Fala baxırıq... Nə vaxt ərə gedəcəyinizi xəbər veririk

Fala baxırıq... Nə vaxt ərə gedəcəyinizi xəbər veririk
Maraqlı məlumatlar
10.09.2017 24
Qırmızı
qızılgül. Bu fala adətən iyun ayının sonlarında baxırlar. Açılmış
qızılgülü dərin və ağ zərfin içinə qoyun. Zərfi mum ilə möhürləyib,
möhürün üstünə adsız barmağınızla basın. Daha sonra zərfi yastığınızın
altına qoyun və həmin gecə gördüyünüz yuxunu yadda saxlamağa çalışın.



Əgər
yuxuda su, tarla, gül, dağ, stəkan, uşaqlar, valideynləriniz, gümüş və
ya ay görəcəksinizsə, deməli bir il ərzində ərə gedəcəksiniz. Yuxuda
nəhəng insanlar, heyvanlar və ya balıqlar, böyüdücü şüşə və ya günəş
görsəniz, yalnız beş ildən sonra ərə gedəcəksiniz. Yuxuda qızıl, sürünən
heyvanlar, əsgər və ya tufan görmək - xeyirli əlamət deyil. Bu halda
siz evdə də qala bilərsiniz. 



Saç tükü və üzük.

Uzun
saç tükü götürüb, nişan üzüyündən keçirin. Tükün iki ucunu böyük və
şəhadət barmaqlarınızın arasında saxlayaraq, dirsəyinizi masanın üzərinə
qoyun. Bundan sonra üzüyü bir qədəhin içinə sallayın (üzük qədəhin
divarları və dibinə dəyməməlidir). Bu zaman əliniz tərpənməməli və
titrəməməlidir. Əgər üzük tərpənmədən dayanıbsa, deməli Sizin ərə
getməyinizə hələ çox var. Əgər o, bir tərəfdən digərinə yellənirsə, bu
zaman beş dəqiqə ərzində vurmaları saymaq lazımdır. Sonda, saydığımız
miqdardan ad və soyadınızən tərkibində olan hərf sayını çıxırıq. Və
beləliklə toyunuza neçə il qaldığını öyrənirsiniz. Əgər nəticə mənfi
alənacaqsa, deməli bir il ərzində ərə gedəcəksiniz.



Oyun kartları

Qızlardan
hansının daha tez ərə gedəcəyini öyrənmək üçün, bir dəst oyun kartını
üzü yuxarı şəkildə qızlar arasında paylamaq lazımdır. Qırmızı toxmaq
(ürək) padşahı kimə düşəcəksə, həmin qız hamıdan tez ərə gedəcək.



Oyun
kartları ilə baxılan falın digər növü belədir: 3, 5, 7 və s qız (tək
miqdar olmalıdır) dairəyə əyləşir. Dairənin ortasına yaxşı qarışdırılmış
kart dəsti qoyulur. Qızlar bir-bir kart seçirlər. Qırmızı toxmaq tuzu
seçən qız hamıdan tez ərə gedəcək. Hamıdan gec xaç iki kartını çıxaran
qız ərə gedəcək. Qaratoxmaq (qara ürək) tuzu çıxaran qız isə evdə
qalacaq.



Ay və güzgü.

Kişi
yaylığı və güzgü götürərək, dəniz, göl və ya çaya gedib, ayın çıxmasını
gözləyin. Ay xeyli yüksəldikdən sonra, arxanızı su hövzəsinə çevirib,
güzgünü elə vəziyyətdə saxlayın ki, təkcə ayın özü deyil, həm də onun
suda əksi görünsün. İndi üzünüzü yaylıqla örtüb, güzgüdə gördüyünüz
ayları sayın. Əgər iki dənədirsə, bir ildən sonra ailə quracaqsız. Əgər
ikidən çox ay görürsünüzsə, ayların sayı toyunuza qalmış illərin sayını
göstərir.



Albalı çəyirdəkləri.

Bu
fal bir çoxlarına yaxşı tanışdır. "Bu il, gələn il, nə vaxtsa, heç
vaxt" sözlərini deyə-deyə, nimçədə olan albalı çəyirdəklərini sayırıq.
Hər dörd albalı çəyirdəyindən sonra sayı yenidən başlayırıq. Çəyirdək
sayının bitdiyi söz toyunuzun vaxtını xəbər verəcək. Həmin fala
çobanyastığı ləçəkləri ilə də baxmaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!