Oxunması qadağan edilən 10 kitab

Oxunması qadağan edilən 10 kitab
Maraqlı məlumatlar
10.09.2017 11
Oxunması vacib olan, lakin vaxtilə qadağan edilmiş 10 kitabı sizlərə təqdim edirik:



1. "Farenqeytlə 451 dərəcə" – Rey Bredberi

Bredberi
kitabların yandırılma metaforunu o qədər aktual edib ki, kitabın
başlığını belə adlandırıb. 60-cı illərdə ötürdüyü sosial mesajlara görə
qadağan olunan kitabın məzmunu çox maraqlıdır. Belə ki, 451 dərəcə -
kağızı yandıran temperaturdur. Cəmiyyətdə kitablar qadağan olunur və
yanğın söndürənlər aşkar etdiyi hər mətni yandırır. Lakin oxu yerini
interaktiv TV əvəz edir. İnsanlar təbiətlə, mədəniyyətlə və bir biriləri
ilə əlaqəni itirir. Sadə yanğın söndürən Qay Monteq cəmiyyətdən
kənarlaşdırılmış bir qızla tanış olur. Cəmiyyətdən kənarlaşdırılmasının
səbəbi isə, onun təbiətlə maraqlanması və öz hissləri haqqında danışmaq
istəyi olur. O, öz evlərinə bir neçə yandırılmamış kitabları gətirir.
Həyat yoldaşı Qayı satır. O, gizlənir və bilik qorumaq üçün gizli
hərəkata qoşulur. Romanın sonunda 60-cı illərin fantastikasına xas olan
ümid yaranır, müəllif müqavimətin zəruriliyinə və məhsuldarlığına
inanır. 



2. "Qərb cəbhəsində təbəddülat yoxdur" – Erik Mariya Remark

"O,
cəbhə bölgəsində sakitlik zamanı, 1918-ci il oktyabrında öldürülmüşdü,
hərbi hesabat yalnız bir cümlədən ibarət idi” cümləsi ilə başlayan kitab
müharibə və dəhşət anlayışını, insan faciəsini və vəhşi psixologiyaya
sahiblənməni çox gözəl əks etdirirdi. Remark - müharibənin qəhrəmanlıq
pafosunun görüntüsünü qırmış ilk yazıçıdır. Yazıçının dürüstlüyü və
səmimiyyəti yalnız bəzi səbəbkarları qorxuya salmışdı. Kitab 1929-cu
ildə kitab ABŞ-da qadağan olunub.



3. "Əcaib yeni dünya" – Oldos Xaksli

Kitabda
həm sərt satira, həm də Qərb cəmiyyətinin real xüsusiyyətləri təsvir
olunub. Romanda təsvir olunan Cəmiyyətin gələcəkdəki məqsədi - mümkün
qədər çox istehlak etməkdir. Bu dünyanın Allahı Ford sayılır. O, modern
istehlak sivilizasiyanın rəmzidir. Bu sivilizasiyada insanlar sınaq
borularında doğulurlar və onlar doğuşdan əvvəl sıralanırlar. Onların
əqli inkişafını dayandırmaq və iyerarxiya siniflərinin dəstəyi üçün,
sınaq borularına müxtəlif miqdarda spirt əlavə olunur. Personajlar
özlərini ifadə etmək üçün, onlara təklif olunmuş ifadələrdən istifadə
edir, onlar düşünməyə öyrəşməyiblər. Kədər heç bir əks təsiri olmayan
narkotik sayəsində məhv edilir. Əsərdə Xoşbəxtlik cəmiyyətin
stabilliyini qorumaq üçün istifadə edilir. Emosiyalar ciddi
ölçülərdədir. Sevgi yoxdur, ailə münasibətləri məhv edilib...

Bu cür sərt ideyalara görə roman qadağan olunmuş kitablar siyahısına düşüb.



4. "Rişxənd edəni öldürmək" – Harper Li

"Rişxənd
edəni öldürmək" (1960) Amerika cəmiyyətində irqçiliklə bağlı
problemləri qabardan ən birinci romandır. Kitabda müəllimə Hitler
tərəfindən yəhudilərin təqib edilməsini pisləyir, lakin o da zənciləri
"ikinci dərəcəli " insan hesab edir. Atası silah verilən gözlüklünün
qardaşına deyir ki, " Rişxənd edəni öldürmək - böyük günahdır, çünki "o
zərərsizdir". O, bizə yalnız xoşbəxtlikdən oxuyur. Bizim önümüzdə real
hadisələr əsasında olan anti-irqçi roman var. Harper Li Cənubda yerləşən
şəhərcikdə böyüyüb, orada öz gözləri ilə bütün vəhşilikləri görüb.



5. "Nə etməli?" – Nikolay Çernışevski

Kitab
"Vaxt keçdikcə insanlar ləyaqətli olacaq. Onda hər şey yaxşı olacaq"
inancı ilə yazılıb. Baş qəhrəman Vera Pavlovna durğun patriarxal
həyatdan imtina edib. O, kimi sevməsini, evi necə idarə etməsini və
ürəyincə olan məşğuliyyəti özü üçün müəyyən edir. Təbii ki, belə bir
hekayə mənəviyyata birbaşa çağırış idi. Mətndə daha çox Veranın məşhur
"yuxuları" - gələcək cəmiyyətin ədalətli olmaq fantaziyası yer alır.



6. "Kuraj ana və onun övladları" – Bertolt Brext

Brext
sadəcə dramaturq deyildi, yeni teatr sistemini yaradan, antifaşist,
solçuluğun nümayəndəsi idi. Onun "Birləşmiş cəbhə mahnısı" alman
işçilərinin döyüş himninə çevrilmişdi. Hitlerin hakimiyyətə gəlməsi
nəticəsində Brext köçmək məcburiyyətində qalır. Mühacirətdə olarkən
yazdığı "Kuraj ana və onun övladları” (1939) kitabı öz vətənində qadağan
edilir. Kuraj ana nə dərəcədə günahkar idi və insan öz taleyini dəyişə
bilərmi? Bu kimi suallara Brext birbaşa cavab vermir, lakin o, romana
yeganə müsbət obraz daxil edir- lal Katerina, Calais şəhərinin
sakinlərini xilas edərkən həlak olmuş Kuraj ananın qızı.



7. "Portağal mexanizmi" – Entoni Berces

Romanda
baş rolda olan Aleks, Bethovenə qulaq asaraq, balaca qızlara təcavüz
etdiyini xəyal edir. Onun da üzv olduğu cəmiyyət repressiv üsullarla
aqressiya mexanizmini dəyişməyə çalışır. Aleks "müalicə" kursu keçdikdən
sonra, patoloji olaraq təcavüz qabiliyyətini itirir. Cəmiyyət və
hakimiyyət müdafiəsiz Aleksə mümkün olan üsullarla istehza edir.
"Portağal mexanizmi" bizdə bir neçə suallar doğurur : insanın zorakılığa
hüququ varmı? Sosial təcavüzün mənşəyi nədir? Dövlət bizim azadlığımızı
nə qədər məhdudlaşdıra bilər?



8. "Ən mavi gözlər " – Toni Morrison

Zənci
qız Pekola məcburən ağ dərililərin dünyasında yaşayır. O, sərxoş atası
tərəfindən zorlanandan sonra dəli olmağa başlayır. Qızcığaz ağ dəri və
mavi gözlər arzusunda olur. Pekola keşişdən onun gözlərinin mavi
etməsini xahiş edir, o isə qızcığazı aldadaraq, xəstə iti öldürməyə
məcbur edir. Bundan sonra o, tamamilə reallıqla əlaqəsini kəsir və özünə
yalançı dost uydurur. Dostu ona deyir ki, o, ən mavi gözlərə sahibdir.
Bu kitab nəinki anti-irqçi, feminist romandır. Qəddar dünya onu həm dəri
rənginə, həm də cinsinə görə rədd edir.



9. "Qəzəb salxımları " – Con Steynbek

Roman,
öz torpaqlarını itirmiş və minlərlə insan kimi, bütün Amerikada bir
tikə çörək axtarışında olan ailədən bəhs edir. Sakit okeana çata
bilməyənlər, təzə qəbirlərin ətrafından keçməyə məcbur olurlar. 30-cu
illərdə ABŞ-da görülməmiş iqtisadi böhran yaşanır, milyonlar işsiz,
çadırlarda yaşayan insanlar olur. Personajlardan biri bildirir ki,
"Ölkəmiz pozulur". Amerikalıların ürəyində əzab salxımları yetişir.
Steynbek tarixi qəza anlayışından yazsa da, inanır ki, xalq bu zərbədən
sağ qalacaq. Senzuraçıları ən çox qorxudan, hakimiyyəti və talelərini öz
əllərinə almaq çağırışı idi.



10. "Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü" – Kurt Vonnequt

"1945-ci
ilin fevralında Amerika və ingilis hərbi aviasiya qüvvələri heç bir
hərbi qüvvəsi, hərbi obyektləri olmayan Drezdeni bombalayırlar və bunun
şahidi olmaq Vonnequta çox ağır təsir edir.

Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə, sallaqxanada işlədikləri üçün sağ qala bilirlər.

Drezden
bombardmanında 135 min insan həlak olur. Avropa üçün rekord – çox
kədərli rekord! Vonnequt deyir ki, bu fəlakətdən yalnız bir nəfər
qazanclı çıxdı, o da onun özüdür. Çünki o hər ölüyə görə beş dollar
qazanıb – "Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanının
qonorarı şəklində...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!