Dior yaradıcılığının 6 şah əsəri

Dior yaradıcılığının 6 şah əsəri
Maraqlı məlumatlar
10.09.2017 33
Kristian
Dior 1940 - 1950-ci illərin ən qüdrətli və nüfuzlu modelyeri, adını
tarixə modanın tacsız şahı kimi yazdıran şəxsiyyətdir.

 

New Look cərəyanı

I
və II Dünya müharibə dövrlərində yaşanan kasıbçılığa, qıtlığa görə
paltarlar sadələşmiş və get-gedə kobudlaşmışdı. Ancaq müharibə bitdikdən
sonra onun modaya təsiri də azaldı, beləcə, nazlı-qəmzəli görünməyə can
atan qadınlar üçün incə geyimlər istehsal olunmağa başladı.

5
illik Dünya müharibəsindən sonra 1947-ci ildə Kristian Dior dəb
tarixinə qızıl hərflərlə yazılan "New Look” silueti yaradır.  Şübhəsiz,
dizayner öz ixtirası ilə dünya dəbinə böyük töhfə verib. Qadını qum
saatına bənzədən bu cərəyanın adını Dior özü fikirləşməyib. Bu ad
tanınmış amerikalı jurnalist və redaktor Kermel Snouya aiddir. O, Diorun
ilk kolleksiyası barədə yazdığı resenziyada dizaynerin yeni kəşfini
"New Look” adlandırmışdı.

 

Kristian
Diorun yeni dəb cərəyanı ilk dəfə 1947-ci il fevralın 12-də "Carolle
Line" dəfiləsində nümayiş olunub. Onun 1947-ci ildə ilk dəfə nümayiş
olunan kolleksiyası Diora böyük uğur qazandırmışdı. Müharibədən sonra
hamının əsgər obrazında görməyə alışdığı qadınların enli ətəklərdən
istifadə etməsi cəmiyyətdə əsl rezonans doğurmuşdu. Onun ilk
kolleksiyasına daxil olan ətəklərdə əsas diqqətçəkən məqam büzülmüş incə
bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi. Yoxsulluq
və qadağalar içərisində yaşamaqdan bezən cazibədar parisli xanımlar bu
kolleksiyanı böyük məmnuniyyətlə qəbul edirdilər.

Əslində,
onun inqilab etmək fikri yox idi, sadəcə, müharibədən sonra qadınları
yenidən gözəl görmək arzusu ilə alışıb-yanırdı. İkinci Dünya müharibəsi
dövründə dəb aləmində vəziyyət qənaətbəxş deyildi: iri çiyinlər, torba
kimi ətəklər  və nəhəng platforma ayaqqabılar. Dizayner bu geyimlərin
qadının bədən quruluşunu layiqli şəkildə vurğulamadığını hesab edirdi.

Modelyerin
uşaq illəri Fransanın şimal-qərb sahillərində anası və onun
rəfiqələrinin əhatəsində keçmişdi. Ona görə də, Dior hələ uşaqlıqdan
qadını nəyin zərif göstərdiyini yaxşı bilir və o dövrün təmtəraqlı
yubkalarını, beli sıxan korsetləri, enli şlyapaları yenidən dəbə
gətirmək istəyirdi. "New Look” cərəyanı sayəsində qadınlar əvvəlki
zərifliyinə qovuşmuşdu.

 

Bu
cərəyanın davamçıları bizi indi də darıxmağa qoymur. Onlar mütəmadi
olaraq, təkrar-təkrar podiumlarda nümayiş olunur.  Vivyen Vestvud, Con
Qalyono, Mark Jakobs kimi sadiq davamçılarla yanaşı, "Prada", "Louis
Vuitton" kimi davamçıları da "New Look" cərəyanını ölməyə qoymur.

 

Bar pencəkləri

Kristian
Diorun əsas ixtiralarından biri də belə qədər qısalmış, bel xəttinə
volan əlavə edilmiş, ən nəhayət, əyinə kip oturan məşhur peplum
pencəklərdir.  Diorun fikrincə, belə bir əşya hər bir xanımın
qarderobunda olmalıdır. Bu pencək  otel barlarında təşkil olunmuş
kokteyllər, o cümlədən, axşam ziyafətləri üçün ideal seçimdir. Bu
səbəbdən, dizayner pencəyə buar adı vermişdi. "Dior”dan olan bar pencəyi
bir qayda olaraq, atlas və ya ipək parçadan tikilir, onun önünü girdə
atlas düymələr tamamlayır. Bu pencəyi nazik parçadan tikilmiş şalvar ya
dəbli qələm ətəklərlə geyinmək təklif edilir.



Qələm ətək

Uzunluğu
dizdən bir qədər aşağı olan qələm ətəklər "Christian Dior”  moda evinin
şah əsərlərindən biridir. Diorun bu fasonu qadın bədəninin incəliyini
vurğulayır və yaranan gündən etibarən qadın zərifliyinin etalonu
sayılır. Kuturye onu bar pencəkləri və ya əyində yaxşı oturan topla
geyinməyi təklif edib.

 

Qabarıq ətəklər

Yerə
qədər uzanmış, krinolin sayəsində qabarıq görünən ətəklər indi də Dior
yaradıcılığının bənzərsiz ştrixi sayılır. Kuturye bu cür ətəyə bəzən 40
metrə yaxın parça sərf edirdi, onların çəkisi də olduqca ağır idi. Buna
görə, həmkarları Dior tərəfindən şiddətli tənqidə məruz qalırdı.

 

Koko
Şanel onun yaradıcılığını belə xarakterizə edirdi: "Dior qadınları
geyindirmir, onlara əzab verir". Buna baxmayaraq, belə ətək geymək
qadınların ürəyincə idi, üstəlik, onlara çox böyük tələbat vardı. Səbəb
qadınların onda özünü şahzadə kimi hiss etmələri idi. Maraqlıdır ki,
ətəklər hətta asılqanda da öz unikal formasını qoruyub saxlayırdı.

Çoxları
onu həyatın hələ tam bərpa olunmadığı, hakimiyyətin bir-birinin ardınca
dəyişdiyi bir vaxtda ölkəni belə bərbəzəyə qərq etməkdə qınayırdı.
Lakin o, bütün bu ittihamlara fikir vermədən öz işini davam edirdi.

Uzun illərdən sonra Diorun adı eleqantlığın və gözəlliyin sinonimi sayılır.

 

Qızılı büstqalter

1947-ci
ildə öz zəfər debütündən sonra Kristian Dior bir-birinin ardınca
çoxsaylı müştərilərini sevindirməyə davam edirdi. Məsələn, 1957-ci ilin
avqustunda öz ölümündən bir neçə ay əvvəl qızılı saplarla işlənmiş
büstqalter buraxmışdı. Qurşağa doğru büstqalter elastik lent vasitəsilə
bərkidilirdi. Bu, Diorun daha bir ixtirası idi.

 

Dior ətri

Kristian
Dior özünü ancaq  moda ustası kimi deyil, həm də uğurlu iş adamı kimi
təsdiq edib. Dior modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun
yeni modelini yaradıb. Belə ki, bir neçə məhsulu bir brend altında
birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını məhz Dior qoyub. O,
geyim dizaynı ilə yanaşı, biznesin digər aspektləri, o cümlədən, qadın
ətir istehsalı ilə maraqlanıb. Dəbdəbə və romantizmi təbliğ edən fransız
moda evinin ilk ətirləri 1947-ci ildə yaradılıb və "Miss Dior" adını
alıb. Dior hesab edirdi ki, ətir hər bir şəxsi tamamlayan və onun
geyiminin son akkordunu vuran vasitədir:

 

İki
məşhur parisli ətriyyatçı Jan Karl və Pol Vaş tərəfindən yaradılan bu
ətir tariximizə əbədi daxil olmuş və bu günə qədər dünyada ən çox
satılan məhsullardan biri sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!