Əfsanəvi aktrisa bu dizaynerin paltarında torpağa tapşırıldı

Əfsanəvi aktrisa bu dizaynerin paltarında torpağa tapşırıldı
Maraqlı məlumatlar
10.09.2017 18
Nəinki
modelyer, sadə bir moda həvəskarının da siyasətə maraq göstərdiyinin
şahidi ola bilməzsiniz. Lakin siyasətdən tutmuş xidmət sahələrinə qədər
hər işdə çalışanlar arasında dəblə maraqlanana və geyinənə rast gələ
bilərsiniz. Məsələn, İtaliyada faşist rejiminin qatı müdafiəçisi kimi
tanınan Emilio Puççi tarixdə qadınların sevimli dizayneri kimi qalıb.
 O, ixtisasca siyasətçi olsa da, modanı hər şeydən üstün tutub.



"Emilio
Pucci” qadınlar üçün lüks geyim və aksessuarlar, həmçinin, kişilər üçün
köynək və qalstuk istehsalı ilə məşğul olan lüks italyan brendidir.
Markanın əsas orijinallığı rəngarəng naxışları və təsvirləridir. "Emilio
Pucci” brendi yaranandan bəri orijinal printlər onun vizit kartı
sayılır.

 

Uşaqlığı və tərcümeyi-halı

Moda
evinin yaradıcısı Markiz Emilio Puççi di Barsento 1914-ci ildə
İtaliyanın Neapol şəhərində anadan olub. Məşhur dizaynerin əcdadları
neçə əsrlər boyu Florensiyanın hökmdarları olub, onun adına əlavə
olunmuş markiz  xitabı da oradan qaynaqlanır. Puççi Milan
Universitetində, sonra isə ABŞ-ın bir neçə universitetində təhsil alıb.
Amerikada təhsilini başa vurduqdan sonra Emilio yenidən İtaliyaya
qayıdıb və Bolonya universitetinə qəbul olunub. Bolonya universitetini
o, politologiya elmlər doktoru dərəcəsi ilə bitirib.

 

Siyasi fəaliyyəti

İkinci
dünya müharibəsində Emilio Puççi hərbi təyyarəçi kimi fəaliyyət
göstərib. Müharibədə göstərdiyi şücaətlərinə görə kapitan rütbəsinə
qədər yüksəlib. Hətta müharibə zamanı o, Benito Mussolininin  (İtaliya
faşist partiyasının başçısı, diktator, 1922-1943-cü illərdə İtaliyaya
rəhbərlik edib) böyük qızı Eddanın vəkili olub. Puççi Eddanın ərinin
xilas planında da böyük rol oynayıb.

 

Emilio Pucci 1963 və 1968-ci illərdə millət vəkili seçilib.

 

Moda dünyasındakı uğurunu idmana borcludur

 

Emilio
Puççi moda dünyasındakı uğurunu idmana borcludur. Məsələ ondadır ki,
gənc yaşlarından Emilio xizək sürüb, hətta bir neçə il İtaliya milli
yığmasının tərkibində yarışaraq Olimpiya qalibi də olub. Puççinin xizək
idman növünə sevgisi o qədər böyük olub ki, xüsusi olaraq xizək geyim
kolleksiyası hazırlayıb. Məhz bu həvəsi Puççiyə böyük uğur və şöhrət
gətirib.  

 

1934-ci
ildə Emilionun "Harpers Bazaar”-ın baş redaktoru Diana Vrilandla
tanışlığı dizaynerin tanınması baxımından əhəmiyyətli addım olub. Belə
ki, Puççinin xizək oyunları üçün hazırladığı geyimlər Diananın çox
xoşuna gəlib. Diana onların şəkillərini çəkib jurnalda yerləşdirib.
Puççinin nəfis dizaynları hay-küyə səbəb olub. Nəticədə, Amerika
istehsalçılarından bir neçə əməkdaşlıq təklifi almışdı. Bu təklif
Emilionun həyatında ciddi dönüş olub. İlk uğurlarını qazanan Emilio
Puççi başa düşüb ki, moda sənayesi ona siyasətdən daha çox uğur gətirir.
Bu səbəb istedadlı dizayneri hərbi hava qüvvələrini tərk edərək yeni
kolleksiyalar üzərində işləməyə vadar edib.

 

İlk kolleksiya

 

Şəxsi atelyesi olmadığı
üçün gənc dizayner ilk kolleksiyasını Florensiyada qədim ailə qəsrində
hazırlayıb. 1947-cı ildə buraxdığı həmin kolleksiyasını gənc dizayner öz
imzası altında buraxmışdı. Bu imza kübar ailə qürurunu təhqir etməmək
üçün labüd idi. Bu sahədə təcrübəsiz olsa da, Puççinin rahatlığı ilə
seçilən kolleksiyası böyük auditoriya toplayıb. Bu kolleksiyadakı
sərbəst fasonlar bədənin təbii gözəlliyini vurğulamağa, qadınlara
istənilən vaxt, istənilən yerdə özünü rahat hiss etməyə imkan verib.
Özündə şıqlığı və praktikliyi birləşdirən kolleksiya həm gündəlik, həm
də axşam geyimlərindən ibarət olub. Puççi digər həmkarlarından fərqli
olaraq qadınlara azadlıq və sərbəstlik verib. Çünki italyan ustanın
qadınlara dar siluetlərlə əzab vermək niyyəti yox idi... Onlar dünyanı
dərk etmək istəyən özünəinamlı və aktiv qadınlar üçün yaradılıb.

 

Cəmi
iki ildən sonra Puççi Kapri adasında ilk butikini açıb. Eyni adlı
şalvar modeli də bu ada ilə bağlıdır. Bir neçə il sonra dizaynerin Roma
və başqa şəhərlərdə butikləri fəaliyyətə başlayıb.

 

Moda evinin xüsusi üslubu

 

Puççi
ilk illərdə təkcə birrəngli parçalarla çalışıb. Ancaq birrəngli
parçalarla dəbdə uzun müddət qala bilməyəcəyini başa düşən kimi
qeydi-adi printlərə müraciət edib. Bu seçimi onun ikinci dünya
müharibəsi dövründə hərbi təyyarəçi  kimi xidmət etməsi ilə də
əlaqələndirilir. Deyilənlərə görə, yerin səmadan görünüşü, xüsusən də,
dəniz və adaların düzülüşü gənc və istedadlı dizaynerin ilham mənbəyi
olub. Onların sayəsində fantastik naxışlar hələ yarım əsr əvvəl bütün
dünyada məşhurlaşıb və brendin rəmzi kimi hələ də qalır.

 

Yeni
tendensiya bütün fashion-sənayesini əhatə edib. Təbii ki, dizaynerin
orijinal üslubu digərlərindən dərhal seçilib. Odur ki, 50-ci illər
Emilio Puççini dəb dünyasında məşhurlaşdıran printlərin yaradılması ilə
əlamətdar olub. Puççi kolleksiyadakı bütün geyimlərini, hətta
aksessuarları da qeyri-adi printlərə qərq edib. Mücərrəd printləri və
Afrika ornamentlərini ənənəvi Florensiya zolaqları və naxışları müşayiət
edib. Orijinal naxışları ilə Emilio Puççi yalnız İtaliyada deyil,
dünyanın bütün ölkələrində modapərəst qızların ürəyini fəth edib. Bu
nailiyyətinə görə, o, "Print şahzadə” titulu ilə təltif edilib. 

 

Elə
həmin il dizayner ilk dəfə olaraq elastikliyi ilə seçilən streç kimi
asan materialdan istifadə etməyə qərar verib. Bundan başqa, həm səyahət,
həm də gecə tədbirləri üçün ideal sayılan trikotaj donların, eləcə də,
enlibalaq şalvarların da ixtirası Emilio Puççinin adı ilə bağlıdır. Bu
paltarlar indi də müasir qadın qarderobunun əvəzolunmaz elementidir.

 

Merilin Monro onun hazırladığı libasda torpağa tapşırılıb...

 

İtalyan
moda evi Merilin Monro və Sofi Loren kimi ulduzların da diqqətini
çəkib. 60-cı illərdə bu moda evinin dünyada tanınmasında italyan
aktrisalarının müstəsna rolu olub. Hətta Merilin Monro1962-ci ildə
Meksikada "Emilio Pucci” –dən olan ən çox sevdiyi açıq yaşıl paltarda
torpağa verilib. Merilin Monronun "Emilio Pucci”  imzalı paltarda dəfn
olunması dizaynerin şöhrətini daha da artırıb.

 

O
da qəribə idi ki, "Emilio Pucci” –nin məhsulları müxtəlif qiymətlərə
satılırdı. Moda evinin mağazalarında həm ucuz, həm də bahalı paltarlar
olub. Bununla da müxtəlif təbəqənin qadınları özünü dünya şöhrətli
dizaynerin işləri ilə sevindirmək şansı qazanıb. Bütün bunlardan əlavə,
aya ilk dəfə çıxan astronavtlar da Emilio Puççinin özünün hazırladığı
kostyumu geyinib.

 

Beləliklə,
moda evi beynəlxalq aləmdə sürətlə populyarlaşaraq moda sənayesində öz
layiqli yerini tutub. 1956-ci ildən isə dizayner moda evini rəsmi
qeydiyyata alaraq moda həftələrində iştirak etmək hüququ qazanıb. İndi
brendin imzası dünyanın hər yerində tanınır və hər xanıma
individuallığını vurğulamağa imkan verir.

 

Emilio Puççidən sonra

 

1992-ci
ildə Emilio Puççinin vəfatı ilə brendin rəhbərliyi qızı Laudomiya
Puççiyə keçib. Moda evini idarə etməkdə qardaşı Alessandro da ona kömək
edib. Ancaq varislər dəb imperiyasını idarə etməkdə çətinlik çəkib. Qısa
müddətdə moda evinin illik gəliri azalıb. Ona görə də, "Emilio Pucci”
brendinin səhmlərinin böyük hissəsini "LVMH”  fransız korporasiyası
alıb. 2000-ci ildə həyata keçirilən həmin alqı-satqıda sonra şirkətin 67
faizi fransız istehsalçılarına keçib. Lakin "Emilio Pucci” öz qanuni
maraqlarını qoruyub.

 

Hazırda
"Emilio Pucci” brendinin bir neçə geyim xətti var. Məhsulların
çeşidləri isə kifayət qədər çoxdur. Buraya axşam paltarları, gündəlik
geyimlər, ayaqqabılar, aksessuarlar, çimərlik geyimləri və qadın
qarderobuna aid olan digər vacib əşyalar daxildir.

 

Brendin
kreativ direktoru vəzifəsində çalışan məşhur fransız modelyeri Kristian
Lakrua, britaniyalı dizayner Uillyamson Metyu, norveçli Piter Dundas
biri-birini maraqlı işləri ilə əvəz ediblər. Lakin Piter Dundasın
dövründə 60-dan çox yaşı olan tarixi və əfsanəvi moda evi – "Emilio
Pucci” özünün ikinci həyatını yaşayıb. Belə ki, marka dünya ulduzlarının
diqqətini məhz bu dövrdə çəkib. Bu da dizaynerin düzgün seçilmiş
strategiyasına əsaslanıb. Məsələn, Piter Dundas "Emilio Pucci” brendinin
yaradıcısının qoyduğu ənənəni davam etdirərək, səyahətlər mövzusuna
həsr olunan yaylıq kolleksiyası buraxıb.

 

Növbəti kreativ direktor Massimo Corcettidir.

 

Ümumiyyətlə,
moda evi bütün tarixi ərzində orijinallığını itirməməyə çalışıb. Baş
ofisi Florensiyada yerləşsə də, moda evinin Honkonqda, Şimali Amerikada,
Yaponiyada da ofisləri var.

 

Məşhur müştərilər

Emilio
Puççinin yaşadığı illərdə jurnalistlər onu "Krallığın modelyeri” kimi
qələmə veriblər. Bir çox nüfuzlu qadınlar onun paltarlarını geyinib:
Jaklin Kennedi Onasis, Merilin Monro, Elizabet Teylor, Sofi Loren, Cina
Lollobricida, Loren Bekoll və.s

 

Bu
gün Naomi Kempbell, Niki Hilton, Madonna, Bruk Şilds, Cennifer Lopes,
Cennifer Eniston, Culiya Roberts italyan moda evindən geyinib və indi də
geyinirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!