhv edilmişdir.

 

Drakula Voyvoda-nın insanlara verdiyi tükürpədici, insanı dəhşətə gətirən cəzaları:...

  



 

  P.S.
Göründüyü kimi "vampir"lər haqda olan əfsanələr də burdan qaynaqlanır.
İndi bir çox yeniyetmələr vampir olmaq həvəsindədir. Ya da "Mən
vampirəm" deyib özlərinin fərqli olduğunu düşünürlər))) Məncə bu yazıda
hər şey açıq-aşkar ortadadır. gerçəkdə vampirlər deyə bir şey yoxdur.
Sadecə bu virusa yoluxan xəstə insanlar var ki, onlar da insan qanı
içməyə həvəslidir (tibbdə bu xəstəliyin adı tam olaraq necə idi yadımdan
çıxıb). Drakula sözünün mənası da yazılıb məqalədə. Voyvoda (III Vlad)
adlı psixi problemləri olan, əsl manyak hökmdarın ləqəbi olub. 

Vampirlərin sarımsaq sevməməkləri, guya
günəşdə yanıb kül olmaları və s. hamısı əfsanədir)) Vampirlər haqda
çəkilən fantastik filmlərə baxıb özünüzü vampir hesab etməyin))скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!