İtlər

İtlər
Maraqlı məlumatlar
10.09.2017 18
Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. İnsanın dostudur. Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır.

Ağıllı olduğundan asanca tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə seçilir. Barmaqları üstündə qaçar və yaxşı üzər. Saatda 50 km sürətlə yol götürər. Ağac kökü, qaya kimi yerlərə qoxulu olan sidiklərini edərək, bölgələrinin sərhədlərini çəkərlər. Daha sonra, arxa ayaqlarıyla öküz kimi təpinərək, sidik və nəcis buraxdığı yerə ayaqlarındakı bezdə olan hormonları buraxar. Bu hormonlar itin cinsiyyəti, yaşı, statusu və artıma vəziyyəti kimi mövzularda, digər itləri məlumatlandırmaq üçündür. Hər it qonşu itlərin qoxulu işarələrini tanıyar və bölgələrinə girməkdən çəkinər. İtlərin qoxu yaddaşı son dərəcə inkişaf etmişdir və yeni bir qoxunu götürdükdən dərhal sonra, burnunu yalayaraq bu qoxunu yaddaşına saxlayarlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!