Vampirlər kişi, qadın və uşaqların...

Vampirlər kişi, qadın və uşaqların...
Maraqlı məlumatlar
10.09.2017 10
İngilis
dilində olan "vampir" sözü macar mənşəli olub XVIII əsrin
əvvəllərindən, daha dəqiq desək, Avropa dövlətlərinin qitənin şərq
ucqarlarını maraqlanmağa başlamasından sonra işlənməyə başlanmışdır.
Bəzi tarixçilər bu sözün serb və ya türk mənşəli olması fikrini irəli
sürürlər.



Günəşin
batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində
dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını
içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən "vampir" sözünün
hərfi mənası "qaniçən" deməkdir.



Con
Haynrix Zopfius özünün 1733-cü il tarxili "Serb vampirləri" adlı elmi
işində yazmışdır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq
yataq¬la¬rında sakit yatmış insanlara hücum edib bədənlərindəki
qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və
uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər...".



Vampir
və vampirizmlə bağlı sistemli və müntəzəm araşdırmalar aparan şəxslər
isə vampiroloq (ingiliscə vampirologist) adlanır. Ümumilikdə Vampirlərin
əlamətləri aşağıdakı kimidir:



1. Gün işığından qorxurlar;

2. Gecələr məzarlardan çıxır (xırtlar / xortlar);

3. Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri;

4. Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur.

5. Ağızları daima qanlı olur, qanları laxtalanmır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!