Keçmişdə ilişib qalmayın...

Keçmişdə ilişib qalmayın...
Maraqlı məlumatlar
10.09.2017 22
Rəngi ilə xanımların ürəyini fəth edən rodonit şəfalı xüsusiyyətləri ilə sizi təəccübləndirəcək.

 

Gül daşının vətəni

Yarıqiymətli
daşdır. Adətən, açıq və ya tünd çəhrayı rəngdə olur. Nadir hallarda
qırmızı, qəhvəyi, sarı və boz çalarlarına darast gəlinir. Üzərindəki
qara ləkələr isə onun gözəlliyinə zəriflik qatır.

 

Vətəni
Yunanıstan hesab edilir. Elə adı da yunancadır, "rhodon” "gül” mənasını
verir. Bəzi yerlərdə onu "xilasedici daş” adlandırırlar.

 

Hazırda ABŞ, Rusiya, Avstraliya, Meksika, İspaniya, İsveç və Braziliya kimi ölkələrdə böyük rodonit yataqları mövcuddur.

 

Kimi üçün təsbeh, kimi üçün üzük...

Rodonit
də bir çox yarıqiymətli daş kimi həm qadınların, həm də kişilərin
diqqətini çəkir. Xanımlar rodonitdən hazırlanan üzük, sırğa və
boyunbağı, kişilər təsbeh və üzüklərə üstünlük verirlər. Çəhrayı rəngdə
olmasına baxmayaraq, şəfalı xüsusiyyətləri rodoniti kişilərin də ən
sevimli daşına çevirib.

 

Keçmişdə ilişib qalmayın...

Rodonitin
şəfalı xüsusiyyətləri digər daşlardan seçilir. O, daha çox psixoloji
təsir göstərir. Bu daşdan diqqəti artıqmaq, keçmişlə bağlı pis
xatirələri unutmaq, pozitiv düşünmək üçün istifadə edirlər. Keçmişdəki
səhvlərlə əlləşərək gen dünyanı özünə dar edən insanları bu çətin
psixoloji vəziyyətdən çıxarır.

 

Deyilənə
görə, insana xoşbəxtlik, özünəinam bəxş edir. Stressi azaldır,
depressiyaya qarşı təsirlidir. İnsanı sanki qələbədən-qələbəyə,
uğurdan-uğura səsləyir. Ən daşqəlbli insana belə mərhəmətli olmağı
aşılayır. Ona görə də tez bağışlamaq, kin saxlamamaq üçün bu daşı
üzərinizdə gəzdirməlisiniz. İntiqam  və nifrət duyğusunu körəldir,
münasibətlərin istiləşməsinə, küsülülərin barışmasına, ayrılığın,
xəyanətin unudulmasına kömək edir. Xüsusilə, şagirdlər və tələbələr
imtahan ərəfəsindəki stresdən xilas olmaq üçün bu daşdan istifadə
etməlidirlər. Çünki rodonit təkcə qorxunu, stressi aradan qaldırmır, həm
də öyrənmə qabiliyyətini artırır.

 

Deyilənə görə, rodonit intihara meyilli olanları fikrindən daşındırır. İnsana həyat eşqi verir.

 

Qarabasmalardan qorunmaq üçün tövsiyə edilir.

 

Yaraları sağaldır, cinsi gücü artırır

Rodoniti "eşq daşı” da adlandırmaq olar. Çünki ürək çakrasını açaraq insanın ruh əkizini tapmasına kömək edir.

 

Rodonitin
fiziki faydaları da həddən artıq çoxdur. Uşaqların inkişafına dəstək
olur. Yaraları tez sağaldır. Qan dövranını sürətləndirir. Böcək
sancmalarında rodonitdən faydalanmaq olar. Bu daş iltihabın qarşısını
alır. Xüsusilə, boğaz və qırtlaq iltihablarına qarşı təsirlidir.

 

Yara və sızanaq izlərini yox edir. Ağciyər və ürək üçün faydalıdır. Ciyərləri təmizləyir.

 

Mədə xəstəliklərindən əziyyət çəkənlər bu daşdan istifadə edə bilərlər. Daşın cinsi gücü artırdığı deyilir.

 

Nə az, nə çox…

Rodonit
alarkən yaşınızı və probleminizi nəzərə alın. Çünki daşın ölçüsü həddən
kiçik, ya da böyük olmamalıdır. Əks halda, fayda vermək əvəzinə sizə
mənfi təsir göstərə bilər.

 

Əgər
rodonit daşını boyunbağında gəzdirəcəksinizsə, ölçüsü 1 santimetrdən
çox olmamalıdır. Yox, daşı şalvarınızın və ya pencəyinizin cibində
daşıyacaqsınızsa, onda 2 santimetr ölçüsündə daş seçin. Uşaqlar üçün
nəzərdə tutulubsa, daşın ölçüsü daha kiçik olmalıdır. Həddən artıq böyük
daşlar diqqəti o qədər artıra bilər ki, siz ancaq bir mövzuya köklənib,
ətraf aləmdən qopa bilərsiniz.

 

Boyunbağıdakı
rodonit döş qəfəsinin bitdiyi və qarın boşluğunun başladığı yerə
dəyməlidir. Yəni, boyunbağı uzun olmalıdır. Rodoniti gəzdirdiyiniz
şalvar cins olmamalıdır. Nazik astarlı şalvara üstünlük
verilməlidir. Çünki daş dəri ilə nə qədər çox təmas etsə, bir o qədər
yaxşıdır.

 

Kimlərə tövsiyə edilir?

Qoç, Buğa, Tərəzi, Əqrəb bürclərindən olanlar rodonitin faydasını daha tez hiss edirlər.   

 

İdarəçiliklə
məşğul olanlar, məsuliyyəti çox olanlar rodonitdən istifadə
etməlidirlər. Çünki daş diqqətinizi artırıb işinizə maneçilik törətməyə
çalışanları, sizə yalan danışanları asanlıqla seçməyinizə kömək edəcək.

 

Təmizlik!

Mənfi
enerjiləri udan, pozitiv enerji verən hər daş kimi rodoniti də
vaxtı-vaxtında təmizləmək lazımdır. Daş günəşin altında, ya da suda 1
saat qalsa, daha yaxşı təmizlənər. Bu proseduranı on beş gündən bir
təkrarlayın.

 

Hər hansı zinət əşyasının üzərində olan rodoniti isə sirkəli su ilə silmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!