Qanuni Sultan I.Süleyman - Möhtəşəm Süleyman!

Qanuni Sultan  I.Süleyman - Möhtəşəm Süleyman!
Maraqlı məlumatlar
10.09.2017 17
Sultan Süleyman Qanuni Osmanlı dövlətinin 10-cu sultanı (1520-1566) və 89-cu İslam xəlifəsi, Sultan I Səlimin oğludur.



Osmanlı ədəbiyyatında Muhibbi, Qərb
ölkələrində isə Möhtəşəm Süleyman adı ilə də tanınmışdır. Həmçinin,
10-cu Osmanlı sultanı olması ilə əlaqədar olaraq, "onluğu tamamlayan"
mənasını verən Səibül Aşərəril Kamilət də adlandırılmışdır.



I Süleymanın dövründə dövlət
idarəetməsində çox əhəmiyyətli dəyişikliklər baş verdi. Bu dövrdə çox
sayda qanun qəbul edilmiş və hüquqi baxımdan Osmanlıda böyük
irəliləyişlər olmuşdur. Qəbul etdiyi qanunlar və ədalətə verdiyi önəm
nəticəsində I Süleyman sonrakı dövrlərdə tarixçilər tərəfindən "Qanuni"
ləqəbinə layiq görülmüşdür.



ultan Süleyman Qanuni bəzi mənbələrə
görə 1494-cü il noyabrın 6-da, başqalarına görə isə 27 aprel 1495-ci
ildə anadan olmuşdur. 1520-ci il sentyabrın 30-da atası Sultan I Səlim
vəfat etdikdən sonra, 26 yaşında Osmanlı taxtına çıxmışdır. 1521-ci ildə
Belqradı fəth etməklə Mərkəzi Avropanın, 1522-ci ildə Rodosu fəth
etməklə isə Aralıq dənizi hövzəsindəki ərazilərin qapılarını Osmanlı
İmperiyası üçün açmışdır. 1526-cı ildə böyük qüvvə ilə Mohaç
düzənliyində macar ordusunu məğlub edərək Macarıstanın paytaxtı Budanı
tutdu. 1529-cı ildə Vyananı mühasirəyə alsa da, qış mövsümünün
yaxınlaşması səbəbindən geri çəkildi. 1532-ci ildə alman səfərinə çıxan
Qanuni, Vyananı arxada qoyaraq Qrats, Marburq, Quns və daha bir çox
alman şəhərlərini zəbt etdi. Yeddi ay Avropada gəzdiyi halda, Avstriya
qüvvələri onun qarşısına çıxmağa cəsarət etmədiyi üçün geri qayıtdı.



1534-ci ildə Səfəvilər üzərinə səfərə
çıxan sultan, Bağdad və Bəsrəni, 1535-ci ildə Təbrizi zəbt etdi. 1537-ci
ildə İtaliya səfərinə çıxaraq, Otrantoya qədər irəlilədi.



Quruda dünya hakimiyyətini əlinə
keçirən Sultan Süleyman Qanuni, Barbaros Xeyrəddin Paşa vasitəsi ilə
dənizlərdə də Osmanlı dövlətinin gücünü göstərirdi. Bu böyük dəniz
komandanı 27 sentyabr 1538-ci ildə Prevezedə Avropa donanmasını məhv
edərək, müstəsna bir zəfərlə Aralıq dənizində tam bir türk hakimiyyəti
qurdu. Sultan Süleyman Süveyşdə qurduğu donanma ilə də Qırmızı dənizi və
Ərəbistan sahillərini təhlükəsizlik altına aldı və avropalıları
Hindistan sahillərindən uzaqlaşdırmağa başladı.



1543-cü ildə Esterqon, Nis və
İstolni-Belqrad, 1551-ci ildə Tripolitaniya və 1553-cü ildə Naxçıvan
zəbt edildi. Qoca və xəstə bir halda ikən, 1566-cı ildə Macarıstan
üzərinə hərbi yürüş zamanı, Sigetvar qalasının zəbti əsnasında 72
yaşında vəfat etmişdir. Onun daxili orqanları qalanın ətrafında
basdırılmış, cəsədi isə İstanbula gətirilərək Süleymaniyyə məscidində
dəfn edilmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!