Dünyanın qeyri-adi 5 restoranı - fotolar

Dünyanın qeyri-adi 5 restoranı - fotolar
Maraqlı məlumatlar
10.09.2017 40
Turistlər
hər zaman macəra axtarışındadır. Onları fərqli tarixi yerlər, təbiət
mənzərələri ilə yanaşı yeni tikilililər də maraqlandırır. Hər zaman
yenilik və fərqlilik axtarışında olan turistlər getdikləri ölkəni
maksimum dərəcədə gəzib, yeni-yeni yerlər və macərəlar axtarırlar. Öz
truzmini inkişaf etdirmək istəyən ölkələr daha fərqli binalar,
restoranlar tikməklə turistləri cəlb etməyə çalışır. Adi sıradan bir
restoran hər ölkədə tapılar. Yeni dadlarla yanaşı insanları ən çox
fərqli məkanlar özünə çəkir.



Odur ki, Qadınlar.biz  sizlərə dünya ölkələrində yerləşən ən qeyri-adi restoranları təqdim edir.



Bu restoranlardan biri Maldiv adalarında
yerləşən İthaa restoranıdır. Bu restoranın fərqli və möhtəşəm cəhəti
dəniz sularının altında yerləşməsidir. Hər kəs üçün yer üstündə yerləşən
restoranlar adi haldır. Suyun altında şüşələrlə bağlı bu restoran
turistləri öz yemək reseptləri ilə də hər zaman razı salır. Ona görədə İthaa The Daily Meal tərəfində dünyanın ən yaxşı restoranı seçilib.







Taylanda gedən
tursitlərin bu ölkədə ən çox marağına səbəb olan isə ağac təpəsində
yerləşən Soneva Kiri restoranıdır. Ko Kut meşələrində ağacların başında
quraşdırılan bu restoranlar bir quş yuvasını xatırladırlar.







Digər bir restoran isə Meksikada yerləşən
Alux restoranıdır. Alux təbətin insanlara bəxş etdiyi bir möcüzədir.
Onun özəl cəhəti yerin atında yerləşməsidir. Bu restoran turistlərin
sevimli məkanları siyahısındadır.







Zanzibarda yerləşən
Qaya restoranı da ən məşhur restoranlar siyahısındadır .Bu restoran
Zanzibarın Michamwi Pingwe yarımadasında yerləşir. Restoranın internet
səhifəsində özləri haqqında bu cür bəhs edirlər ”Heç bir qələm və fırça
bu gözəlliyi çəkə bilməz bunu ancaq ana təbiət yarada bilər”.







Berggasthaus Aescher-Wildkirchli restoranı İsveçrədə yerləşir.
170 yaşında olan bu möhtəşəm dağ mənzərəli restoran ləziz yeməkləri ilə
hər kəsi özünə heyran edir. Dağ üzərində möhtəşəm görünüşü var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!