Aldanmış Kəvakib

Aldanmış Kəvakib
Maraqlı məlumatlar
10.09.2017 7
"Aldanmış kəvakib" ("Hekayəti-Yusif şah”) - Mirzə Fətəli Axundzadə 1857-ci
ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist
nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest
janrının əsasını qoyur.
Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir"
konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai
nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə
tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur
ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq
nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində
fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu,
özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran
tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb,
amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib. Amma povestdə şah obrazında I Şah Abbas göstərilib.

Yazıçı
tarixdən götürdüyü kiçik bir hadisəni öz realist qələminin gücü ilə
yüksək ədəbi-bədii səviyyəyə qaldırır. Müəllifin etiraf etdiyi kimi, o,
hadisəni təsvir etməklə İran feodalizminə idarə üsulu öyrədir. Axundzadə
yazır: "Mən kiçik məsələni əldə bəhanə edib, öz fikrimdə onu
genişləndirmişəm. O zamanın vəzirlərinin və dövlət başçılarının
ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy
onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə
inanmasınlar”. Axundzadə bu əsərdə I Şah Abbas hakimiyyətini ona görə tənqid edir ki, o öz iradəsini, axmaq bir münəccimin insafına
tapşırır, onun yalançı xəbərləri ilə xalqın müqəddəratını həll edir.
Şah öz hakimiyyətini möhkəmlətmək üçün azad fikirli insanları
amansızcasına təqib edir. Onun vəzirləri Sərdar Zaman xan, Müstövfi
Mirzə-Yəhyə, Mirzə Möhsün və Axund Səməd xalqa ziyan vuran hərəkətləri
ilə fəxr edirlər. Yazıçı bütün bu mənfi tiplərə qarşı özünün rəğbət
bəslədiyi, xalq arasından seçdiyi Yusif Sərrac obrazını yaratmışdır.
Axundzadənin yaratdığı bu qəhraman uzaqgörən, xalqın xeyrinə çalışan
insandı, zəhmətkeş kütlənin tipik nümayəndəsidir. O, özünün qısamüddətli
hakimiyyəti dövründə Şah Abbasın xalqa vurduğu ziyanları aradan
qaldırır, özü də xeyli tədbirlər həyata keçirir. Mirzə Fətəli bu əsəri ilə dünya mütləqiyyətinin əleyhinə çıxmışdır

Povest
ardıcıl inkişaf edən süjet xəttinə və və aydın kompozisiyaya malikdir
və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin
başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni
idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər
verir ki, 15 gündən sonra şahı devir edəcəklər. Elə münəccimin bu
xəbərindən sonra əsas hadisələr cərəyan etməyə başlayır. Şah əsas
vəzirlərini başına topluyur və məsləhətləşir. Baş münəccimin məşvərət
ilə belə qərara gəlirlər ki, Şah Abbas bir müddətlik hakimiyyəti hansısa
"kafirə" versin, və onların seçimi yəhərçi Yusif
olur. Povestin ikinci hissəsi isə yeni şaha həsr olunub. Yusif Sarac
qabaqcıl insan idi və hakimiyyətə gələn kimi ancaq özünü düşünən
vəzirləri vəzifədən azad edir, onların yerinə onlardan daha ağıllı,
düzgün insanları təin edir. Ölkədə yeni yollar, körpülər, karvan
saraylar, məktəblər, xəstəxanalar tikilir. O, ağır vergiləri yüngül
vergilərlə əvəz edir. Yusif şahın bütün etdikləri yalnız millətinin daha
yaxşı həyat yaşaması üçün idi. İranda daha gözəl günlər başlayır. Yusif
şah isə ideal hakimiyyətçi kimi göstərilir.
Amma o, öz məqsədinə çatammır, çünki belə rahat həyat yaşamağa adət
etməmiş millət, başlıyır üsyan etməyə və onu taxtdan devirir. Onun
yerinə isə zülümkar şah Abbas geri qayıdır. Bundan sonra hər şey öz
yerinə qayıdır, və sanki Yusif şah olmamış kimi hər şey əvvəl ki kimi
davam edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!