Dünyanın ən qəribə məzarlığı

Dünyanın ən qəribə məzarlığı
Maraqlı məlumatlar
10.09.2017 3
Hər bir xalqın özünəxas mədəniyyəti və dəfn adətləri var. Lakin
bunlardan bəziləri çox qəribə, qeyri-adi və təəccübləndiricidir.
Dünyanın ən qəribə məzarlığı Perudakı Caucilla məzarlığı hesab edilir.

Məzarlıq
Perunun cənubunda səhralıqda yerləşir. İnsanların çoxu buranı çoxsaylı
mistik rəsmlərə görə tanıyır. Əslində isə bu ərazi daha çox sirrə və
müəmmaya malikdir. 20-ci əsrdə bu məzarlığı aşkar edən tədqiqatçılar
tapıntılardan heyrətə gəlmişdilər. Məzarlıqda təxminən 700 il bundan
əvvələ aid insan qalıqları aşkarlanıb. Burada son dəfnlər XIX əsrdə
həyata keçirilib.

Caucilla qəbristanlığı digər məzarlıqlardan
tamamilə fərqlənir. Burada bütün meyitləri "çömələrək oturmuş”
vəziyyətdə sıra ilə yerləşdiriblər. Onların üz ifadələirndə kədər
yoxdur, əksinə üz skeleti elə qoyulub ki, sanki hamısı gülümsəyir və
kimi isə gözləyir. Perunun quru iqlimində cəsədlər çürüməyib, çünki
onlar mumyalaşdırılıb, əyinlərindəki pambıq paltar da yaxşı
vəziyyətdədir, çünki üstü qətranla örtülüb. Maraqlıdır ki, bu cəsədlərin
hətta müasir insanın belə həsəd aparacağı  gözəl saç düzümü vardır.



Tarixçilər, arxeoloqlar və alimlər bu məzarlığı öyrənməkdə davam edirlər.

 

UNİKAL ABİDƏ

ABŞ-ın
Arizona ştatında unikal bir xatirə abidəsi yerləşir. Abidə ABŞ Silahlı
Qüvvələrində xidmət edən və həlak olan əsgərlərin şərəfinə ucaldılıb. Bu
abidənin qeyri-adiliyi ondadır ki,  yalnız 11 noyabr saat 11:11-də
günəş şüaları 5 hissəli abidənin ellipsindən elə düşür ki, qarşıda ideal
dairə əmələ gəlir və onun içərisində ölkənin gerbi əks olunur. Məhz
həmin gün həlak olmuş əsgərlərin yaxınları onların ruhuna hörmət
məqsədilə abidəyə baş çəkirlər.

Buradakı 5 mərmər sütun ABŞ Silahlı Qüvvələrinin 5 qoşununu simvolizə edir.

ABŞ-da
noyabr ayının 11-i veteran günü kimi federal  bayram hesab edilir.
Bununla yanaşı, qeyd edək ki, Birinci Dünya Müharibəsi 11-ci ayın 11-i
saat 11-də rəsmi olaraq başa çatmışdır.

 

"İNSAN” QÜLLƏLƏR

Ötən
ilin oktyabr ayının əvvələrində İspaniyanın Terraqona şəhərində "insan
qüllələr və yaxud qalalar” qurulması üzrə ildə bir dəfə keçirilən
müsabiqə baş tutub. Bu hadisə qeyri-maddi mədəni irs kimi UNECKO-nun
siyahısına əlavə edilib. Müsabiqəni 100 mindən artıq tamaşaçı seyr edib.
İnsan qalalarının düzəldilməsində isə dünyanın bütün ölkələrindən
gəlmiş 30 komanda iştirak edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!