Balıqlar

Balıqlar
Maraqlı məlumatlar
10.09.2017 6
Balıqlar (lat. Pisces) – orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvanıdırlar.

Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir.Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.

"Balıqlar" müasir təsnifatda sinifüstü adlanır.

Balıqların çoxu kürü tökməklə çoxalır.Kürü xaricdə-suda mayalanır. Bəzi növlər diri balıq doğur. Deməli, bunların yumurta hüceyrəsi daxildə mayalanır. Çoxalmalarına görə balıqlar 2 qrupa ayrılır.Ömründə bir neçə dəfə nəsil verənər və ömründə bir dəfə nəsil verənlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!