Misir ehramlarının sirri

Misir ehramlarının sirri
Maraqlı məlumatlar
10.09.2017 72
Alimlər
və araşdırmaçılar 1000 illərdi ki,  bu sirlərin açılmasında baş
sındırmaqdadırlar. Bu sirli aləmlərdən biri də Misir ehramlarıdır. Bu
sahədə uzun illərdir tədqiqatlar aparılmasına baxmayaraq, hələ də heç
bir uğur əldə edilməmişdir.

Mistik
komplekslər sırasına daxil olan 3 Misir ehramı və Sfinksın heykəli hələ
də alimləri təəccübləndirmək və heyrətləndirməkdə davam edir. Misir
ehramları "Dünyanın 7 möcüzəsi”nə daxil olanların içərisində yeganə
qədim abidədir ki, neçə minilliklərdir ki, heç bir ciddi dəyişikliyə
uğramamış, uçquna və dağıntıya məruz qalmamışdır. Bu 3 möhtəşəm tikiliyə
- yəni, Misir ehramlarına nəzər salanda, bu tikililərin insanlar
tərəfindən yaradılması inandırıcı görünmür. Bu möhtəşəm ehramların necə
və kimlər tərəfindən tikildiyi 1822-ci ildən bəri alimlər arasında
mübahisələrə səbəb olmuşdur. Alimlərin fikirləri içərisində tamamilə
fantastik olanları da vardır. Amma indi tam əminliklə demək olar ki,
ehramların tikilmə tarixi eramızdan 2500 il əvvələ gedib çıxır.
Alimlərin tədqiqatlarına əsasən, ehramların ən möhtəşəmi olan Xeops
ehramı eramızdan 2500 il əvvəl  tikilmişdir. Bu ehramın ilk hündürlüyü
146 metr olmuş və  bütünlüklə ağ əhənglə suvanmışdır. İndi isə ehramın
hündürlüyü 135 metrdir və üzərinə çəkilmiş əhəngdən əsər-əlamət belə
qalmamışdır. Əhəng örtük yalnız Xefren ehramının kəllə hissəsində bir
azca qalmaqdadır. Ümumiyyətlə bu möhtəşəm ehramların nə məqsədlə, nə
üçün və kimlər tərəfindən inşa edilməsi hələ də bir sirr olaraq qalır və
bu sirrin açmasında insan şüuru acizlik çəkir.

Məşhur
okkulist Y.P. Blavatskayanın sözlərinə görə, ehramlar eramızdan 2500 il
əvvəl deyil, ondan 75 min il əvvəl  atlantidalıların genofonunun
saxlanılması məqsədilə inşa edilmişdir. Digər mülahizələrə nisbətən, bu
mülahizə daha ağılabatandır.  Nostradamus da öz yazılarında bildirmişdir
ki, ehramlar atlantidalılar tərəfindən inşa edilmişdir.

Alimlərin
apardıqları tədqiqatlar zamanı məlum olmuşdur ki, ehramların və Sfinks
heykəlinin altında boş otaqlar mövcuddur. Belə ki, bu boş otaqlarda
insan sivilizasiyası sirlərinin saxlanıldığı güman edilir. Təəccüblü
olanı odur ki, ehramların və Sfinksın heykəli ətrafında yenidən tədqiqat
və arxeoloji işlərin aparılmasında Misir hökuməti heç də maraqlı deyil.
Ya turizm biznesinə ziyan vurulmasından, ya da nəsə digər bir şeydən
ehtiyatlanırlar.

Misir
ehramlarının sirri birbaşa İmhotepin adı ilə bağlıdır. Bu alimin adı
Misir tarixinə başdan-başa qırmızı xətlə yazılıb. Eramızdan  2630 il
əvvəldən başlayaraq, bu alim dövrünün ən dahi şəxsi olmuşdur və onunla
yalnız Leonardo da Vinçi müqayisə oluna bilər. İmhotep fironun baş
məsləhətçisi olmuş və ilk ehramın layihəsini məhz o işləyib
hazırlamışdır. Bu şəxs həm də misirlilərin "Tibb İlahəsi” olmuşdur. O,
çox bacarıqlı həkim, həm də Misir təbabətinin banisi, arxitektor, dahi
yazıçı və filosof olmuşdur. İmhotep qeyri-adi bir istedada, elmə və
biliyə malik olmuşdur. Belə bir fitri istedada, elmə, biliyə malik olan
bu insanın real olaraq mövcudluğuna indiki alimlər hələ də şübhə ilə
yanaşırlar. Yalnız ehramların deyil, Misirdəki digər qədim tikililərin
də müəllifi odur. Dünyasını dəyişməklə İmhotep bu möhtəşəm tikililərin
sirlərini də özü ilə aparmışdır. Bu sirlərin üzərində indi də XXI əsrin
alimləri baş sındırırlar.

Digər
mülahizələrdə isə qeyd edilir ki, -"doğrudanmı qədim misirlilər bu
ehramları fironların xatirələrini daim yad etmək üçün inşa etmişlər???”.
Maraqlı olanı odur ki, ehramların içərisində bağlı boş otaqlar çoxdur.
Bunun da  dəfn olunma ənənələrinə heç bir aidiyyatı yoxdur. Hələ indiyə
qədər də dəqiq bilinmir ki, firon Xufu (Xeops) bu bağlı boş otaqların
hansında basdırılmışdır.

Alim
və tədqiqatçılar özləri də artıq etiraf edirlər ki, Misir ehramlarının
sirlərinin hər hansı birinin açılışı 100-lərlə yeni sualların
yaranmasına səbəb olur. Xeops ehramının tikiliş planı daha qədim ehramın
yəni – eramızdan 14 min il əvvəl inşa olunmuş ehramın proyektindən
götürülmüş və əvvəlkindən 2 dəfə böyük ölçüdə inşa edilmişdir.

Tədqiqatçıların
verdikləri son məlumatlarda qeyd edilir ki, ehramların inşası zamanı
içərisində işləyən işçilər böyük fənərlərdən istifadə edirmişlər.
Tədqiqatçılar ehramların içərisində qazıntı işləri apararkən bu
fənərlərə rast gəlmişlər. Üstündən neçə min illər keçməsinə baxmayaraq,
fənərlər hələ də zəif işıq saçırlarmış. Bu da – yenə də, açılması mümkün
olmayan yeni suallar ortaya çıxarır....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!