Spirt haqqında doğru bilinən səhvlər

Spirt haqqında doğru bilinən səhvlər
Maraqlı məlumatlar
10.09.2017 12
Xalq arasında spirtli içkilərin istifadəsi ilə əlaqədar bir çox yalnış məlumat və təsəvvürlər var.

Türkiyənin "Yeşilay” jurnalı  spirtli içkilərlə  əlaqədar doğru bilinən səhvləri araşdırıb.

 

Yuxuya getməyimizə köməkçi olarmı?

Spirt
yuxu keyfiyyətini aşağı salır. Tez-tez oyanmanıza və REM (Sürətli göz
hərəkətləri) mərhələsində daha az yatmağınıza səbəb olur.

 

Bədəni isidir?

Spirtli
içki içdiyinizdə  bədən istiliyi düşər. İstilik hissi qanın səthə doğru
axışının dərini və dəridəki sinir uclarını isidərək beynə istilik
qəbulunu çatdırmasından qaynaqlanır. Bu təsir çox qısa sürür.

 

Pivə asılılıq yaradır?

Pivə
də digər içkilər kimi asılılıq yaradır. Ancaq içkilərdəki spirt nisbəti
növünə görə fərqlənir. Bir stəkan pivədəki spirt, bir qədəh rakıya və
şəraba bərabərdir.

 

Spirtli içki qan damarlarını açır?

Spirtli
içkilərin ürək və damar xəstəliklərinə faydalı olduğunu irəli sürən
iddialar səhvdir. Spirt, toksik bir maddədir. İstifadəsində etibarlı bir
alt sərhəd yoxdur. İstehlakı artdıqca damar sərtliyi və damar
daralmasına gətirib çıxarar.

Səsi açırmı?

Spirt
bədəndəki su miqdarını azaldır, susuz buraxır. Bu vəziyyət danışığa və
mahnı oxumağa mənfi təsir edir. Ac qarına spirt qəbul etmək qan şəkərini
aşağı salır. Səhnə performansında qorunması lazım olan enerji də qan
şəkəri ilə birlikdə azalır.

 

Qan yaradıcı xüsusiyyəti varmı?

Spirtin
heç bir qida dəyəri yoxdur. Qanyaradıcı xüsusiyyətə də malik deyil.
Yaralanma hallarında  qanın laxtalanmasını önləyərək ciddi qan itkisinə
səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!