Yeni il üçün ev bəzəkləri

Yeni il üçün ev bəzəkləri
Maraqlı məlumatlar
10.09.2017 8
Yenil
il artıq yaxınlaşmaq üzrədir. Hər bir kəs yeni il gecəsini daha da
maraqlı, yaddaşlara yazılacaq şəkildə 2016-cı ilə qədəm qoymaq istəyir.



Bu
il yeni il gecəsini əvvəlki illərdən daha da fərqli edərək həm özünüz,
həm də yaxınlarınız üçün yadda qalan gecə hazırlaya bilərsiniz. 

Yaxınlarınızın yaddaşından silinməyəcək yeni il gecəsi hazırlayın 



Qədəhləri
xüsusi yeni il yapışqanlı naxışlarla bəzəyə bilərsiniz. Daha sonra
balaca açıqcalara ailə və ya dostlarınıza olan bayram təbriklərinizi
qeyd edə bilrəsiniz. Yeni il gecəsi bitdikdən sonra hazırladığınız
açıqcaları təqdim edə bilərsiniz. 







Ailə üzvlərinizə və ya dostlarınıza hədiyyələr hazırlayın

Yeni
il gecəsi daha gözəl hədiyyələr təqdim etmək üçün gecə gündüz
fikirləşirsiniz. Amma yaddan çıxarmayın ki, ən böyük və dəbdəbəli
hədiyyə hər zaman ən mükəmməl hədiyyə deyil. Onun əvəzinə, daha da
ürəkaçan hədiyyə təqdim etmək məqsədə uyğundur. Küknar ağacının
(yolkanın) altına düzülən hədiyyələr çox vaxt mağazadan alınır. Amma siz
öz hazırladığınız qeyri adi əl işlərinizi hədiyyə edə bilərsiniz. Çünki
özünüz hazırladığınız hədiyyələr daha da qeyri adi olar. 







Yeni il gecənizə daha da şirinlik qatacaq şirniyyatlar hazırlayın

Yeni
il hazırlıqlarına dadlı şirniyyatları da əlavə etsəniz yaxşı olar.
Həyat yoldaşınız və ya yaxınlarınızla mətbəxdə şirniyyatları
hazırlayaraq əylənə bilərsiniz. Şirniyyatı yeni il simvolu formasında
hazırlaya bilərsiniz. Bu da gecənizə daha da gözəllik qatacaq. Həmçinin
şirniyyatlardan hədiyyə də verə bilərsiniz.







Yeni il gecənizə daha da şirinlik qatacaq şirniyyatlar hazırlayın

Yeni
il süfrələrinizi klassik və müasir formada hazırlaya bilərsiniz.
Evinizi bəzəyərkən bütün rənglərdən istifadə edərək ailə üzvlərinizə və
qonaqlarınıza xoş aura bəxş edə bilərsiniz. Diqqətlə bəzədilən yeni il
süfrəsi və ev yeni il həyəcanını daha da artırır. Evinizi bəzəyərkən
yeni il simvollarından istifadə etmək lazımıdır.







Evinizi özünüzə məxsus rənglərlə bəzəyin

Hər
kəs yeni il qabağı evini öz zövqündə olan rəngdə bəzəyir. Qırmızı,
gümüş, qızılı və s kimi rənglərdən istifadə edərək yeni il gecəsi
evinizdə xoş əhval ruhiyyə yarada bilərsiniz. Otaqda ən çox diqqət çəkən
yerləri bəzəsəniz daha da gözəl alınar. Pəncərələr, stol, divar künclər
kimi yerlər daha diqqət çəkir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!