Maraqlı məlumatlar

Maraqlı məlumatlar
Maraqlı məlumatlar
10.09.2017 8
1.Kişilərdə
əsas hormon olan testosteronun maksimal səviyyəsi səhər saat
07.00-09.00 radələrində, minimal səviyyəsi isə saat 24.00-03.00
radələrində olur.

 2. İnsan orqanizmi hər gün 1,7 l ağız suyu ifraz edir.

3. Spermanın hər 1 ml-də 40-120 milyon spermatozoid ola bilər.

4. Spermatozoidin ölçüsü - 0,06 mm-dir. Spermatozoidlə müqayisədə yumurta hüceyrəsinin ölçüsü (0,1 mm) xeyli böyuk olur.

5. Ürəyin
çəkisi 300 qramdan bir qədər artıq, ölçüsü isə yumruqdan bir az böyük -
olur. Qadınlarda ürəyin çəkisi kişilərə nisbətən az olur.

6. 1 gün ərzində 100 000 (!) dəfəyədək yığılan ürək, təxminən 10 ton (!) qanı hərəkət etdirir.

7. İnsanın skeleti təxminən 206 sümükdən ibarətdir.

8. Dalağın
uzunluğu normada 13 sm, çəkisi isə - 200 qr olur. Müxtəlif xəstəliklərə
görə  böyümüş dalağın çəkisi hətta 2 kq çata bilər. Dalağın əsas
vəzifəsi qanı təmizləməkdən ibarətdir.

9. Ətraf mühitdən aldığımız məlumatların 90 %-ni biz göz vasitəsilə alırıq.

10. Dad
və iybilmə qabiliyyətləri bir biri ilə çox əlaqəlidir. Məhz bu səbəbdən
burnumuz tutulduqda biz tək yeməklərin iyini yox, həmçinin dadını da
hiss etmirik.

11. İnsanın appendiksi (kor baqırsağın soxulcanabənzər çıxıntısı) immun sisteminə aiddir.

12. İnsan
beyninin orta çəkisi – 1400-1500 qr. Əvvəllər belə hesab edirdilər ki,
beyinin çəkisi nə qədər çoxdursa, insan da bir o qədər zəkalı,
istedadlı, qabiliyyətlidir. Lakin araşdırmaların nəticəsində məlum oldu
ki, bəzi tanınmış alimlərin, yazıçıların və s. talantlı insanların
beyinin çəkisi heç da çox olmayıb. Əksinə onların bəzilərinin beyinin
çəkisi heç orta normaya da çatmırdı.

13. Deyirlər
ki, insanın beyninin hüceyrələri başqa hüceyrələrdən fərqli olaraq
bərpa olunmur. Bu səhfdir. İnsan orqanizminin bütün başqa hüceyrələri
kimi beyinin hüceyrələri də bərpa olurlar.

14. İnsanın
beyini mədədən fərqli olaraq qida "tələb etmir”. Lakin insan beyninin
yaxşı işləməsi onun qidalanmasından çox asılıdır. Bu səbəbdən insanın
qidası da çeşidli, vitamin və mikroelementlərlə zəngin olmalıdır. Bu
xüsusilə yaşlı insanlar üçün çox vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!