Bir stəkan çay gətir

Bir stəkan çay gətir
Maraqlı məlumatlar
10.09.2017 38
Onu bilməlisiniz ki, hər ölkənin çayla bağlı müxtəlif adətləri var.

Çin – burada çay mərasimləri xüsusi əhəmiyyət kəsb edir və "Qonq – Fu” adlanır. Bu çay mərasimində çay dəmləyən zaman 4 dəfə dərindən nəfəs almaq şərtdir. Qədim adətlərə görə burada qonağa öncə çay təklif olunmalıdır. Burada əsasən yaşıl çay istehsal edilir və içilir. Çində işarə və orta barmağı birləşdirib, 2 dəfə masaya astaca vursanız, sizə çay xidməti göstərən adama təşəkkür etmiş olarsınız.

Yaponiya – çay buraya Çindən gətirilsə də məhz bu ölkədə mükəmməllik qazanıb. Çaydan bir udum alandan sonra ona süd və ya şəkər əlavə edə bilərsiniz. Bundan başqa ölkədə çayxanalar çox önəmlidir, içəri incəsənət əsərləri, zərif əl işləri ilə bəzədilir. Sukiya üslubunda tikilən çayxanaların qapıları balaca və milli formada olduğu üçün bura əyilərək təzim etdikdən sonra daxil olmaq mümkündür.

İngiltərə – Buradakı adətə görə  çayı qarışdırdıqdan sonra qaşığı nəlbəkiyə qoymaq lazımdır. Və qaşığın qoyulduğu istiqamətlə  fincanın qulpu eyni səmtdə olmalıdır.Ölkədə "günorta çayı” çox məşhurdur, bu Bedford  hersoginyası Annanın adı ilə bağlıdır. Ümumiyyətlə, çay İngiltərədə olduqca populyardır, ingilislər kofeyə yox, daha çox çaya üstünlük verirlər.

Mərakeş – Burada yeməkdən sonra, həzmə kömək üçün nanəli çay içilir. Ölkədə çayı kişilər hazırlayır. Ölkənin mədəniyyətinə görə çay dəmləmək şərəfli iş sayılır, buna görə də ailə başçısı tərəfindən icra edilməlidir. Bundan başqa, əgər bu ölkədə mağaza sahibi ilə oturub çay içirsinizsə, çay bitənədək heç bir məhsulun qiymətini soruşmaq olmaz.

Hindistan – Dünyanın ən mühüm çay istehsalçılarından biri olan Hindistanda sizə çay verirlərsə, bunu ilk dəfədə rədd etmək kübarlıq əlaməti hesab olunur. Çay təklifi 2-ci və yaxud 3-cü dəfə qəbul edilməlidir. Bu ölkədə ça-ya adlandırılan çay növü var. Şəkərlə və ədviyyatla qarışdırılmış tünd qara ça-ya küçələrdə, vağzallarda, restoranlarda təklif edilir və qərbli turistlər tərəfindən çox sevilir.

ABŞ-da və bir çox ölkələrdə tərsinə qoyulmuş fincan artıq bir şey içmək istəmədiyinizi bildirir. Lakin Avstraliyada fincanı tərsinə qoymaq hamıya meydan oxumaq və duelə çağırmaq anlamı daşıyır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!