Yağış yağır Nizamiyə

Yağış yağır Nizamiyə
Maraqlı məlumatlar
10.09.2017 6
Heç
"Nizami" küçəsinə gedib, sadəcə önünüzdən keçənləri izləmisiz? Mən də
izləməmişdim. Ancaq o gün getdiyim "Nizami" küçəsində, boz və qaranlıq
divarlar çevrəsində əyləşdiyim soyuq, buz kimi oturacaqda üç saatımı
keçirtdim. Vaxtın necə keçdiyini heç özüm də anlamdım. Bəlkə gözümü
dikdiyim mənzərədə tək insanları yox, onların yaşadıqlarını gördüyüm
üçün yerimdə donub qaldım. Bəlkə bir çoxunu oxşar, bir çoxunu bədbəxt
gördüyüm üçün... Bəlkə insanların üzlərindəki ani gülümsəməni yox,
içlərindəki savaşı sezdiyim üçün... Gördüklərim yox, idiyə qədər
görmədiklərimiz üzdü məni.

Nələrdən qaçmışıqsa, nələrə göz yummuşuqsa, bax, onları gördüm.

İnsan
cildində insan düşmənləri də gördüm. Varlının köləsi, kasıbın ağası.
Dilənçi görsə, lağa qoyar, qocaya lazımsız əşya kimi baxar. Nə cavanına
hörmət edər, nə də övladının fikrinə sayğı duyar. Qara kostyum, qara
qalstuk taxdığı üçün öz aləmində özünü ağıllı sayar. Mənim kimi tək
oturan qızlara isə artıq bildiniz, necə baxar...

Gənclər
gördüm. Qara geyimli, üzündə hüzün. Tələsir harasa. Bəlkə cibində 20
qəpiklə tərəddüd içindədir; çörək alım evə, ya qələm alım yazmağa?
Üzündəki gülüşlə içindəkini gizlədir dostlarından. Dərdi bir dünya
qədər. Dinləyən varmı ki?

Cütlüklər
gördüm. Qadın danışır, qadın hirsli, qadın fikirli. Gələcəkdən əmin
deyil. Kişi isə susur. Susur! Çünki gözlədiyi gələcəyin gələcəyindən
əmin deyil. Çətin zamanda, onu ayaqda tutan sevgisidi. Sevəcək qədər
ürəkli, dözməyəcək qədər zəifdi.

Tənha
analar gördüm. Gözəl gözlü, lakin qara geyimdə şəhərin seyrinə çıxmış.
İçindəki qışqırığı qulağıma ağrılı səs kimi gəlir. Uyumuş balası
oynayacaq, onun üzünə güləcək, o uyuyandan sonra yenə öz bəxtiylə
baş-başa qalacaq. Səsini içinə ata-ata balasını böyüdəcək. Həyatını
söndürəcək. Daha bir qadın səbəbsiz taleyin qurbanına çevriləcək.

Bunları
bilə-bilə mən də susacam... hardan bilirəm bunları? Çünki tənhalığı
üz-gözünə sıçramış bu qadının. Çünki... mən də susmağa alışdım artıq.

Sıxıldım,
dedim durum gəzişim bir az. Pişiklər sataşdı gözümə. Gözlərindəki kədər
məni vahiməyə saldı. Elə bil yaşamaqdan bezmişlər. Nə bədbəxtdi bu
pişiklər. Sığal çəksən belə, yaxınlaşmırlar sənə. Bəlkə insanlıdan
küsüblər? Yəni bizdən... Biz incitmişik, biz atmışıq onları. Vurulmuş
təpiklərdən yorulmuş bu heyvanlar nəvazişə də reaksiya vermir artıq...
İlahi, hanı o xoşbəxt canlı? Fikirləşirdim ki... Əllərində taleyin
cızıqlarını sezdiyim dilənçi nənə keçdi qarşımdan. Həyata 50 il
gecikmiş, gülməyi sanki təzə öyrənmiş kimi, hər ötənə gülümsəyir.
Üzündəki ifadə həyadan danışır: "Mən etdim, siz etməyin. Qurban verdim,
çox susdum. Siz susmayın. Yaşamağı unutdum. Siz unutmayın..."


saçlı, üzündə illərin qırışığı olan babaları da gördüm. Tək yox amma.
Əlindən möhkəm yapışmış şıltaq nəvələrlə keçdilər gözümün önündən.
Həyatımızdakı ən saf canlı. Heyf ki, saf gülüşləri böyüdükcə səbəbsiz
qəzəbə çevriləcək. Rəngli geyimlərini qara paltolar əvəzləyəcək.

Yalnız
gəzən insalar gördüm. O qədər yalnız ki, üzlərindən belə oxumaq olmur
kimliklərini. Yalnız da öləcəklər... qaradan başqa rəng bilməz,
təklikdən başqa da dost tanımazlar.

"Nizami"də tək bir rəng gördüm. Əyinlərində və üzlərində qara rəng. Əynimə baxdım. Başdan ayağa qaralar içində...

Yağış
səpələdi birdən. Dağıldı qara üzlü insanlar. Dağıldı fikirlərim. Üzümə
səpələnən damlalar üzüntü ilə süzüldü yanaqlarımdan. Mənzərə dəyişdi.
Gül açdı fantanlar bağı. Rəngə boyandı hər yan. Qara insanları əvəzlədi
çətirlər. Rəngbərəng. Çətirim yox idi. Təpədən dırnağa kimi islandım. Su
yudu, apardı qəmimi, kədərimi. Qayıtdım... Bir gözlərim qaldı
"Nizami"də, bir ÇƏTİRLƏR, bir də islanmış pişiklər...

"Nizami"yə
yağış çox yaraşırmış. Bir də yağış yağanda mütləq gedin ora. "Nizamiyə"
baxın... Mütləq baxın!.. Baxın, amma orda qoyduğum gözlərlə
baxın.(Mələk Heydərova)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!