Məhəmməd Füzuli

Məhəmməd Füzuli
Maraqlı məlumatlar
10.09.2017 40
Füzuli —
Orta əsr Azərbaycan şairi və mütəfəkkiri. Azərbaycan və türk ədəbiyyatı
tarixində divan janrının nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir
çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəlaşəhərində doğulduğu məlumdur.

Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqaAzərbaycanın Ərəş mahalından köçmüşdür.
Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında
yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü
də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab
edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də
onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqıAzərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə
tabe olduğu illərə düşür. Dahi Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada
taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də məhz Kərbəladadır.

Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın
Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır.Onun müəllimi Vəli Məmmədzadə
olmuşdur. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər),
xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan
fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind
ədəbiyyatını öyrənmişdir.

"Bəngü
Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I
Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara
qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Sultan
Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada
gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun"
(1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi
ilə qələmə almışdır.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və
s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam",
"Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün
məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab
şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının
zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və
dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə
yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk,
fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına
baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu
mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli
qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri
əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini
tapmışdır. Füzuli burada Aristotel,Platon, Empedokl, Demokrit və
başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən
təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə
təsadüf edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!