Anam!

Anam!
Maraqlı məlumatlar
10.09.2017 22
Anam!
Niyə bu qədər çox sevirsən məni, əziz anam? Niyə mənim kədərimə
kədərlənib, sevincimə sevinirsən? Sənin öz sevincin, kədərin yoxdurmu?
Niyə mənim həyatımçün, xoşbəxtliyimçün yaşayırsan, ana! Sənin öz həyatın
yoxdurmu?



Mən ac olanda ac olursan, tox olanda tox. Niyə? Sənin öz nəfsinmi
yoxdu, ana?! Niyə bu qədər çox sevirsən məni? Səni sənin qədər sevə
bilmədiyimi, sənə mənə yandığın qədər yana bilmədiyimi bilə-bilə, niyə
bu qədər sevirsən məni?



Gəncəm... "gəncliyini doyunca yaşa, ailə həyatının yükü yorar səni,
hələ bacarmazsan” deyirsən. Bəs sən? Sənin gəncliyin olmadımı, ana?! Sən
ki, tez aldın o yükü çiyinlərinə, yaşamadın gəncliyini. Yoxsa yenə məni
düşündün, mən dünyaya gələm məni sevəsənmi deyə? Yoxsa, dünyaya
gəlmədiyim vaxtdanmı sevmişdin məni, mənə qovuşmaq üçünmü mənə yaşatmaq
istədiyin gəncliyi özün yaşamadın?



Mən də sevdim səni... Amma başqasını da sevdim. Səndən çox düşündüm
onu, ağladım onun üçün. Gözlərimin dolmasını belə istəmədiyin mən,
ağladım... Hiss etdin bunu bəlkə də, sən də ağladın. Amma mən başqası
üçün, sən mənim üçün... Niyə?



Ürəyini görmək istərəm, qəlbinə girmək, orda tutduğum yeri görə
bilməkçün. Kiməm orda, varlığım sənin üçün nə deməkdir ki, bu qədər çox
sevirsən məni, ana! Bilirəm Allah verib bu sevgini sənə, səni mənim üçün
yerdə yaşayan mələk olaraq göndərib...



İndi yoxsan yanımda... Səni istəyirəm, darıxıram sənsiz. Qayğın üçün,
mehriban səsin üçün, mənə mərhəmətlə baxan gözlərin üçün, səni incidən
də belə mənə sığal çəkən əllərin üçün çox darıxıram, məlhəmim anam!



Bilirəm ki, sən də məni istəyirsən, mənim üçün darıxırsan. Amma mən
öz rahatlığım üçün, qollarında cənnəti tapmaqçün istəyirəm səni. Sən
yenə mənə rahatlıq vermək üçün, yenə məni düşündüyün üçün istəyirsən
məni, ana!



Sənin sevginə qarşılıq verə bilməmək əzab verir mənə. Sevmə məni...
Bu qədər sevmə. Sevginə haqsızlıq edirəm, ana! Sənin qədər sevə bilmirəm
səni... Ya öyrət mənə sənin məni sevdiyin kimi sevim səni, ya məndən
səni sevdiyim kimi məni sevməyi öyrən özün, canında canımı yaşadan
ANAM!!! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!