Rahat yuxu üçün otaq tempraturunu belə müəyyən edin

Rahat yuxu üçün otaq tempraturunu belə müəyyən edin
Maraqlı məlumatlar
10.09.2017 12
Yatdığımız otağın havası yuxunun keyfiyyətinə təsir göstərən vacib şərtlərdəndir.



Rahat
yuxu insan həyatının vacib amillərindəndir. Gün ərzində özünüzü necə
hiss edəcəyiniz gecə yuxusundan aslıdır. Əgər gecə rahat yatmısınızsa,
gün ərzidə daha gümrah görünəcəksiniz. 



Zamanımızın 1/3-ni yuxuda keçirdiyimizi düşünsək, yuxunun bir daha nə
qədər vacib olduğunu anlayarsınız. Yatdığımız otağın havası yuxunun
keyfiyyətinə təsir göstərən vacib şərtlərdəndir.



Qadınlar.biz sizlərə normal yuxu üçün hansı otaq tempraturunun uyğun olduğunu araşdırıb.



Müasir dövrdə insanın ən böyük problemlərindən birinin yuxusuzluq
olduğunu nəzərə alsaq niyə bunun alimləri bu qədər düşündürdüyünü
anlayarsınız. Araşdırmalar nəticəsində Amerikadakı insanların yüzdə
25-nin insominadan əziyyət çəkdiyi ortaya çıxıb.



Bəs dərin bir yuxuya getmək üçün yatmazdan öncə nə etmək lazımdır? Ən
əsas amillərdən biri otaq tempraturuna ciddi fikir verməkdir. Doğru otaq
tempraturu seçmək rahat yatmağınıza yardımçı olacaq.



Vücudunuz və beyniniz yuxuya getmək üçün özünə uyğun temperatur
nizamlayır, ürək döyüntüləri, nəfəs alıb-vermə azalır, enerji minimum
dərəcədə istifadə olunur. Əgər orqanizm bu temperatura uyğunlaşa
bilməzsə yata bilmir və oyanır. Bu da yuxunun keyfiyyətsiz olmasına
gətirib çıxarır. Alimlər rahat yuxu üçün normal otaq tempraturunun 14-18
dərəcə, nisbi rütubətin isə 40-50% arasında olmasını məsləhət
görürlər.



Amma bu standart rəqəmlər də bəzən insandan aslı olaraq dəyişə bilər.
Əgər həddindən artıq üşüyən birisinizsə, bu temperatur sizin üçün bir
neçə dərəcə qalxa bilər. Eynilə bədən tempraturu yüksək olanlar əksini
edərək bir neçə dərəcə aşağı temperaturda yata bilər. Araşdırmalar
nəticəsində bütün insomina xəstələrinin əksəriyyətində bədən
temperaturunun yüksək olması ortaya çıxdığından onlar üçün ideal yataq
otağı temperaturu 14-18 dərəcə tövsiyə edilir.



Yatmazdan öncə isti su dolu bir şüşəni ayaq uclarınıza qoymaq qan
dövranına müsbət təsir edərək beləcə bədən temperaturunun asanlıqla
enməsinə yardımçı olur.



Soyuq otaqda daha dərin yuxuya getmək mümükündür ki, bu zaman vücudunuz
orqanizm üçün vacib olan melotonin hormonu ifraz edir ki, bu da
orqanizmə çox faydalıdır. Soyuq otaqda yatmağın digər bir faydası isə
yatdıqda belə kalori itirmənizdir. İnsan bədənində olan qəhvəyi rəngli
yağ toxumaları soyuq otaqda yatdığınız zaman bədən temperaturunu
nizamlamaq üçün enerji sərf edərək kalori itirmənizə səbəb olurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!