İnsan psixologiyası haqqında maraqlı 6 fakt

İnsan psixologiyası haqqında maraqlı 6 fakt
Maraqlı məlumatlar
10.09.2017 8
1. Əgər insanlara öz məqsədlərinizi bildirsəniz, çox güman ki siz həmin məqsədlərə çatmayacaqsınız.

Mütəxəssislər
bu vəziyyəti 1930-cu ildən etibarən araşdırır, izləyirlər və hər dəfə
onun həqiqiliyinə əmin olurlar. Alimlər bunu belə izah edirlər ki, şəxsi
məqsədinizi, planınızı danışaraq, "dilə gətirərək” siz daxili "mən”-in
tələbin yalançı şəkildə ödəmiş olursunuz və məqsədinizə çatmaq üçün
artıq daha az təşəbbüs göstərirsiniz.



2. Ağıllı, zəkalı, savadlı insanlar özlərini dəyərləndirmir, əksinə avam və cahillər isə özləri haqda yüksək fikrə malikdirlər.

İnsan nə qədər çox məlumatlı olarsa, bir o qədər də özünün haqsız olma ehtimalının mümkünlüyünü anlayır.



3. Xarici dildə düşünərkən, sizin qərarlarınız daha rasional olur.

Bu
onunla izah olunur ki, tərcümə zamanı ayrılıqda hər bir söz nəzərdən
keçirilir, "süzülür” və siz hər şeyi daha yaxşı anlayırsınız. Bu isə öz
növbəsində qərarların aydınlaşmasına gətirib çıxarır.



4. Musiqi dünya görüşümüzü, dünyaya baxşımızı dəyişə bilər.

Adicə
eksperiment keçirdin: sevdiyiniz filmin musiqisiz, soundtrack olmayan
versiyasına baxın, yaxud digər musiqi sədaları altında izləyin. Müşahidə
edəcəksiniz ki, tamamilə başqa hisslər, təəssüratlar keçirirsiniz. Bu
aspektlər isə birbaşa olaraq fikir formalaşmasına təsir edir



5. Xoşbəxtliyi pulla almaq fikri.

Maliyyə
çətinliyi yaşayan insanlar bir qayda olaraq daha çox stress, gərginlik
yaşayır, lakin insanların gəlir səviyyəsi kifayət qədər yüksək həddə
gəlib çatanda onların xoşbəxtlik səviyyəsi, təsəvvürləri dəyişmir. Bu
isə bir daha sübut edir ki, zənginlik xoşbəxtliyə zəmanət vermir.



6. Yeni əldə olunanlar yox, yeni təəssüratlar insanı xoşbəxt edir.

Bir
çox araşdırmalar göstərir ki, insanı material qazanclar həmişə xoşbəxt
etmir. Əslində istirahət, restoran və s. kimi əyləncələrə xərclənən
pullara qənaət etmək haqqında məsləhətlər həmişə düzgün olmur, çünk,
bunlardan əldə olunan, təəssüratlar, hisslər, formalaşan fikirlər
insanın əhvalını yüksəldir, ətrafa müəyyən baxışını yaradır, xoşbəxtlik,
tamamlıq hissinə gətirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!