Yeni ili qarşılmaq üçün ən ideal ölkələr

Yeni ili qarşılmaq üçün ən ideal ölkələr
Maraqlı məlumatlar
10.09.2017 21
Yeni
il gecəsini daha da maraqlı yadda qalan keçirmək üçün kimisi evini daha
maraqlı bəzəyir, kimisi də yeni ilini xarici ölkədə qarşılayır.



Yeni ilinizi Parisdə keçirməyi
düşünürsünüzmü? Artıq bəzi ölkələrdə yeni ilin gəlişini qeyd etmək üçün
hazırlıqlar başladı. Bəs siz bu yeni ilin gəlişini harada qarşılamaq
istəyərsiniz?



Nyu-York bəlkə
də dünyanın ən işıqlı şəhərlərindən biridir. Nyu-Yorkun işıqlı olması
yeni ilin daha da şən maraqlı keçməsinə səbəb olur. Nyu-York yeni ili
sakit formada qeyd edir. Şənlik Times Meydanında başlayır. Hər il
təxminən 1 milyon adam, Times Meydanında görüşüb geriyə doğru sayır.
Yeni il girdikdən sonra tədbir Nyu-Yorkun əyləncə mərkəzlərində
keçirilir.







Paris -
Bir çox türistlər üçün romantizmin paytaxtı Paris, həm romantik, həm də
əyləncəli bir yeni il gecəsi üçün ideal yerdir. Yeni il gecəsi yerli
əhali və turistlər Champs Elysees bulvarına yığışır. Daha alternativ bir
yer axtarırsınızsa Parisin bəlkə də ən yaxşı mənzərəsinə sahib olan
yeri sacri Coeur'e gedə bilərsiniz. Katedralin yaxınlığında olan
Montmatre bölgəsi də yeni il qeyd etmək üçün ən xüsusi yerlərdən
biridir.







Londonda
hər il Thames çayı kənarında təxminən 250.000 adam toplanıb yeni ili
qarşılayır. Şəhərdə yeni il qeyd edənlər Trafalgar Meydanında toplaşır.
Big Benin zəngləri, yeni ilə girilməsiylə birlikdə 10 dəqiqə ərzində
çalır. Atılan hava fişənglər də səmanı işıqlandırır. Yeni ilin ən
əyləncəli tədbirlərindən biri də keçid mərasimidir. Big Ben yolunda
davam edən bu keçid mərasiminə yüzlərlə sənətçi qatılır.







İspaniya dünyanın
ən əyləncəli şəhərlərindən biridir. Şəhər bu özəlliyini yeni ili qeyd
eməklə də ön plana çıxarır. Şübhəsiz ki, şəhərin ən əyləncəli bölgəsi La
Ramblada yeni il gecəsinə başlamaq üçün olduqca uyğun məkandır. Yeni
ili İspaniyada keçirəcəksinizsə, İspaniyada bir neçə gün daha qalsanız
yaxşı olar. Çünki İspaniyanın gəzməli, görməli yerləri daha çoxdur.







Tailand Banqkokda hər il tam üç yeni il
qeyd olunur: Çin, Tai və hamımızın qeyd etdiyi yeni il. Bu qədər çox
yeni il qeyd olunmasına baxmayaraq yeni il gecəsi, Banqkok üçün xüsusi
bir gecə olur. Banqkokda yeni il gecəsi, Central World bölgəsindəki
müxtəlif tədbirlər keçirilir. Əgər yeni ilə fərqli bir yerdə, əyləncəli
bir atmosferdə fərqli yeməklər yeyərək keçirmək istəyirsinizsə o zaman
Banqkoka gedə bilərsiniz.







Yeni il Yaponiyada
Tokionun ən rəngli olduğu dövrdə qeyd etmək daha da maraqlıdır. Çünki
yeni il Yaponiyadakı ən əhəmiyyətli bayram hesab edilir. Tokioda yeni
ili qeyd etmələri, 1 Yanvardan bir neçə gün əvvəl başlayır. Yaponlar
yeni il gününə məbədə gedib ibadət edərək başlayırlar. Bu ibadət
əsnasında da ənənələrə uyğun olaraq kimono geyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!