Vulkan üzərindəki restoran - fotolar

Vulkan üzərindəki restoran - fotolar
Maraqlı məlumatlar
10.09.2017 16
Dünyada müxtəlif fərqlilik meyarı ilə seçilən restoranlar mövcuddur. Hər
birinin də özünəməxsus özəllikləri və insanları cəlb edən
xüsusiyyətləri var. Bəziləri suyun altında, bəziləri mağarada, adada və
s. İndi haqqında danışılacaq restoran isə nə qədər də qəribə səslənsə
vulkan üzərində yerləşir.



Sizə desələr ki, əyləşib yeməklərinin dadından zövq aldığınız, musiqi
sədaları altında əyləşdiyiniz məkan vulkanın üzərində yerləşir, cəld
hesabı ödəyib oradan qaçardınız. Amma bu yatmş vulkan üzərində səhrada
yerləşən "Eldiablo” restoranının yüzlərlə müştərisi var. 



Qadınlar.biz  sizə "Eldiabo” vulkan restoranından söz açır. Qiymət
baxımından da baha olmayan bu restoranda yeməklər vulkan lavalarının
közü üzərində hazırlanır. Kanar adaları qrupundakı Lanzorattedə vulkan
üzərində inşa edilən bu restoranda yeməklər müştəriələrə lavalar
üzərində qurulan sobalarda bişirilərək verilir.



Restoranın vulkan üzərində yerləşməsi, yeməklərin lavanın istisi ilə
bişirilməsi xarici qonaqların diqqətini cəlb etdiyindən onlar bura
tez-tez üz tuturlar.



Alimlərin verdiyi son təsəlliedici proqnoza görə, sönmüş vulkanın yaxın
vaxtlarda püskürməsi, lavalardan qaynar mayenin axması, bir sözlə, bu
cür qeyri-adi məkanda yerləşən restoranın məhvi, onun müştərilərinin isə
yanıb kül olması gözlənilmir.




 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!