Dünyanı sevgi xilas edəcək...

Dünyanı sevgi xilas edəcək...
Maraqlı məlumatlar
10.09.2017 36
Küçədə
rast gəldiyiniz insanlara nəzər yetirin. Kim bilir, daxili aləmlərində
nə baş verir, gülən üzlərinin arxasında nələr gizlənib, hansı
çətinliklər, hansı problemlərlə mübarizə aparırlar? Şübhəsiz ki, hər
kəsin bir-birindən fərqli problemləri, fərqli narahatlıqları, fərqli
qayğıları var. Əksəriyyəti də xoşbəxt deyil.

Mənəvi
dəyərlərin əhəmiyyətini itirdiyi, dostluq, qardaşlıq, şəfqət, mərhəmət
kimi hisslərin unudulduğu, maddiyyatın ən önəmli güc halına gəldiyi
dövrümüzdə üzümüzü hara çeviririksə-çevirək, tənhalıqdan gileylənən
narazı insanlarla qarşılaşırıq. Dünya sözün əsl mənasında şiddət,
nifrət, qəddarlıq və eqoistlik bataqlığına batmış haldadır. İstisnasız
hər kəs münaqişələrin, mənfəətpərəstliyin, səmimiyyətsizliyin olmadığı,
hər yerdə sülh, əmin-amanlıq və qardaşlığın hakim olduğu dünyanın
həsrətindədir.

Dünyanı
əhatə edən bütün bu pisliklərin mənbəyinə baxdıqda isə qarşımıza
sevgisizlik çıxır. Sevgisizliyin səbəbi insanın özüdür. İnsanların
daxilən yaşadığı sevgisizlik zəncirvarı şəkildə sürətlə bütün dünyaya
yayılır.

Sevgisizliyin
kökündə isə eqoistlik durur. İnsan ən çox özünü sevir; təkcə öz
rahatlığını, öz komfortunu düşünür. Ətrafındakı heç kimə, heç bir
varlığa sevgi və şəfqət gözü ilə baxmır. Tək düşündüyü isə budur: kim
mənə fayda verə bilər? Beləliklə, qarşısındakı insana ancaq mənfəət gözü
ilə baxır. Hər kəs onun üçün əmək sərf etsin, hər kəs onun üçün nə isə
etsin. Sevməsin, amma sevilsin. Diqqət görsün. Xəta və qüsurları
görməzlikdən gəlinsin. Amma o heç kimə əmək sərf etməsin, heç kimi
bağışlamasın, heç kimə səbir göstərməsin, heç kim üçün fədakarlıq
etməsin. Heç kimə görə rahatlığından keçməsin…

Təkcə
öz rahatlığını düşünən, «mən» mərkəzli dünyada yaşamağa öyrəşən bu
insanların vicdanı sürətlə kütləşir. Qarşılarındakı insanı itirməkdən
qorxmur, hətta yoxluğuna belə əhəmiyyət vermirlər.

Sanki
yoluxucu xəstəlik kimi insanlar arasında yayılan bu eqoist ruh qısa
müddət ərzində bütün cəmiyyətə sirayət edir. İnsanların acından ölməsi,
dünyanın hər yerində müharibələrin olması, bazarların, məktəblərin,
xəstəxanaların bombardman edilməsi bir çoxlarının vecinə olmur. Onlar
həftə sonu necə əylənəcəyini, sosial şəbəkələrə hansı şəkilləri
qoyacağını düşünməklə və şəkillərə yazılan şərhləri oxuyub «like»
sayının artıb-artmadığını izləməklə məşğuldurlar.

Dünyanın
bir çox ölkəsində gedən müharibə və münaqişələr, həmçinin güllə yarası
almış yaxınını xəstəxanaya çatdırmağa çalışanların və ya acından bir
dəri, bir sümük qalan uşaqların xəbəri onları heç narahat etmir.
Vücudunun müxtəlif yerlərinə sevgi ilə bağlı gözəl sözlərdən ibarət
tatuirovka vurdurur, sosial şəbəkə hesablarında yenə sevgi ilə bağlı
sözlər paylaşır, amma o yazıların mənasını heç düşünmür, tələblərini
yerinə yetirmirlər. Buna baxmayaraq, bundan zərər çəkən yenə özləri
olur. Ətrafında bir çox insan olsa belə, həyatının sonuna qədər bədbəxt,
narahat və tənha yaşayırlar.

Halbuki
dünyanı yandırıb-yaxan bu böyük bəla asanlıqla aradan qalxa bilər. Bu
isə ancaq Allah qorxusu və gözəl əxlaqla mümkündür. Belə ki, Allah
qorxusu və gözəl əxlaq olmadan sevginin yaşanması mümkün deyil. Çünki
sevginin şərtləri və sevgini bəsləyən meyarlar yalnız Allah qorxusuna
əsaslanan vicdan və gözəl əxlaqla mümkün ola bilər. Fədakarlıq, səbir,
bağışlayıcılıq kimi… Bu xüsusiyyətlərindən biri olmasa, əsl sevgi
yaşanmır. Məsələn, bağışlayıcılıq olmasa, sevgi olmur. Səbir olmasa,
sevgi zaman keçdikcə yox olub gedir. Fədakarlıq olmasa, yenə də sevgi
ölür. Sevgi sanki bir çox kiçik çarxın bir yerə gəlməsi ilə meydana
gələn saat kimidir. Kiçik çarxlardan biri işləməsə, böyük çarx
fırlanmır. Sevgi də belədir.

Qısası,
sevginin təməlini meydana gətirən mühiti ancaq çox güclü Allah qorxusu
və gözəl əxlaq təmin edir. Çünki insanın eqoist hissləri Allah qorxusu
və gözəl əxlaqla cilovlanır. Sevgisiz və eqoist hisslər ancaq Allahdan
qorxub səbir və etina ilə gözəl əxlaq göstərildikdə aradan qalxır. Əks
təqdirdə, insan kabus kimi həyat yaşamağa məhkum olur. Qəlbindəki
eqoistliyin qarşılığında eqoistlik görür və əsl sevginin və qardaşlığın
nə olduğunu heç vaxt bilmir.

Halbuki
sevgi hər kəsin qəlbində var. Hər kəsin ruhunda sevgiyə yer var.
Sevgisiz dünyanın heç kimə faydası yoxdur. İnsanları düşdüyü bu qaranlıq
dünyadan çıxartmağa çalışmaq, sevgi və gözəlliyin ruha verdiyi
rahatlıqdan bəhs etmək hamımızın vəzifəsi olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!