Ölümsüzlüyün sirrini axtaranlar

Ölümsüzlüyün sirrini axtaranlar
Maraqlı məlumatlar
10.09.2017 12
Dünya
yaranandan bəri uzunömürlüyün sirri, cavanlıq eliksiri və gümrah qalmaq
istəyi insanları maraqlandırıb. Daima gənc qalmaq arzusu ən azı bir
dəfə hər bir insanın ağlından keçib. Ancaq uzun ömürlük haqqında
nağıllarda və rəvayətlərdə oxusaq da, bununla bağlı tarixdə də az
məlumat yoxdu.



Məsələn,
qədim Roma İmperiyasında insanların düşüncələrində yaratdıqları bir
"vampir” obrazı vardı. Həmin dövrlərdə bir çoxları, eləcə də həkimlər
cavan və güclü insanların qanının qocalığın qabağını alacağını
düşünürdülər. İtaliyanın akademik kitabxanasında vampirizmə aid bəzi
latın əlyazmalarına rast gəlmək olar. Qladiator döyüşləri zamanı ölüm
ayağında olan döyüşçülərə zəif və xəstə romalılar hücüm edərək, onların
boyun damarlarını deşib qanını sormağa başlayırdılar. Bu üsuldan Roma
papası VIII İnnokentiy də istifadə etmişdi. Qadın və içki həvəskarı olan
papa uzun ömür sürməsinə baxmayaq, qocalıqdan canına qurtara bilməyib,
ağır əzab içində canını Allaha tapşırmışdı.



Gəncləşmək
üçün Qədim Misirdə də özünəməxsus reseptlər olub. Bizim dövrümüzə qədər
gəlib çıxmış "Qocanı cavana çevirmək üçün ilk kitab” adlı papirusda
gənc qalmaq üçün müxtəlif üsullardan bəhs edilir.



Məşhur
yunan filosofu Demokrit mikroskopun kəşf olunmasından 22 əsr əvvəl belə
bir nəticəyə gəlib ki, insan orqanizmində olan bəzi mikrohüceyrələr
xəstəliklər yaradır. Uzun və sağlam ömür keçirdən alim uzunömürlüyün
sirrinin hər gün bal və bal məhsullarının yeməkdə görürdü.



Həmin
dövrün nümayəndələrindən biri olan məşhur həkim Paratsels ölümsüzlüyün
eliksirini tapdığını iddia edirdi. Onun tibb elminə verdiyi töhvələrin
əhəmiyyətli olduğunu da qeyd etmək lazımdı. Məhz Paratsels
kimyaterapiyanı ilk dəfə istifadə edənlərdən biri olub. Özünü ən yaxşı
həkim və filosof hesab edən Paratsels deyirdi ki, onun dünyada sağalda
və həyata qaytara bilməyəcəyi insan yoxdur. Amma həyat onunla heç də
yaxşı zarafat etmədi. Balta kimi sağlam olduğunu deyən Paratsels nə
qədər yaşasa yaxşıdı? Əllicə il... Bu da bu...



Ancaq
qədim həkimlərin təklif etdikləri başqa, daha maraqlı "qerokomika” adlı
bir üsul da var idi ki, həmin üsula görə qoca biri gənc insanın nəfəsi
ilə qocalmağını gecikdirə bilər. Yəni, siz də bağışlayın, söhbət yalnız
gənc insanlarla yatağa girməkdən gedir.



Qədim
farslar isə qocalmamaq üçün lap adamyeyənliyə "hə” deyirlər. Onlara
görə qızılsaçlı bir insanı 30 yaşına kimi yaxşıca yedizdirəndən sonra
ballı daş qaba qoyub möhkəm bağlamaq lazımdır. 120 il ərzində bədən
mumiyaya çevriləcək və bu mumiyadan alınan cavanlıq eliksirini xüsusi
qayda ilə içmək lazımdır.



Tarixə
baxsan, həyatı uzatmaq üçün nəinki dərman və eliksirlərdən, həmçinin
müxtəlif talisman və amuletlərdən də istifadə edilirdi.



Orta
əsrlərin kimyagərləri dəmiri qızıla çevirən, gəncliyi qaytaran və
xəstəlikləri sağaldan "filosof daş”ının varlığından danışırdılar. Bu
"daş” toz halındaymış. Onun hazırlanması qaydası gizli saxlanılırdı və
kiməsə yalnız xüsusi ritualdan keçdikdən sonra daş haqda məlumat
verilirdi. Əslində, bu daş insanın ruhunun sərbəstliyi və özünü tam azad
hiss etməsi üçün istifadə edilirdi. Rəvayətlərə inansaq, bunu əldə
etmiş yeganə insan Nikola Flamel adlı fransız olub. Onun həyatı da ölümü
kimi sirrlərlə doludur. Hətta bu adamım qəbri də boşdur. Yəni, belə nə
qədər inandırıcı olmasa da, guya Nikola müəllim ölməyib...



Ölümsüzlüyün
sirri və cavanlıq eliksiri ilə çinlilər daha çox məşğul olublar.
Ənənəvi Çin dini olan daosizmə görə insan ölümsüzlüyə yalnız özünü
davamlı şəkildə təkmilləşdirməklə çata bilər. Çinlilərə görə, gənclik
dövrünün uzadılması üçün insan bir neçə gimnastik hərəkətləri bilməli və
xüsusi tənəffüs formalarını bacarmalıdır. Daosizmdə ölümsüzlük üçün
kimyagərlikdən da istifadə edilir.



Haşiyə
kimi onu da xatırladaq ki, ancaq Avropa kimyagərlərindən fərqli olaraq
çinlilər "filosof daşı”yla nəinki dəmirdən, hətta başqa metallardan da
qızıl almaq mümkün olduğunu deyirlər. Onlar öz eksperimentlərində əsasən
civə, kükürd və qurğuşundan istifadə edirdilər. Öz aramızdı, elə bizdə
də belə şeylər olub. Rəhmətlik Axundovun "Hekayəti-Molla İbrahimxəlil
kimyagəri” xatırlasaq, bəs eləyər...



Bundan
əlavə, onlar qəribə otlar yetişdirərək, bu otları tisbağadan, durnadan,
gərgadanın buynuzundan ibarət olan qarışıma əlavə edib məhlul
hazırlayırdılar. Əlbəttə, kimyagərlər hazırladlığı ağır tərkibə malik bu
məhlulu kiçik dozalarda içmək lazım idi. Kimyagərlərin sözünə qulaq
asmayan, məhlulu qədərindən çox içən və qısa müddətə cavanlaşmaq istəyən
insanların həyatı faciəvi sonluqla bitirdi. Məhz buna görə, orta
əsrlərdə hakimiyyəti idarə edən imperatorlar məhluldan zəhərlənərək
bir-birinin ardınca vəfat ediblər. Yeri gəlmişkən, sonralar cavanlıq
eliksiri düzəltmək üçün insan bədəninin şirəsindən də istifadə edildi.



Qədim
Hind eposu "Mahabharata”da şirəsi insan ömrünü 10 min ilə kimi uzadan
sehrli ağac haqda yazılıb. Ancaq ağacın harda olması ilə bağlı dastanda
heç bir ipucu verilməyib.



Müxtəlif dövrlərdə alimlər uzunömürlüyün sirlərinə fərqli tərəfdən yanaşıblar.



Orta
əsrlərdə yaşamış italyan həkimi Tserbinin fikrinə görə, insan bədəninin
rütubətinin azalması və bədənə qeyri-stabil qidanın paylanması
nəticəsində toxumalarda qalınlaşma prosesi gedir və insan qocalmağa
başlayır. Bundan sonra qocalmaqla bağlı bir çox fərziyyələr səslənsə də,
bu fərziyyələr sübutunu daha sonralar nəzəriyyələrdə tapdı.



18-ci
əsrdə yaşamış Erazm Darvin (Çarlz Darvinin babası) belə fərziyyə
ortalığa atdı ki, qocalıq "qıcıqlanma artıqlığı” nəticəsində baş verir.
Onun məsləhətinə görə, yaşlı insanlar açıq havada daha çox gəzməli və
həyata maraqla baxmalı, cəmiyyət arasında çox olmalıdır.



Digər
ingilis filosofu buna bənzər fikir söyləyərək, bildirib ki, insan
"həyat enerjisini” itirdikdə qocalır. Yəni, insan daima əqli əməklə
məşğul olmalı, həyat enerjisini qoruyub saxlamalıdır. Maqnetizm
nəzəriyyəsinin banisi Mesmerin fikrinə əsasən bəzi insanlarda xususi
maqnit gücü var. Bu güc sahəsində insanlar başqa insanlara təsir
göstərə, xəstəliklərini sağalda, hətta cavanlaşdıra bilərlər.



72
yaşlı fransız fizioloqu Şarl Broun-Sekar 1892-ci ildə sensasion
açıqlama verərək, Fransanın bioloqlar cəmiyyətinə apardığı araşdırmalar
barəsində məlumat verib. Broun-Sekar müşahidələri nəticəsində heyvanın
və insanın yumurtalığından götürdüyü məhlulun insan enerjisini
stimulyasiya etdiyi və bədəni gəncləşdirdiyi qənaətinə gəlib. Onun
sözlərinə görə, itin yumurtalığından aldığı inyeksiyanı özünə tətbiq
etdikdən sonra gəncliyindəki gümrahlığı, təravəti və əmək qabiliyyəti
qayıdıb.



Broun-Sekarın
ekprementindən sonra bəzi həkimlər onun yolunu davam etdirərək, öz
xəstələrinə bu metodu məsləhət görürlər. Cavanlıq eşqi ilə yanan
insanlar bu üsuldan sonra özlərini doğrudan çox gümrah və enerjili hiss
etdiklərini etiraf ediblər. Ancaq bir müddət sonra qocalıq yenə özünü
biruzə verir, hətta bəzən insanlar vaxtından tez ölürlər.



Araşdırmaçı
İlham Tumas "Cin, yoxsa qar adamı?” yazısında Fransada yaşamış başqa
bir alimdən danışır: "Samuil Abramoviç Voronov bu kimi təcrübələri ilə
bütün Avropada əsl sensasiya yaratmışdı. Hətta ahıllığını yaşayan
Türkiyənin baş naziri də onun xidmətindən yararlanmaq niyyətindəymiş.
Bəs Voronov hansı qabiliyyətinə görə belə diqqətə layiq görülmüşdü?



Bəri
başdan deyim ki, abır-həya sarıdan İvanov Voronovun yanında toya
getməlyidi. Əgər İvanovun özünəməxsus kəşfləri heç olmasa, 10 faiz də
olsa, təsərrüfata-filana xidmət eləyirdisə, Voronov özünü tamamilə
heyvanların cinsi məsələlərinin, yaxud problemlərinin öyrənilməsinə,
tədqiqinə həsr eləmişdi. Təsəvvür eləyin ki, cənab Voronov 1917-26-cı
illər arasında 500 başdan artıq cavan keçinin, qoyunun və erkək dananın
cinsiyyət orqanlarını yaşlı keçilərə, qoyunlara və danalara köçürmüşdü.
Əməliyyatın nəticələrini xüsusi jurnallarda qeyd eləyən Voronov yazır:
«Bu kimi köçürmələr nəticəsində yaşlı heyvanlarda əməlli-başlı oyanma
baş verdi, onlar tamamilə cavanlaşdılar». 

Belə
əməllər axırda Voronovun son niyyətinin nədən ibarət olduğunu aşkara
çıxardı. Erkək meymunun badamcıq vəziləri üzərində də təcrübələr aparan
Samuil Abramoviç 1920-ci ildə dünyada ilk dəfə calaq yoluyla insanın
cavanlaşdırılması əməliyyatını həyata keçirdi: şimpanzenin badamcıq
vəziləri yaşlı bir adama köçürüldü və dünyanın 700-ə yaxın məşhur
cərrahı bu əməliyyatı alqışladı.

Voronovun
bu uğuru ona dünya şöhrəti gətirdi. Artıq 1930-cu ilin əvvəlində təkcə
Fransada 500 kişi onun cavanlaşdırma üsulu ilə müalicə kursu keçmişdi.
İnandıq, ya inanmadıq, ingilis müəllifi Con Deyvidin 1986-cı ildə «Taym»
jurnalında çap etdirdiyi «İnanaq, yoxsa inanmayaq» məqaləsinə görə, bu
sırada «International Harvester Company» şirkətinin rəhbəri Harold
MakKormikin, həmçinin Türkiyənin baş nazirlərindən birinin də adı var.
Ancaq az keçməmiş Voronov elmi ictimaiyyətin təkidi nəticəsində
eksprimentlərini dayandırmalı oldu. Bundan sonrakı həyatını
nəzəriyyəsinin müdafiəsinə həsr eləyən alim 1951-ci ildə vəfat edir.
1994-cü ildə isə dünya alimləri Voronovu yenə xatırlamalı olurlar.
«Viaqra»nın kəşfiylə adı təzədən hallanan alimin ünvanına ittihamlar da
irəli sürülür: bəziləri QİÇS-in meymundan insana keçməsini məhz onun
eksperimentləri sayəsində baş verdiyini güman edirlər”.



Nəsə...
Qəliz məsələdir. Ancaq bilirsiniz, mən nə düşünürəm. Düşünürəm ki,
ölümsüzlük axtarmaq elə ölümsüzlüyə qovuşmaq kimi bir şeydi. Kolumbun
başına gələn olayda olduğu kimi..



Belə
ki, Kolumb Atlantik okeanın ətrafında bilinməyən torpaqları aşkar
etdiyi zaman orada ölümsüzlüyün dərmanını tapacağını düşünürdü. O, məhz
ölümsüzlüyün sirrini tapmaq üçün çıxdığı səfərdə Amerikanı kəşf etmiş,
tapdığı torpağa da Florida (tərcümədə - çicəklənən) adı vermişdi.
Əslində, Kolumbun məqsədinə, yəni ölümsüzlüyə qovuşduğunu deyə
bilərik...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!