Mikayıl Müşfiq

Mikayıl Müşfiq
Maraqlı məlumatlar
10.09.2017 21
Şair
Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun
5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ ay
yarım olarkən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və
qardaşları ilə birlikdə yetim qalmış, yaxın qohumlarının himayəsində
böyümüşdür. Onun atasi Mirzə Qədir İsmayılzadə "Səadət” məktəbində
müəllim işləməklə yanaşı "Vüsaqi” təxəllüsü ilə şerlər yazırdı. Yeri
gəlmişkən, böyük bəstəkar M.Maqomayev "Şah İsmayıl” operasını Mirzə
Qədirin eyni adlı poeması əsasında yaratmışdır.

M.Müşfiqin
tərbiyəsinə nənəsi Qızqayıt böyük tə`sir göstərmişdir. O, çoxlu nağıl,
əfsanə, xalq şerləri və mahnıları, bayatı və laylaları əzbər bilirdi.
M.Müşviq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış
sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və adəbiyyat
fakültəsində davam etdirmişdir (1927-1931). Əmək
fəaliyyətinə pedaqoq kimi başlamış gənc şair 7 il Bakının orta
məktəblərində müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta
məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).

Poetik
yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi "Bir gün”
şerilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və
eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur.
A.S.Puşkinin "Qaraçılar” (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun
"Demon” poemalarını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini,
T.Şevçenkonun şerlərini və başqa şairlərin irsindən nümunələri tərcümə
edən Mikayıl Müşviq M.F.Axundovun A.S.Puşkinin ölümünə yazdığı məşhur
"Şərq poeması”nı da azərbaycan dilinə çevirir.

M.Müşfiq
həbs edilməmişdən əvvəl "Çağlayan” şerlər toplusunu tərtib edib
nəşriyyata vermişdir. Buraya şair son illərdəki şe`rləri ilə birlikdə
bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil
etmişdi. "Çağlayan” bir növ onun on illik poetik fəaliyyətinin yekun
kitabı olacaqdı ki, 1937-ci ildə şair "Xalq düşməni” damğası ilə həbs
edilir və 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında
haqqında çıxarılmış ölüm hökmü elə həmin gül icra olunur.

Müşfiqin
həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə Bakıda "Musiqili
günlərim” adlı xatirələr kitabı nəşr olunur, 2005-ci ildə isə kitabın
son genişləndirilmiş nəşri "Gənclik” nəşriyyatında işıq üzü görür.

Qeyd edək ki, Mikayıl Müşfiqin xatirəsini
əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana
adı verilmişdir. Onun "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa
əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!