Həyat

Həyat
Maraqlı məlumatlar
10.09.2017 19
Bəzən
düşünürSəN ki, artıq adiləşmiş günlər yaşayırsan... Eyni əzbərlənmiş
hadisələrin təkrarı... Planlaşdırılmış hadisələr, eyni insanlar...

Söhbətləri eyni sanki təkrardır. Hər gün sanki ötən keçən günün təkrarıdır... BezirSəN... Darıxırsan... Yenilik axtarırsan...

Amma yenə eyni hadisələrin arasında itib batırsan..



Birdən gözün heç tanımadığı, ürəyin isə sanki OnA doğma bir insanı
görür... Bu təkrarlanan eyni günlərə OnuN baxışları bir yenilik gətirir.

Artıq hər gün eyni hadisələr yaşansa da qəlbin yeni hisslər yaşayır...
Bir baxışla həyəcan... Bir baxışla doğmalıq... Bir baxışla sevgi...

Artıq yenə boşluq... Təkrarlanan günlərinə OnU gözləmək də əlavə olunur... Gözlərin OnU axtarır... Kaş yenə yaşansaydı o gün...

Kaş yenə görərdim SəNi... Kaş yenə görərdim qəlbimi isidən baxışını... Kaş yenə bir baxışından həyəcandan nəfəsim kəsilərdi...

Kaş yenə görərdim o tanımadığım yad bir doğmamı...

Yenə həyəcan... Ürəyim döyünür...Yenə SəNi görürəm. Amma deyəSəN SəN məni görmürSəN ya görmək istəmirSəN...

”Mən burdayaaam” deyə
qışqırmaq istəyirəm. Amma tanımram SəNi... SəN də məni... Bir tək o
baxışın doğma idi... Bir tək o baxışın yaxınlaşdırırdı bizi...

Doğmalaşdırırdı... Sanki çoxdan tanıyırdıq bir birimizi... Baxışların
danışırdı mənimlə... İndi isə tanımadığım yad bir insansan. Baxışların
da yoxdur artıq...

Baxışlarını mənə verərSəNmi? OnlaR idi mənim təkrarlanan günlərimə rəng qatan... Amma indi anlayıram...

Adiləşən günlərini kimləsə deyil varlığınla mənalı etməliSəN... Həyatının mənasını isə başqasında deyil özündə görməliSəN...



Ümüdlərimin tükəndiyi yerdə son çarəm sən olarsanmı ?

Aldığım hər nəfəsdə düsündüyüm sən olarsanmı ?

Ağlayanda belə məni güldürə bilən sən olarsanmı ?

Qəlbimin döyünməsinin səbəbkarı sən olarsanmı ?

Bağlı qəlbimin qapılarını ilk ve son açan sən olarsanmı ?

Itirdiyimdə belə heyfsləndiyim sən olarsanmı ?

Yaşama səbəbim sən oalrsanmi ?

Çarəsizliyimdə son çarəm sən olarsanmı ?

Cəsarətsizliyimdə son cəsarətim sən olarsanmı ?

Günahlarıma səbəb sən olarsanmı ?

Xəstələndiyimdə mənə ağrı kəsici yox həyat verən derman sən olarsanmı ?

Həyat yalan… Sevgi yoxdur… Mene bunları unutduran sən olarsanmı ?



Istəyirsən,mən sənin başının üstündəki səma olum?...

Səma qədər uzaq,həm də onun qədər yaxın.Hər dəfə başını qaldıranda
məni görəcəksən,əlini uzadanda mənə toxunacaq,təki əllərini uzat.Mən
buludları qovacam başının üzərindən,səni pis havalardan qoruyacam.

İstəyirsən?



İstəyirsən,mən ay olum,gecələr pəncərəndən boylanım?...

Sənin qayğısız yuxularına keşik çəkim,həzin işıq salım
qaranlıqlarına.Sən məni görəcəksən...yalnız hiss etməklə görə bildiyin
məni.

Amma bir gün səni də öz yanıma apararam,və sən əsl məni görərsən.

İstəyirsən?



İstəyirsən,mən sənin ulduzun olum?...

Sənə yol göstərim,ulduzlara baxıb yolunu təyin edə biləsən.

Kəhkəşanda sayrışan ulduzların arasından sənin taleyini danışım.

Sən buludsuz səmada asanlıqıla məni tapa biləsən.

İstəyirsən?



İstəyirsən,külək olum səninçün?...

Hər səhər sübh tezdən və hər axşam yatmamışdan öncə saçlarınla
oynayan.Sən heç vaxt mənigörməyəcəksən,amma hər zaman mənim toxunuşumu
hiss edəcəksən.

İstəyirsən?



İstəyirsən,yarpaqların pıçıltısı olum?

Payızda ayaqlarının altına düşərək diqqəti cəlb edən,vida
nəğmələrini sənə xatırladan,yazda həyata qayıdışımla
sevindirən,ruhlandıran.Sən mənim üzərimdən addımlayıb
keçəcəksən,arzularımın üzərindən...amma mənə hətta ağrılı belə
olmayacaq.!!!

İstəyirsən?



İstəyirsən,mən sənin kölgən olum? Həmişə arxanca səni təqib edən,amma
heç vaxt səndən irəliyə keçməyən.Sən məni görəcəksən,mən isə hətta sənə
toxuna da bilməyəcəm,gülümsəyə bilməyəcəm və deyə bilməyəcəm ki,bu
mənəm...

İstəyirsən?



Yox,sən mən deməsəm də bunları hiss edirsən.

Sən hər gecə pəncərəndən boylanan ayı görürsən və bilirsən ki mən də bu aya baxaraq səni düşünürəm.

Sən hər əsən küləkdə onsuz da mənim toxunuşumu hiss edirsən və bunun zərifliyindən zövq alırsan.



Mən inanıram ki səndə hər şey alınacaq...

...kifayət qədər xoşbəxtliyin olacaq ki,həyatın şirinliyini hiss edəsən...

...kifayət qədər sınaqlardan keçəcəksən ki,güclü olmağı bacarasan...

...kifayət qədər kədər ürəyindən keçəcək ki,insanlığı başa düşəsən...

...kifayət qədər ümidlərin olacaq ki,xoşbəxt olmağı bacarasan!!!!



Amma sən ümid etməyi sevmirsən mənim kimi,ya əldə edirsən,ya da boş verirsən.Həqiqət də budur.

Yalan ümidlərin əlindən tutaraq gözləyə-gözləyə qalmaqdansa istəklərin
uğrunda mübarizə etmək və yaşamağın gözəlliyini hiss etmək vacibdir.



Həyatın elə anları olur ki,kiminçünsə çox darıxırsan,o qədər
arzulayırsan ki onu xatirələrindən çıxarıb yanına gətirmək istəyirsən.

İndi mənim darıxdığım qədər çox darıxırsan...

Ya da qanadlarının olmasını arzu edirsən.

Bəzən qanadlarımın olmamasına təəssüflənirəm...



Odur ki!!!

Arzula...nəyi istəyirsən,kimi istəyirsən arzula!!..!!

Get...Hara istəyirsən,kiminlə istəyirsən get!!!

Bilmək istədiklərini bil..!

Sənin yalnız bir həyatın və bir şansın var bunları etmək üçün.

Ən xoşbəxt insanlar bütün gözəlliklərə sahib olanlar deyil,həyatda
qarşısına çıxanlardan ən yaxşıları əldə etməyi bacaranlardır...



Xoşbəxt olmağı bacarmanız diləyiylə...

İstəklərinizin arxasınca getməyi bacarırsınızmı?

Yoxsa bəzən arzularınızın üstündən xətt çəkirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!