Ağıllarını itirən kral və kraliçalar

Ağıllarını itirən kral və kraliçalar
Maraqlı məlumatlar
10.09.2017 16
1. III Vlad -
"Drakula” ləqəbilə tanınan Şimal-qərbi Rumıniya Şahzadəsi Vlad qalib
gəlsə də, məğlub olsa da döyüşlərdə əsir aldığı insanları çarmıxa
çəkərək edəm etdirməsi ilə "məhşur” imiş.

Şahzadə
o qədər qəddar olub ki, yolda gördüyü heyvanları belə çarmıxa
çəkdirirmiş. Öldürdüyü insanların qanını içdiyinə görə ona "vampir” də
deyilirmiş.

2. Avstriya İmperatoru I Ferdinand -
Ferdinand doğuşdan epilepsiya xəstəsi olub. Ağlı çox vaxt özündə
olmayan imperator "Mən bir imperatoram və mən filan şey istəyirəm” deyə
əmrlər verirmiş.

3. Fransa Kralı VI Karl -
Fransa Kralı sümüklərinin şüşədən olduğuna inanırmış və öz-özünü
qırmamaq üçün paltarlarının astarına dəmir çubuqlar yerləşdirirmiş.

4. Almaniya Şahzadəsi Maria Eleonora -
Şahzadə həyat yoldaşının meyitini 15 gün basdırmadan saxlayıb. Bunun
səbəbi yoldaşını daima gözü önündə görmək istəməsi olub. Şahzədənin
azyaşlı qızı Kristina isə, aylarla baş ucunda içində atasının ürəyi olan
bir mücrü ilə yatmaq məcburiyyətində qalıb.

5. Almaniya Kralı Otto -
Kralın bir çox xəyali dost-tanışı olub və daima onlarla söhbət edirmiş.
Qapılara qarşı qəribə bir fobiyası olan kral bağlı qapı gördüyü zaman
əsəbləşib, özündən çıxırmış.

6. Bavariya Şahzadəsi Aleksandra Amaliya - Şahzadə həddindən artıq təmizkar olub. Buna görə ömrü boyu yalnızca ağ rəngli paltarlar geyinib.

7. İspaniya Kraliçası Xuana -
Əri Filipə olan eşqi o qədər böyük olub ki, o öldüyü zaman ağlını
itirib və yenidən ərinin cəsədinə aşiq olub. Dəfələrlə yaraşıqlı
yoldaşının məzarını açdıran kraliça, ərinin qalıqlarını öpüb
qoxlayırmış.

8. İsveç Kralı XIV Erik -
İsveç kralı sözün əsl mənasında paranoyya xəstəsi olub. Daim taxtının
ələ keçiriləcəyini düşünüb. Buna görə də, eşidə biləcəyi uzaqlıqda
gülümsəyən, pıçıldaşan hər kəsi edam etdirirmiş.

9. Rus Çarı I Fyodor -
2 yaşındakı qızının vəfatı ilə sarsılan çar bütün Rusiya torpaqlarını
gəzərək qarşısına çıxan bütün kilsələrin zəngini çalıb. Buna görə də,
ləqəbi "zəngçalan” olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!