Üzən tava

Üzən tava
Maraqlı məlumatlar
10.09.2017 16
Təbiət
insanları özünə valeh etməkdə davam edir. Onu daha çox öyrəndikcə
yeniliklər kəşf etdikcə, ona heyran olmamaq mümkün deyil. İstər bitgilər
aləmi, istərsə də heyvanlar aləmi olsun hər cəhəti ilə dünya başdan-
başa möcüzələrlə doludur.



Amazon
hər zaman zəngin fauna və florası ilə dünyanın diqqət mərkəzindədir.
Zəngin bitkilər aləmi ilə təbiət sevərlərin diqqətində olan bu məkanın
daha bir incisi haqqında Qadınlar.biz  sizə məlumat verir.



Belə
bir heyranedici mənzərələrdən biri Cənubi Amerikada Amazon çayı
üzərində bitən Viktoriya Reqiya bitkisidir. Bu bitki dünyanın ən böyük
şanagülləsi adlanır. Yerli əhali bu bitkini "üzən tava” adı ilə
məşhurlaşdırıb. Kənarları yuxarı bükülən dairəvi yarpaqların diametri 3
metrə çatır.

Yarpaqlar təqribən 15 kq-dək çəkiyə davam gətirə bilir.



Uşaqlar
onun saplağını kəsərək üzərinə minir və Amazon çayında üzməyə
başlayırlar. Yarpaqlar təqribən 15 kq-dək çəkiyə davam gətirə bilir.

Tam günəşli yerlərdə yetişən bu bitkinin ömrü 5 ildir. Yerli əhali bu bitkinin gözəl ətrə sahib olduğunu söyləyir. 



Bu
gül həmçinin dünyanın ən qədim botanika bağlarından biri olan
Amsterdamdakı Hortus bağında qorunub saxlanılan bitkilərdən biridir.
Burada dünyanın hər yerindən təxminən 4000-ə yaxın bitki növü
yetişdirilir. 





 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!