Xaqani Şirvani

Xaqani Şirvani
Maraqlı məlumatlar
10.09.2017 14
Xaqani Şirvani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada
Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu
Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.

Xaqani 1126-ci ildə Şamaxının Məlhəm kəndində
anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif
elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik
istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada
böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti
nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq
ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir.
Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir.

Xaqaninin
zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divani,
"Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60
məktubdan ibarətdir. Divanındakı şerlər qəsidə, qəzəl, mədhiyyə,
mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə
"Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şerləri və
"Töhfətul-İraqeyn" poeması daxildir. Dövrün ən böyük şairlərindən biri
kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən
cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və
elmilikdir.

İslam Şərqinin
bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir
dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir.
Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv
əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində
dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan
ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə
edilir.

Azərbaycan
ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki
İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və
eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri
açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə dəNizami yaradıcılığına
dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş
halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl
nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə
dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən
böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində
Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur.
Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış
özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami
yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!