Futbol tarixinin ən yadda qalan sözləri

Futbol tarixinin ən yadda qalan sözləri
Maraqlı məlumatlar
10.09.2017 86
Dünya futbolunun ulduzları zaman-zaman unudulmaz sözləri ilə diqqət çəkiblər. Tarixinin ən yadda qalan sözlərini təqdim edirik:



Pep Qvardiola: "Barselona"da Messini dünyanın ən yaxşı futbolçusu etməyə çalışdım. Ancaq o, məni dünyanın ən yaxşı baş məşqçisi etdi".



Mişel Platini: "Böyük komandalar qazandıqları kuboklar, kiçik komandalar isə məğlub etdikləri böyük komandalarla öyünürlər".



Devid Bekhem: "Bir dəfə Messi topu sağımdan atıb, solumdan sürətlə keçdi. Həmin gün ciddi olaraq karyeramı başa vurmağı düşündüm".



Mario Balotelli: "Hakim formamı çıxardığım üçün deyil, vücudumu qısqandığı üçün məni sarı vərəqə ilə cəzalandırdı".



Joze Mourinyo: "Gündə 15 saat işləyib, evinə bir neçə yüz avro aparan atalar yorğun ola bilərlər. Ancaq biz yorulmamalıyıq". 



Dieqo Armando Maradona: "O, mənim yox, tanrının əli idi".



Zlatan İbrahimoviç: "Arsen
Venger 17 yaşımda məni "Arsenal"a baxışa çağırdı. Bu təklifi rədd
etdim. O, mənim yoxlanmağa ehtiyacım olduğunu düşünürdü? Mən artıq 10
yaşımda bu düşüncələrdən uzaqlaşmışdım". 



Samuel Eto: "Sizə qol vuracağımla bağlı söz vermirəm. Lakin meydanda bir ağ adam kimi yaşamaq istəyən qaradərili kimi qaçacam".



Erik Kantona: "Mən bir komandaya qarşı deyil, məğlubiyyətə qarşı mübarizə aparıram". 



Pavel Nedved: "Bir klub aşağı liqaya düşərsə, futbolçular gedər, komandada yalnız adamlar qalar".



Kriştianu Ronaldo: "İnsanlar mənim özüm və pul üçün oynadığımı düşünürlər. Halbuki, mən atam mənimlə qürur duysun deyə oynayıram". 



Sokrates: ""Korintians"ın çempion olduğu bir gündə ölmək istəyirəm".



Ser Aleks Fergüsson: "Ronaldu İngiltərədə hər komandada oynayar. Hətta het-triklər edər, ancaq Messi bunları bacarmaz".



Ronaldinyo: "Mançester Yunayted" məni transfer etsəydi, indi daha çox kuboku olardı".



Stiven Cerard: "Ölərkən məni xəstəxanaya yox, "Enfild Road" stadionuna aparın. Orada doğuldum, orada öləcəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!