Öz kəşflərinin qurbanı olan ixtiraçılar

Öz kəşflərinin qurbanı olan ixtiraçılar
Maraqlı məlumatlar
10.09.2017 35
Yeni bir şey ixtira edib tarixdə qalmaq… Bir çox alimlər,
ixtiraçılar yeni bir şey kəşf etmək istərkən öz kəşflərinin qurbanı
olublar. Və tarixdə də kəşfləri ilə deyil, bu xüsusiyyətlərilə qaldılar.



Uilyam Ballok fasiləsiz çap edən çap makinalarını icad etmişdi.
1867-ci ildə makinaya kağızın ilişdiyini görən Uilyam hirslə onu
təpikləyir. Diqqətsizlikdən ayağı makinaya keçir. Nəticədə yaralı
ayağına infeksiya keçir. Ballok qanqrendən ölür.



Uilyam Nelson "General electric” də çalışan 24 yaşlı ixtiraçı idi.
Nelson kəşf elədiyi motorlu velosipedisınaqdan keçirən zaman qəza
törədir və həyatını itirir.



Henri Smolonkinin yeganə məqsədi uçan maşın icad etmək idi. 1973-cü
ildə özünün düzəltdiyi "Ave Mızar” avtomobilinin protitipini sınaqdan
keçirərkən qəza törədir və ölür. 



Horac Lavson Hunley Hunley 1863-cü ildə ilk sualtı gəmini
hazırladıqda iki faciəyə birdən səbəb olacağını bilmirdi. Birinci sınaq
zamanı ilk düzəldilən sualtı gəmi batır və heyətin yarısı ölür. İkinci
sınaq zamanı da faciə yaşanır, bu dəfə ixtiraçı özü də boğularaq ölür.



Aleksandr Boqdanov qan köçürülməsi yolu ilə gəncləşə biləcəyinə
inanırdı. 1928-ci ildə öz üzərində etdiyi 12-ci sınaq zamanı özünə səhv
qan tipi köçürdüyünə görə vəfat eləyib.



Herri K. Deylin və Luis Slotin adlı iki ixtiraçı fizik Manhettan
projesi üçün plutonium üzərində təcrübəaparırdılar. Öldürücü dozada
radiasiya aldıqları üçün 1945 və 1946-cı illərdə dünyalarını
dəyişiblər. 



Karel Soucek professional dublyor idi. İxtiraçılığa həvəs duyan
Souçek hündürdən tullanmaq üçün qəribə bir qurğu icad edir. Bu qurğu ilə
bir dəfə Niaqara şəlaləsindən tullanan Soucek 1985-ci ildə eyni şounu
qapalı bir stadionun təpəsindən gerçəkləşdirmək istəyərkən qurğu düzgün
çalışmır və o sürətlə yerə çırpılaraq həyatını itirir.



Maks Valye ilk raket texnikası mütəxəssislərindən idi. 1930-cu ildə
spirtli maddə ilə çalışan raketinpartlaması nəticəsində öldü.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!