Yuli Sezar

Yuli Sezar
Maraqlı məlumatlar
10.09.2017 26
Yuli Sezar – eramızdan əvvəl 49-44-cü illərdə Roma imperatoru

Yuli
Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç
vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları
gəlirdi. Qatillər isə yalnız qarşılarındakını parçalamaqdan başqa bir
şey düşünmürdülər. Onların amansızcasına məhv etmək istədikləri adam bir
vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Sezar öz taxtında
çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi
üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü.
Bu onun ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili
birdən-birə açıldı və yalnız "Brut sən də?” deyə bildi. Ancaq Brut onu
eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi.
Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş. Roma
tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu
içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə
qanlı bir diktator olanSezar elə taxtında da qətlə yetirilmişdi.

Sezarin öldürülməsi isə
sui-qəsdçilərin nəzərdə tuta bilmədiyi şəkildə Romanın sonunu
sürətləndirdi. Sezər tək varisi olaraq qardaş oğlunu Oktavianı təyin
etmişdi. Sezarın öldüyü vaxt hələ 19 yaşında olan Oktavian isə əslində
taxtın tək varisi deyildi. Brut ilə Markus Antonius arasındakı razılaşma
Sezarın istəyinin yenidən nəzərdən keçirməsinə səbəb oldu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!