Barmaqlar haqqında bilmədikləriniz

Barmaqlar haqqında bilmədikləriniz
Maraqlı məlumatlar
10.09.2017 171
Barmaqlar həyatımız boyunca ən çox istifadə edilən bədən üzvümüzdür.

Dünyanın
ən böyük əlinə sahib olan insan Çində yaşayır. Lui Huanın sol əlinin
başbarmağı 25 sm-dir. Onun işarət barmağının uzunluğu isə 30 sm-ə çatır.

Dünyanın
ən çox barmağa sahib iki insan Hindistanda yaşayır. 2005-ci ildə
doğulan Pranamya Menarianın və 1995-ci il təvəllüdlü Devendra Harnenin
25 barmağı var.

Barmaqlarda bir əzələ var. O da barmaq bükümlərini hərəkət etdirir.

İnsanın orqanizmində testosteron hormonu nə qədər çoxdursa, üzük barmağı bir o qədər uzun olur.

Hindlilər sol əl uğursuz kimi qiymətləndirildiyi üçün üzük sağ ələ taxılır.

Qərbdə
isə nişan üzüyü sol ələ taxılır. Çünki sol əlin üzük barmağından
birbaşa ürəyə gedən «Venna amoris» yəni «Sevgi damarı» var.

Mütəxəssislərin fikrincə, üzük barmağı uzun olan kişilər daha çox uğur qazanırlar.

Üzük barmağı uzun olan uşaqlar saylarla, hesabla bağlı fənlərdə daha uğurludur.

Ən
zəif barmaq üzük barmağıdır. Çünki o orta və sərçə barmaq arasında olan
əzələni paylaşır. Bunun üçün də bu barmağı təkbaşına hərəkət etdirmək
çətindir.

Hər əldə 34 əzələ, 48 sinir var.

Saç və dırnaqlar quruluşuna görə eynidir. Onlar eyni maddədən ibarətdirlər.

Hamının barmaq izi fərqlidir.

Barmaqlar və ovuç içindəki dəri bənzərsizdir. Çünki bədənin başqa heç bir yerində bu qədər davamlı, həssas və tüksüz dəri yoxdur

Dünyada heç barmaq izi olmayan insanlar da var.

İnsanların
öləndən sonra dırnaq və saçların uzanması barədə deyilənlər yanlışdır.
Belə ki, su çatışmazlığı zamanı dəri büzüşür və dırnaq, saç köklərindən
aşağı doğru çəkilir. Bu da onların uzanması görünüşünü verirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!