Geyiminə görə qarşıla...

Geyiminə görə qarşıla...
Maraqlı məlumatlar
10.09.2017 22
Ümumiyyətlə
geyimlər haqqında çox danışmaq olar.Geyimin tarixi haqqında qısa bir
xülasə vermək istərdim. Geyimin tarixi də insan tarixi qədər qədimdir.
İbtidai insanlar, bildiyimiz kimi, uzun müddət paltarsız gəzmişlər.
Sonralar paltara olan ehtiyac nəticəsində onlar ovladıqları heyvanların
dərisindən və ya ağac yarpaqlarından özlərinə geyim düzəltmişlər. 

İnsanların paltar geymələrinə səbəb nə idi?bu sual mənə elə gəlir ki hamınıza maraqlıdır.

Dünyanın
bir çox alimləri bu suala müxtəlif cavab vermişlər.Bəziləri insan
şüurunun inkişaf edib utanma qabiliyyətinin əmələ gəlməsi ilə, bəziləri
isə insanda bəzəyə olan həvəs qabiliyyətinin inkişafı ilə əlaqələndirir.
Sovet alimləri isə geyimin əmələ gəlməsini insanın özünü təbiətin soyuq
və qeyri pis təsirlərindən qorumağa başlaması ilə izah edirlər. Geyim
öz yaranışından bəri böyük bir inkişaf yolu keçmişdir.Geyim tərzlərinin
əmələ gəlməsinə insanın get-gedə müxtəlif sənət və peşələrə
yiyələnməsinin, habelə yaşadığı mühit və iqlimin böyük təsiri
olmuşdur.Ayrı-ayrı xalq geyimlərinin meydana çıxması bilavasitə insan
cəmiyyətinin müxtəlif xalqlara ayrılması dövrü ilə əlaqədardır. Xalq
geyim və bəzəkləri bu və ya digər millətin əsrlər boyu yaranmış zövqünü,
mədəniyyətini əks etdirir. Məsələn, yüksək  irsə malik olan Azərbaycan
xalq geyimləri bütünlüklə xalqımızın zövqünü, onun maddi-mədəniyyətinin
ən mütərəqqi və gözəl nümunələrini özündə əks edərək, XIX əsrin
ortalarına qədər inkişaf etmişdir.

 

Belə
yəqin ki,sizi geyim haqqında qısa da olsa məlumatlandıra bildim.İndi
isə son zamanlarda geyinilən geyimlər haqqında danışmaq istərdim.İlk
öncə geyim haqqında bir məsəli xatırlatmaq istərdim."Geyiminə görə
qarşıla,ağlına görə yola sal”.Yəqin ki,bu məsəl hamıya tanışdır.Bu
fikirlə məncə hamı razılaşar.Çünki,həqiqətdə bu belədir.İnsanların
xasiyyətləri,həyata baxışları müxtəlif olduğu kimi geyimləri də
müxtəlifdir.Bildiyimiz kimi hər bir insan öz zövqü ilə
geyinir-keçinir,bəzənir və s... Allah hər bir kəsə ağıl,düşüncə və zövq
verib.Lakin elə insanlar var ki,həmin ağıldan,düçüncədən və zövqdən
layiqincə istifadə edə bilmir.Bəzən gəzintiyə çıxarkən insanların
geyiminə çox fikir verirəm desəm heç yanılmaram.İnsanların geyimlərinə
baxarkən xarakterinin hardasa 40%-ni bilmək olar,bəlkədə daha çox...Son
zamanlarda bəzi insanların yaşına,bədən ölçülərinə uyğun geyinməməsi
mənə elə gəlir ki,heçdə yaxşı nəticə deyil.Bəzi yaşlı qadınların cavan
qız geyimləri,kök qadınların isə kiçik ölçülü paltarların
geyiməsini,cavan qızlarımızın çox açıq geyimələri gördükdə,toylara
yerli-yersiz taxılan aksesuarlar,geyinilən geyimlər hardasa insana kiçik
bir əsəb və utanğaclıq verir.Xanım nə qədər abırlı geyinsə bir o qədər
yaxşı görsənər.Televiziyalarda geyimlə bağlı bir çox fikirlər
bildirirlər hardasa bildirilən fikirlərin 50%-i ilə razılaşıram.Amma bir
fikirlə o qədər də razı deyiləm.Deyirlər ki,hamısı zəmanədən
aslıdır,mənə elə gəlir zəmanəni dəyişdirən elə insanların
özləridir.İnsanlar dəyişir.Hər bir qadın Azərbaycan qadını olduğunu
 unutmamalıdır.Əbəs yerə demiyiblər ki,Azərbaycan xanımları sayılıb
seçilən xanımlardır.Hər bir qadın əlbəttdəki kişilərə də aiddir,bədən
ölçülərinə,yaşlarına uyğun geyinsə,mənə elə gəlir ki,geyimlə bağlı heç
bir problemimiz olmaz. Sözsüz ki,yazdığlarımı bütün xanımlara şamil
etmirəm.Çox gözəl geyinən xanımlarımız da az deyil.Əlbəttdəki bu mənim
öz gördüklərim və fikirləşdiklərimdir sizinlə paylaşmaq
istədim,razılaşmayada bilərsiniz.Əslində bu məsələ haqqında çox yazmaq
olar,amma bu qədər bəs olar lap çox yazıb sizidə yormuyum.Boş yerə
deməyiblər ki,sadəlik gözəllikdir.Son olaraq bunuda qeyd edim
ki,saytmızda geyim xəbərlərinə şərh yazan xanımlarımızında şərhlərini
oxuyuram hardasa zövqünü və geyim tərzini bilmək olur.Belə nəticəyə
gəlirəm ki,Qadınlar.biz saytımızın xanımlarıda geyimlərinə diqqət
edən,zövqlü xanımlardı.

 


ən sonda bunu qeyd etmək istərdimki,əziz xanımlar sizinlə paylaşdığım
bu məqaləni özüm hazırlamışam nə dərəcədə yaxşı alınıb onu artıq siz
biləcəysiniz..1-2 il bundan qabaq jurnalistikaya olan həvəsim sonsuz idi
amma arzum ürəyimdə qaldı.Bu məqalənidə həmin ərəfələrdə
yazmışam.Geyimin tarixi haqqında olan qismini isə qısa olaraq
internetdən araşdırmışam.

Vaxt ayırıb oxuduğunuz üçün hər birinizə sonsuz Təşəkkürlər.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!