Bütün əmlakını satıb sevgilisinə gül aldı

Bütün əmlakını satıb sevgilisinə gül aldı
Maraqlı məlumatlar
10.09.2017 40
Məşhur
rus müğənnisi, SSRİ xalq artisti Alla Puqaçovanın dünyaca məşhur
"Million alıx roz” mahnısının mövzusunun real həyatdan götürüldüyü məlum
olub. Üstəlik, öz yoxsul evini satıb sevgilisinə milyon qızıl gül alan
şəxsin kimliyi də açıqlanıb.



Gürcü
rəssamı Niko Pirosmani (Niko Pirosmanaşvili) dövrünün populyar
sənətkarı olsa da, kasıb yaşayırmış. O, rəssamlığı özü öyrənib və qısa
müddət ərzində fitri istedadını ortaya qoyub.  Lakin rəssamın bütün
dünyada tanınması onun ölümündən sonra baş verib. Hətta onun özünü
tanımayanlar belə, Niko Pirosmaninin hansısa qadını dəli kimi sevməsi
haqda eşidiblər.   

 

Bugünlərdə
məlum olub ki, Niko bir dəfə bütün əmlakını sataraq, Tbilisi
mağazalarından sevdiyi qadına qızıl güllər alıb. Pirosmaninin ilham
aldığı qadın isə öz dövründə heç onun qədər belə tanınmayıb.

 

Bununla
bağlı bir sənədli fakt da var: - qadın Tbilisiyə 1905-ci ildə gəlib.
Elə həmin ərəfədə qəzetlərdə Paris miniatür teatrı "Bel Vyu”nun müğənni,
rəqqasə və aktrisası Marqarita de Sevrin Gürcüstanın paytaxtında
konsert verəcəyi haqda anonslar dərc olunub.

 

Habelə
şəhər küçələrində də "Yenilik! Marqarita de Sevr” Tbilisidə...” mətnli
afişalar peyda olub. Qadının fotosunu ilk dəfə afişada görən Niko
Pirosmani ona ilk baxışdan aşiq olub. Onun məşhur "Aktrisa Marqarita”
portreti də elə həmin günlərə təsadüf edir.  

Niko
bütün əmlakını sataraq, onu pula çevirib və həmin pulları Tbilisinin
mağazalarında satılan bütün güllərə, çiçəklərə xərcləyib. Bundan sonra
isə gülləri 9 arabaya dolduraraq Marqarita de Sevrə göndərib. 

 

Belə
rəvayət edilir ki, sonsuz gül-çiçək "dənizini” görən qadın sevincindən
rəssamın yanına gəlib və onu öpüb. Lakin tarixçilər onların nə vaxtsa
görüşdüklərini təsdiqləmirlər. Araşdırmaçılar da deyir ki, Niko ilə
Marqarita heç zaman yaxın təmasda olmayıb. Rəssam şəhərin bütün
güllərini sevgilisinə göndərdikdən sonra dostları ilə əylənməyə gedib.

 

Bütün
bunlar onu göstərir ki, "Million alıx roz” mahnısı həmin sevgi
hekayəsinin bir hissəsidir. Lakin real sevgi hekayəsi ilə mahnının
məzmunu arasında fərqlər də var.

 

Əlbəttə ki, gülləri heç kim saymayıb. Bu səbəbdən də onların sayının milyonlarla olduğunu heç kim bilmir.

Üstəlik, arabaların hamısındakı güllər heç də qızılgül olmayıb. Onların arasında digər gül növləri də olub.

 

Aktrisa
da sevgisi uğrunda hər şeyə hazır olan bu fədakar rəssama biganə
qalmayıb. O, Nikoya dəvətnamə göndərib. Lakin rəssam bunu vaxtında
dəyərləndirməyib.

 

Rəssam Marqaritanın qaldığı yerə gələndə aktrisa artıq şəhərdə deyildi. Deyilənə görə Marqarita varlı bir insana ərə gedib.

 

Araşdırmaçı
Paustovski sonralar yazırdı: "Marqarita röya kimi idi. Onun ürəyi hər
kəsə bağlı idi. Onun gözəlliyi insanlara lazım idi.

 

Lakin insanlar qadının gözılliyindən istifadə edirdilər. O, bunu çox sonralar başa düşdü”.   

 

Rəssamın
ölümündən 50 il sonra - 1968-ci ildə, Luvrda Niko Pirosmaninin
şəkillərindən ibarət sərgi açıldı. Sərgidə iştirak edənlərin sözlərinə
görə, rəssamın yaratdığı "Aktrisa Marqarita” portretinin qarşısında qoca
bir qadın dayanaraq gözlərini bir neçə dəqiqə portretə zilləyib.

 

O, xeyli fikrə dalıb. Şahidlər bildirirlər ki, bu qadın  rəssamın bir zamanlar vurulduğu Marqarita de Sevr olub.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!