Hansını böyütmək asandır? Oğlan yoxsa qız?

Hansını böyütmək asandır? Oğlan yoxsa qız?
Maraqlı məlumatlar
10.09.2017 11
Oğlan uşaqlarını böyütmək asandır,
yoxsa qız uşaqlarını?
Qız uşaqları daha emosionaldırlar,onların hansı hərəkətə və ya sözə necə reaksiya verəcəkləri məlum deyil.
Oğlanlar isə axına görə hərəkət edir, yəni ailədəki vəziyyətə görə əhval-ruhiyədə olurlar. Öz narazılığını fiziki güclə biruzə verir, oyuncağını sındırır, mebelin qapılarını vurur, qışqırır, bərkdən ağlayır, masanın üstündəkiləri yerə atır.
Qızlar isə şıltaqlıq edir, yemək yemir, saatlarla valideynlərini danışdırmır, çağıranda baxmır, gizlicə səssiz, amma uzun-uzadı ağlayır, dodağını büzür, öz-özünə deyinir.
Oğlan anaları daha çox əsəbiləşir ve evi tez-tez səliqəyə salmalı olurlar. Çünki oğlan uşaqları tullanıb-düşməyi, aləmi bir-birinə qarışdırmağı, sındırmağı, döşəməni zibilləməyi çox sevirlər. Onlara tökdüklərini yığışdırmağı tapşırsan da qulaq asmazlar.
Qız anaları daha çox mənəvi çətinliklərlə üzləşirlər. Səhər şən, gülərüzlü olan uşaq axşama səbəbsiz yerə qaş-qabaq salır, hətta ağlayır.
Qızlar uşaqlıqdan yığışdırmağı, anaya kömək etməyi, mətbəxdə olmağı xoşlayır, bu işə oyun kimi baxırlar.
"Olmaz", "Bunu etmə", "Bu hərəkət pisdir" kimi sözlər oğlanlara qızlara nisbeten gec çatır. Bu onların psixoloji cəhətdən gec böyümələrinə görədir.
Qızlarda danışmaq, gəzmək, qarşı tərəfi emosional cəhətdən hiss etmək, bir sözlə verbal ünsiyyət cəhəti tez inkişaf edir. Oğlanlar seçim etməyə və kompromisə getməyə meyilli deyillər. Məsələn: Əgər qıza desən ki,bu cizgi filminə çox baxmısan, indi gəl buna baxaq, bu daha yaxşıdır; o müzakirə etməyə və seçim etməyə hazırdır. Amma oğlan tutduğunu buraxmayacaq ki, buraxmayacaq.
Qız daha tez inkişaf etdiyi üçün onunla bağlı problemlər də tez azalır.
Statistikaya görə qız 2 yaşına çatan kimi ananın qayğısı 50% azalır.
Oğlan uşaqları isə yalnız 4 yaşına çatanda belə demək mümkündürsə, körpəlikden çıxırlar.

Bəs sizin fikrinizcə, oğlan uşaqlarını böyütmək asandır,
yoxsa qız uşaqlarını?
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!