Əllə, dillə və düşüncə ilə müdaxilə

Əllə, dillə və düşüncə ilə müdaxilə
Maraqlı məlumatlar
10.09.2017 7
Bir
hədisi-şərifdə belə buyurulur: "Birinin qüsurunu gördükdə onu əllə
düzəltməyə çalışın, bunu bacarmırsınızsa, dillə düzəltməyə çalışın, onu
da bacarmırsınızsa, ürəyinizdə ona qarşı etiraz edin".



Alimlər bu hədisi-şərifi
açıqlayarkən deyirlər ki, bir insanın xətasını düzəltmək əlaqədar
şəxslərə və orqanlara düşər. Əgər siz küçədə birinin ədəbsizliyini
görürsünüzsə, ona əllə müdaxilə haqqına sahib deyilsiniz. Bu haqq
dövlətə və ya əlaqədar təşkilatlara aiddir. Amma bir valideyn öz
övladının, bir müəllim tələbəsinin qüsurunu bəzən əllə düzəltmək haqqına
sahib ola bilər. Yəni biz başqasının qüsurunu dillə düzəltmək haqqında
düşünməliyik. Bu da hər kəsin bacaracağı iş deyil. Elə etmək lazımdır
ki, dediyimiz sözün, üslubun bir səmərəsi olsun. Yoxsa, söz xatirinə söz
demək və ya başqaları şahid olsunlar ki, "mən bu sözü dedim" düşüncəsi
ilə davranmaq doğru sayılmır. Burada səviyyə məsələsi önəmlidir, üslub
önəmlidir və deyilən sözün doğuracağı reaksiyanı irəlicədən hesablaya
bilmək önəmlidir. Yoxsa, nəticəsinin uğursuz olacağını bildiyin halda bu
işə girməyin nə sənə, nə də qarşı tərəfə bir səmərəsi ola bilər.



Həmin qüsura qarşı ürəyində etiraz eləmək isə daha çox "Allahım, onu bu xətadan qurtar, məni də bağışla" anlamında bir duadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!