Danışmaq gümüşdürsə, susmaq qızıldır

Danışmaq gümüşdürsə, susmaq qızıldır
Maraqlı məlumatlar
10.09.2017 20
Təbiət boşluq sevmir. İnsan həqiqəti bilmədikləri yerləri ehtimal və uydurmalarla doldururlar. /Bernard Şou/

Hər
birimiz həyatda bir dəfə də olsa dedi-qodu şayiəyə hədəf olmuşuq. Bəzən
özümüz də digər insanlar haqqında düzgün olub-olmadığını
düşünməyərəkdən danışırıq. Ümumiyyətlə bütün dövrlərdə şayiələr,
dedi-qodular, intriqalar tez-tez rast gələn haldır. Əksər hallarda digər
insanların nöqsanları, problemləri haqqında məlumat maraq doğurur.
Məsələn: alkoqol, narkotik asılılıq; münaqişələr və davalar, başqaların
şəxsi həyatı.

Dedi-qodu
və şayiə arasında bəzi fərqlər var. Şayiə daha çox insanlara (yəni cəm
şəkildə) dedi-qodu isə yalnız bəzi insanlara aiddir. Şayiələr abstrakt
və emosional olur, dedi-qodular isə daha çox şəxsləndirilmiş xarakter
daşıyır, daha informativ və məzmunlu olur. Şayiələr qeyri-dəqiq ,
dedi-qodu isə yalan və ya doğru məlumat daşıyır. Əgər insan digər
insanlar haqqında söhbətlərə enerji və zaman sərf edirsə, deməli onun öz
həyatı çox maraqsızdı. Bir başqasının həyatını "yaşayaraq”, qeybətçi öz
həyatını yaşamağa vaxt tapmır.

Öz
həyatından narazı , paxıl, kinli insanlar dedi- qoduya meyillidirlər.
Amma dedi-qodunun mənfi təsirin fəsadlarını unutmaq olmaz. Nevrotik
pozuntu, infarkt, insult, boşanmalara , hətta intiharlara səbəb olur.
Gündəlik həyatımızla yanaşı iş həyatında da dedi-qodu olur. Razılaşarsız
ki, insanlar yalnız işdə oturub işləri ilə məşğul olub və heç bir
dedi-qoduya yol verməsin?! Demək olar ki, belə olmur. Təbii ki mövzu
yalnız hansısa xəbərlərlə ya hadisələrlə bitmir. Adətən dedi-qodu və
şayiələrin yayılmasıına səbəb işçilərin boş vaxtının çox olmasıdı.
Bir-biri ilə maraqlanmaq, sevinci və kədəri  bölüşmək insanlara xas
xüsusiyyətlərdir.Və söhbətin sonunda gec tez mövzu dəyişir, keçir
dost-tanışlara. Söz gəzdirən insanlar məlumat toplayırlar; kim evlənib,
kim boşanıbkim işsiz qalıb, kimin övladı olub və s. Sözsüz ki, bu
ünsiyyət həyatımızın bir hissəsidir və insanlar çox vaxt bu formada
münasibət qururlar. Çox vaxt isə bu söhbətlər dedi-qoduya keçir və
müəyyən məqsədə yönəlmiş olur. Öz nüfuzunu qaldımaq üçün (onların
düşüncəsi ilə), bəzi insanlar başqalarının ləyaqətini alçaldırlar. Bir
kimsəni ləkələmək üçün faktları təhrif etməyə çalışırlar. Dedi-qodunu
yayanlar adətən özünəinamsız narahat həyacanlı insanlar olur. Təəssüf
ki, heç kim, hətta məşhur insan olmasa belə dedi- qodudan
sığortalanmayıb.

Bəs özümüzü necə qoruyaq? Necə reaksiya verək?

Çalışın, qeybət edən insanların əhatəsində zamanınızı itirməyin. Mövzunu dəyişin. Unutmayın ki, sizinlə dedi-qodu edən, sonra sizin haqqınızda edəcək. Müdrik, özüngüvənli, müstəqil, yetkin şəxsiyyətlər dedi-qoduya, qeybətə yol verməzlər. Bütün dövrlərdə, bütün xalqlarda susmaq qızıldı. Dedi-qodu isə dedi -qodu olaraq qalacaq. Ona çox əhəmiyyət verməyin. Öz daxili aləminizi hər kəsə açmayın. Başqaları haqqında danışmayın, söz düşəndə isə müsbət tərəflərini görməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!