Bayquş

Bayquş
Maraqlı məlumatlar
10.09.2017 25
Bədəninin uzunluğu 17—74 sm, açılmış vəziyyətdə qanadlarının uzunluğu 40 sm—1,8 m, kütləsi 50 q—3,25 kq-dır. Əsasən, kecə həyatı keçirir. Yırtıçıdır. Dimdiyi qarmaqşəkilli, ayaqları qüvvətli, çaynaqları əyri və iridir. Səssiz uçur. Düzənlik, dağ, meşə, çöl və səhralarda yaşayır. Koğuş, qaya yarığı, xarabalıq və s. yerlərdə yuvalayır. 1—8, bəzən 10—11-ə qədər yumurta qoyur. Əsasən siçan, həmçinin xırda onurğalı heyvan və cücülərlə qidalanır. Monoqam quşlardır. İki fəsiləyə – əsl bayquşlar və alabayquşlar ayrılır. 134 növü məlumdur. Antarktida və bəzi okean adalarından başqa butün qitələrdə olur. Azərbaycanda 6 növü var: iri yapalaq, dan (gecə) bayquşu, qulaqlı (buynuzlu) bayquş, bataqlıq bayquşu, dam yapalağı (kor yapalaq), meşəbayquşu. Kənd təsərrüfatı və meşə ziyanvericilərini məhv etdiklərinə görə xeyir verən quşlardır. Yalnız iri yapalaq ovçuluq təsərrüfatına ziyan vurur. Bayquş mavi rəngini görə bilən tək quşdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!