Sirlər xəzinəsi

Sirlər xəzinəsi
Maraqlı məlumatlar
10.09.2017 11
"Sirlər Xəzinəsi" — Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan bu
əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi
idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci
illərə uyğun gəlir. "Sirlər Xəzinəsi" zahirən Nizamiyə qədər Yaxın və
Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə
daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə "Kəlilə və Dimnə", "Qutadqu bilik", "Hədiqətül-həqiqə", "Siyasətnamə", "Qabusnamə", "Cəhar məqalə" və
sair kimi əsərlərə yaxın olan "Sirlər Xəzinəsi" həm də onlardan
fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb
ona daha yüksək humanist və demokratik istiqamət vermişdir.

Poema
müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu
məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir.
Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur.
Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan,
peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları
tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə
belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə
toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də
açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin
əhvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur
ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir
bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə
də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq,
təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır.

Nizaminin
ədalətli insan cəmiyyəti haqqında siyasi-ictimai-əxlaqi fikir və
düşüncələri, Şirin epik-lirik janrda ilk qələm təcrübəsi olan "Sirlər
Xəzinəsi"ndə hər biri ayrı-ayrılıqda bitkin bir sənət əsəri olan iyirmi
məqalət və müqəddimədəpərakəndə halda, dağınıq verilmişdir. Bu
pərakəndəliyə baxmayaraq iyirmi əsas məqalət və bədii müqəddimədə
qoyulmuş mövzu və ideyalar məntiqi surətdə bir-biri ilə bağlanıb əsərin
vahid mövzu və ideyasını ifadə edir. İctimai əmək, yüksək və aşağı
təbəqə üzvlərinin əxlaqi keyfiyyətləri, cəmiyyətin qurulmasında şer və
şairin rolu kimi mövzu və ideyalar bütünlükdə baş mövzunun, ədalətli
insan cəmiyyəti haqqında fikir və düşüncələrin işıqlandırılmasına
xidmətdədir.

H. Araslı "Sirlər
Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu,
ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi
məsəllərinin öz əksini tapdığını qeyd edir. Y. E. Bertels "Sirlər
Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və
əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq,
qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu
göstərmişdir. F.
Qasımzadə "Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu
və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə
qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.

"Sirlər
Xəzinəsi"nin müəyyən fəsilləri söz, cəmiyyətdə onun rolu, şer və onun
nəsrdən yüksəkliyi, dövrün feodal saraylarında yaradılan şeir,
ümumiyyətlə ictimai-əxlaqi fikirlər, aşılamaqda şerin böyük təsir
qüvvəsinə malik olması kimi problemlərə hsər edilir. Nizami sözü ilahi
vəhylə bağlayıb qeyd edir ki, ilk yaranan varlıq söz olmuşdur. Fikir
sözlə ifadə olunduğu üçün həyatda baş verən bütün yeniliklərin səbəbi
yalnız sözdür. Elm, bilik söz vasitəsiylə ifadə edilir, sözün gördüyü
işləri nə qızıl xərcləmək, nə də qılıncla, zor işlətməklə əldə etmək
olmaz. Söz vasitəsiylə isə ölkələr almaq olar:



O söz qələbə əldə etmək üçün bayraqdan daha əsadır

Və ölkələr almaq üçün qılıncdan daha artıqdır.[6] Nizami xüsusən bədii sözü, nəzmi sözün ən qiymətli və təsirli hissəsi hesab edib, "Nəzm və qafiyəsiz sözlər sərraflar yanında qiymət almışsa, qafiyəli sözlər daha qiymətlidir” –
deyir. Lakin Nizaminin fikrincə, hər cür şer qüvvətli və təsirli şer
yalnız böyük zəhmət bahasına başa gəlir. Hər qafiyəli söz yaradana şair
demək olmaz. "Şairlik sənəti çox incə və qüdrətli sənətlərdən biri
olmuşdur.” "İlham vaxtı şairlər söz vasitəsi ilə xəzinələr açarlar, şer
yaradarkən onu dərindən fikirləşməli, hər sözün məftunu olmamalı, əgər
belə olrsa şer də dəyərli olar.” Nizami göstərir ki, şer yaradarkən sözləri seçmək, bir söz yaratmaq üçün yeddi göyü gəzib axtarmaq lazımdır.



Bir gövhər əldə etsən, döşünü irəli vermə,

Sinəndə ondan daha yaxşısını axtar. Nizami
özünün ədalətli insan cəmiyyəti haqqında arzularında dövrün şah və
hökmdarlarına böyük əhəmiyyət verirdi. Şairə görə, şah xalqın dərdinə
şərik olan, xalqı üçün çalışan, zülmü məhv edən olmalıdır. Özü əziyyət
çəksə belə, şah, rəiyyətin əziyyətinərazı olmamalıdır. Nizami şah və
hökmdarın vəzifələrini müəyyənləşdirərkən qeyd edir:



Günəş süvarilərinin kölgəsini təqib et,

Öz əziyyətini və dostlarının rahatlığını istə.

Dərmanverənlik, dərdalanlıq et

Ki, səni fərmanverənliyə çatdırsınlar.

Məhəbbətlə qızın, gündən uzaqlaş

Ay və günəş kimi cavanmərd ol. Lakin Nizami görür ki, onun arzuladığı sifətlər zəmanəsinin şah və hakimlərində yoxdur.



Bu dövrdə ədalət göyə uçub

Simurq quşunun qanadında vətən düzəltmişdir.

Bu mavi çardaqda şərt qalmamışdır,

Bu asılı torpaqda su qalmamışdır. Nizami
özünün ədalətli quruluş haqqındakı fikirlərinin ilk bədii ifadəsi olan
"Sirlər Xəzinəsi”ndə hələ şah və hakimlərə nəsihət etmək yolu ilə
onların islah ediləcəyini güman edirdi. Buna görə də, tarixdən və
əfsanələrdən aldığı şahları özünün idealı kimi verib, müasiri olan
şahlara təsir etmək istəyirdi. Nizaminin tarixdən alıb ideallaşdırdığı
şah obrazlarından biri, adı ədalətli şah kimi xalq arasında yayılmış
Nuşirəvandır. "Sirlər Xəzinəsi”ndə təsvir edilən Nuşirəvan
hakimiyyətinin ilk dövründə zülmkar bir şahdır. O, çox zülm etdiyi üçün
ölkəsi dağılıb, rəiyyəti zülm və əziyyətlə yaşayır. Lakin hökmranlığının
sonrakı mərhələsində oxucu bu zülmkar şahın dəyişikliyinin şahidi olur.
Şah, quşların dili ilə deyilmiş bir neçə kəlimə sözdən ibrət alıb,
ədalətli bir hökmdara çevrilir.

Şair
göstərir ki, şah və zülmkar hakimlər onun nəsihətlərinə qulaq asmayıb
öz zülmkarlıqlarını davam etdirsələr, bu heç də onlar üçün yaxşı nəticə
verməz. Xalqın hümməti şahlar və zülmkarlar üçün qorxuludur. Bir neçə
adamın birlikdə hümməti şah və hakimi yerindəb oynada bilər. Şah şərab
və başqa vasitələrlə sərməst olarsa, onda onun vəzirləri və saray
adamları bundan istifadə edib, xalqın başına olmazın oyunar aça
bilərlər, xalq isə günahı şahda görər. Ölkənin və şahın müdafiəsi
zəifləyər. Düşmənlər bu ölkənin üzərinə baş qaldırar. Şair bu
fikirlərini təsdiq etmək üçün "Sultan Səncər və qarı” hekayəsini
yaradır. Sultan Səncər Səlcuqlular sülaləsindən olan, Nizamidən bir neçə
il əvvəl vəfat etmiş, eyş-işrətə başı aludə olduğundanölkənin idarəsini
öz yaxın adamlarına tapşırmış zülmkar şahdır. Ona vergi verən bir
tayfaya ədalətsizlik edib, onlardan alınan vergini artırdığı üçün həmin
tayfa tərəfindən əsir edilir, bunun nəticəsində şahlıq əlindən çıxır,
əsirlikdən qaçdıqdan sonra isə ölkəsinin qarət və talan edildiyini
görərək, çox yaşaya bilməyib ölür. Nizami bu tarixi hadisələrdən istifadə edib, Sultan Səncəri öz müasirlərinə nümunə kimi təqdim edir.

Həmin
motiv yeddinci məqalətdə də özünü göstərir. Burada da şair zülmkarla
bildirir ki, əgər zülm edib xalqı incitsən, xalq da sənə qarşı olar.
Əksinə, xalqın dərdlərinə can yandırsan, onlar da bunun əvəzində sənə
can-başla rəiyyətlik edib, hörmətini gözlərlər. XII məqalətdə də şair
ədalət məsələsinə toxunur, lakin burada o, problemə dini əsaslarla
yanaşır. XIV məqalətdə şair yenidən IV məqalətdə qeyd etdiyi fikrə
qayıdır. XX məqalətdə Nizami zəmanəsinin paxıl saray adamlarını tənqid
edir. "Bülbül və qızılquşun dastanı”nda Nizami qızılquşun
danışmamaq xasiyyətini bəyəndiyi və bunu məsləhət gördüyü kimi, həmişə
nə görsə danışan, gördüyü nöqsanları açıq şəkildə dilə gətirən alleqorik
bülbülün simasında zülm və istismarı görüb dərk edən, susmağı
bacarmayan özü kimi mütəfəkkirləri nəzərdə tutur.

Nizami poemanın II, IV, XIV məqalətlərindəki "Nuşirəvan və bayquşların söhbəti”, "Sultan Səncər və qarı”, "Zalım şahla doğrudanışan qoca” dastanlarında
zalımın zülmünə dözməməyi, onun zülm və əziyyətlərini üzünə söyləməyi
məsləhət görürsə, XVIII və XX məqalətlərdə zalımın zülmünə qarşı
susmağı, tənqid etmədən əl çəkməyi məsləhət görür. Bu iki fikir
ziddiyyətli olsa da, Nizami əsas fikirlərini II, IV və XIV məqalələrdə
ifadə etmişdir. XVIII və XX məqalətlərdəki "Cəmşidin munisi” və
"Bülbül və qızılquşun dastanı” hekayətlərində şair özünün təqib
edilməsindən ehtiyyat etdiyi üçün öz fikirlərini pərdələyib,
simvollardan istifadə edir.

XII
məqalətdə Nizami əməyi təbliğ edərək, saraylarda şahlara yaltaqlıq edib
bir parça çörək qazanmaqdansa, dəvə kimi fiziki əməklə məşğul olmağı, "fillərin ayağına dolaşmamağı” məsləhət
görür. Şair hər bir işə girişərkən, onu səylə, çalışqanlıqla yerinə
yetirməyə çağırır. VIII məqalətdə zəmanə və zəmanə əhlindən şikayət
mötivi əsas yer tutur. Əsərin III məqalətində şair, "zəmanəsində adamlığın aradan qalxması”, "bal süfrəsi” olan dünynın zəmanə əhlinin əli ilə "arı yuvası”na
dönməsini təsvir edərək "insanların zəmanənin pisliyi ucbatından
bir-birini həzər etmələri”ni qorxmadan ifşa edir. XI məqalətdə, Nizami
zəmanəsini "Divlər məkanı”na bənzədib, onun dirilik suyunun ciyər
qanı olmasını göstərir. Şair mənəm-mənəm deyib qürurlanan zəmanəsinin
lovğa adamlarına üz tutaraq onları qürurdan əl çəkməyə çağırır:



Ey torpaqdan saxta şəkildə düzəldilmiş, nə qədər qürurlanırsan?

Ey iki-üç batmanlıq sümük, nə qədər mənəm-mənəm deyəcəksən?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!