2256-cı ildən 2002-ci ilə səyahət etmiş, Gələcəyin adamı

2256-cı ildən 2002-ci ilə səyahət etmiş, Gələcəyin adamı
Maraqlı məlumatlar
10.09.2017 5
2002
– ci il dekabr ayı ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FBİ) Nyu-York
ştatında 44 yaşlı kişini dələduzluğ şübhəsi ilə saxlayır. FBİ- ın
ittihamlarına görə o birjada oyunlar zamanı İnsayder məlumatlarından
istifadə etdiyi üçün saxlanmışdır



İnsayder (ing.
insider) — geniş kütləyə məlum olmayan İnsayder informasiyasına
aidiyyatı olan hər hansı qrup üzvü. Termin bağlı informasiyaya aidiyyatı
olan insanlar haqqında işlədilir.İnsayder sahə üzrə mütəxəssisdən
fərqlənir. Mütəxəssis sahə üzrə nəzəri məlumata və ya məntiq nəticəsində
məlumata malik olur. İnsayder isə birbaşa məlumat ala bilir)



O
güya ki, şirkətlərin menecerləri ilə danışıqlar aparıb kommersiya
məlumatlarını əldə edir və bunun nəticəsi olaraq böyük maliyyə uğurları
qazanırdı. 800 dollarlıq ilkin Kapital ilə o 2 həftəyə 350 milyon dollar
qazanır. 126 ən riskli sövdələşməyə girişir və inanılmaz pullar
qazanır.



Məhz
buna görə o Qiymətli Kağızlar Komissiyasında çox şübhə doğurur.
Tutulandan sonra adının Endry Karlsin olduğu üzə çıxır. Endryu özünə
qarşı irəli sürülən ittihamlarlar razılaşmırdı və bu işdə şəriksiz tək
olduğunu iddia edirdi. Bəs bu məlumatları necə əldə etmisən sualına o
"Gələcəkdən alıram” deyə cavab verirdi və cavabına "elə oradan gəlmişəm”
kəlməsini əlavə edirdi. O durmadan deyirdi ki, mən gəldiyim yerdə indi
2256-cı ildir. "Gələcəyin adamı” haqqında insanlar 2003-cü ildə xəbər
tutur.



Weekly
World News onun haqqında məqalə gətirərkən araşdırmaçıların birinin
fikrini də sitat gətirmişdir. O deyirdi – "Endryu Karlsının adı heç bir
sənədlərdə yoxdur, biz bir kağızda onu tapa bilmədik, heç kəs onu daha
öncə heç bir yerdə görə bilməyib” . Onlar əlbəttə ki, maşınla zamana
səyahət söhbətlərinə inanmırdılar, lakin 2002-ci ilə qədər Endryunun
varlığı barədə bir sübut əldə edə bilmirlər.



Bir
müddət sonra məlumat Yahoo xəbərlərinə daxil olur və 1000-lərlə
saytlarda dərc olunur. İşin qəribə tərəflərindən biri də o idi ki, hətta
insayder məlumatlarına malik olsan belə bu cür qısa müddətdə risklərə
girərək milyonçu ola bilməzsən. Bu da onun gələcəkdən gəlməsi söhbətini
məcburən reallığa çevirirdi.



Endryunun
buraxılması üçün kimsə 1 milyon dollar girov qoyur. O həbsxanadan çıxır
və əlbəttə ki, yoxa çıxır. Bu dəfə də bir qəribəlik baş verir, Weekly
World News-da Endryu barədə məlumat itir. Yahoo News-da da o itir. Qalan
məlumatlar, ancaq nüsxələrdəki məlumat olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!