Allahın təkliyinə inanan Nyuton

Allahın təkliyinə inanan Nyuton
Maraqlı məlumatlar
10.09.2017 6
Bütün
zamanların ən böyük alimlərindən biri olan İsaak Nyuton haqqında söhbət
açılanda öncə alma yada düşür. Deyilənlərə görə, Nyuton cazibə qüvvəsi
nəzəriyyəsini öz bağlarındakı alma ağacının kölgəsində oturub dincələn
zaman başına düşən alma ilə əlaqədar olaraq verib. Bu, bəlkə də,
kimlərinsə uydurmasıdır.Amma yazılanlara görə, Nyutonun cazibə qüvvəsinə
dair elmi işləri Avropada fransız yazıçısı və maarifçi filosofu
Volterin (1694 — 1778) sayəsində yayılıb. Volter ömrünün son illərində
İngiltərəyə gedib-qayıdandan sonra Nyutonun ona böyük təsir bağışlayan
cazibə qanununu təbliğ etməyə başlayıb. Nyutonun
başına düşən alma haqqında məlumatı da dünyaya o yayıb. Volter onu da
deyib ki, alma barədə məlumatı Nyutonun böyük hörmətlə 20 il ərzində öz
evində saxladığı qohum qızdan alıb. 

İsaak
Nyuton ingilis riyaziyyatçısı,mexanik və fiziki, astronom və astroloqu,
müasir fizikanın banilərindən biri olub. Nyuton mexanikanın əsas
qanunlarını formalaşdırıb, bütün fiziki hadisələrin təsvirinin vahid
fiziki proqramını yaradıb. O, ümümdünya cazibə qüvvəsini kəşf edib,
planetlərin Günəş ətrafında və Ayın Yer ətrafında hərəkətinin , habelə
okeanlarda qabarma və çəkilmənin izahını verib. Akustikanın və fiziki
optikanın əsasını da bu alim qoyub. Diferensial və inteqral hesabı
Nyuton işləyib hazırlayıb. İşıq dispersiyasını, xromatik aberrasiyanı o
kəşf edib, interferensiya və difraksiyanı araşdırıb, işığın korpuskulyar
nəzəriyyəsini genişləndirib, güzgülü teleskop hazırlayıb, səma
mexanikasının əsaslarını yaradıb. Sələflərinin və özünün mexanika
sahəsində tədqiqatlarının nəticələrini ümumiləşdirərək alim "Natural
fəlsəfənin riyazi başlanğıcı” adlı möhtəşəm əsərini ərsəyə gətirib.
1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas məfhumları və
prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin sərf
edilmiş qüvvəyə proporsionallığı qanunu , təsir və əks—təsir qanunu
şəklində formalaşdırılmışdır. Daha bir konsepsiya onun adı ilə bağlıdır.
Nyuton bu konsepsiyasında Günəş sisteminin vəhdətdə olmasında israrlı
idi. O, Günəş sistemini atomun quruluşuna oxşadırdı. Günəş protonla
müqayisə edilən pozitiv enerjinin mərkəzi mənbəyi kimi təqdim olunur,
planetlər isə elektronlara bənzədilirdi. Yer kürəsinin sakinləri isə qaz
təbəqəsi ilə örtülmüş elektronlardan birində qərar tutmalı idi. Nyuton
optika sahəsində də böyük nailiyyətlər qazanmışdır. 1666-cı ildə
üçtərəfli şüşə prizma vasitəsilə ağ işığı yeddi rəngə(spektrə) ayırmış,
beləliklə də onun mürəkkəbliyini( dispersiya hadisəsini) sübuta
yetirmiş, xromatik aberrasiyanı kəşf etmişdir. Teleskoplarda
aberrasiyaya (optik sistemdə alınan təsvirlərin təhrif olunması) yol
verilməməsi üçün orijinal sistemli- güzgülü(əksetdirici)
teleskop-reflektor hazırlamışdı. Bu teleskopda linza əvəzinə batıq
sferik güzgüdən istifadə olunmuşdu. Həmin teleskop Nyuton teleskopu
adlanırdı. O, optik tədqiqatlarını "Optika” əsərində şərh etmişdi.

Nyuton
dərin inamı olan xristian idi. O, təkcə dünyəvi elmlə deyil, həm də
teologiya, ilahiyyat elmi ilə məşğul idi. Onun üçün elm ilahiyyatdan
ayrılmaz idi. O, insan qəlbini, eləcə də şeytanlar və mələkləri də maddi
varlıq sayırdı. Ona görə də Nyuton xristianlığı anlamaq baxımından
azlıqların içindəydi. O, Allahı vahid varlıq kimi qəbul edir, İsanı (ə)
isə sadəcə peğəmbər sayırdı. Buna baxmayaraq, İncili həqiqi fakt kimi
qəbul edib, həyatını ona uyğun qururdu. Kəşf elədiyi qanunların hamısı
onun üçün yalnız sona yaxınlaşan dövriyyənin qanunları kimi qalmaqdaydı.
Apokalipsis, yəni axır zamana, dünyanın sonuna inanır və onun tezliklə
olacağını düşünürdü. Onun əsərlərini, xüsusilə də apokalipsis haqqında
yazdıqlarını oxuyandan sonra müasirlərinin onu Allahsız adlandırmağını
qəbul etmək olmur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!