Bu da oldu - təmiz hava pulla satılır

Bu da oldu - təmiz hava pulla satılır
Maraqlı məlumatlar
10.09.2017 12
Hava çirkliliyinin maksimum həddə çatdığı Çində qəribə bir yenilik edilib. , bu ölkədə artıq təmiz hava pulla satılacaq. 

Çinin şərq bölgəsində bir restoran müştərilərindən yemək pulundan əlavə, təmiz hava üçün də ödəniş alacaq. 



Jiangu vilayətinin Zhangjiagang şəhərindəki
restoran içəridəki havanın təmizlənməsinin maliyyəsini müştərilərindən
çıxarır. Restoran sahibləri müştərilərə daha yaxşı şərait yaratamaq üçün
hava filtrasiya sistemi qurub. Bunun əvəzində isə hesaba 1 yuan (0.15
dollar) əlavə edilir. 



Çində havanın çirkliliyi maksimum həddə çatıb. 



Bir
milyarddan çox əhalisi olan ölkədə hava çirkliliyi ən yüksək həddə
çatıb. Hətta bəzi ölkələrdə görüş məsafəsi 100 metrdən belə azdır. 



Restorandan şikayət edən müştərilər bunun doğru olmadığını, havanın satıla bilməyəcəyini deyərək şikayət ediblər. 

Müştərilər
vəziyyətdən narazı olsalar da, sosial şəbəkədə restoranın bu addımı
alqışla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri təmiz hava üçün cüzi
məbləğ ödəməyə hazır oduqlarını deyiblər. 



Çində çirkli hava

Dünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə
görə, hər il milyonlarla insan hava çirkliliyi nəticəsində ölür. Ancaq
2012-ci ildə havanın çirklənməsi nəticəsində dünyada 7 milyon insan
ölüb. Araşdırma havanın çirklənməsi və ürək, respirator və xərçəng
xəstəlikləri arasında əlaqənin olduğunu aşkarlayıb.



Qlobal
miqyasda 8 ölüm halından biri havanın çirklənməsilə əlaqədardır ki, bu
da onu dünyanın yeganə ən təhlükəli ekoloji səhiyyə riskinə çevirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!