Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai
Maraqlı məlumatlar
10.09.2017 14
Şah İsmayıl, I İsmayıl və ya I Şah İsmayıl (azərb. شاه اسماعیل; fars. شاه اسماعیل یکم‎; tam adı: Şah İsmayıl Şeyx Heydər oğlu Səfəvi; d. 17 iyul 1487, Ərdəbil – ö. 23 may 1524, Sərab) — Səfəvi təriqətinin rəhbəri (şeyxi) (1494—1524); Səfəvilər dövlətininbanisi və ilk şahı (1501—1524); Klassik Azərbaycan şairi.

Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq Şah İsmayıl Xətai olaraq da tanınır.

Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl zamanı istifadə olunmuşdur.

İsmayıl
özünü 1501-ci ildə şah elan etmişdir. Hakimiyyəti zamanı Azərbaycan,
İran, Şərqi Anadolu, İraqi–Əcəmi vahid dövlətdə birləşdirmişdir.

17 iyul 1487-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. XIII əsr Azərbaycan şairi Şeyx Səfinin nəslindəndir. Atası Ərdəbil hakimi Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyim idi.

Atası Şeyx Heydər 9 iyul 1488-ci ildə Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən anası və qardaşları — Sultan Əli və İbrahim ilə birlikdə Şirazyaxınlığındakı İstəxr qalasında həbsə salınır və 5 il orada saxlanır. O zaman hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultan Əlini Ərdəbilə qaytarır.Baysunqur Mirzəyə qarşı yürüşdə Sultan Əli də Rüstəm Mirzə ilə birlikdə çıxış etmişdir. Əhər yaxınlığındakı bu döyüş Rüstəm Mirzə ilə Səfəvilərin birləşmiş qüvvələrinin qələbəsi ilə nəticələnir. Baysunqur öldürülür. Sultan Əli qələbə ilə Təbrizə qayıdır.

Ərdəbildə
Səfəvi tərəfdarlarının güclənməsi Rüstəmi qorxuya salır. Onlara qəsd
təşkil edir. Qəsdin üstü açılır. Sultan Əli qardaşları və yaxın adamları
ilə birlikdə Təbrizi tərk edərək Ərdəbilə doğru irəliləyir. Rüstəm
onların arxasınca 5 min süvari göndərir. Döyüş başlanana qədər Sultan
Əli sufi əmirlərinin yığıncağında İsmayılı Səfəvi təriqətinin başçısı
kimi xələfi təyin edir. Qardaşlarını Ərdəbilə yola saldı, özü isə
Rüstəm Mirzənin göndərdiyi qoşuna tərəf geri dönür. 1494-cü ildə Şəməsi adlanan yerdə baş verən döyüşdə qızılbaşlar məğlub olur. Sultan Əli öldürülür.

Sultan
Əli öldürüldükdən sonra sədaqətli sufilər Şeyx Heydərin oğlanları
İsmayıl və İbrahimə Ərdəbildə gizlənməyə kömək etdilər. Onların ardınca
Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını
almış Eybə Sultanın
dəstələri şəhərə daxil oldular. Eybə Sultanın dəstələri şahid təfsilatı
ilə həmin hadisələri danışan anonim salnaməçinin dediyinə görə,
"Ərdəbil əhalisinə münasibətdə zorakılığa və təzyiqə əl atdılar, qətl və
qarətlərə başladılar". İsmayıl, anası Aləmşah bəyimin ilk vaxtlar
onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd
Kakuli adlı Səfəvi müridlərindən birinin evinə köçür və üç gün ərzində
orada qalır. Sonra isə yeddi yaşlı İsmayıl Xancan[4] adlı
qadının himayəsinə verilir. İsmayıl, babası Şeyx Cüneydin qızlarından
biri olan və burada ona baş çəkən bibisi Paşa xatun (Məhəmmədi bəy Türkmanın arvadı) istisna olmaqla hamıdan gizlənərək bir ay həmin qadının himayəssində qalır.

Eybə Sultan Ərdəbildə olduğu müddətdə İsmayılın olduğu yer anası Aləmşah bəyim xatuna belə söylənmir.[5] Paşa xatun İsmayılı Zülqədər tayfasından olan
Übayi-cərrahə adlı qadının yanına gətirir. Həmin qadının evi
"rumluların məhəlləsində” ("məhəlleyi rumiyan”), [[Şeyx Xacə Əli]]nin
azad edərək Ərdəbilə yerləşdirdiyi Əmir Teymurun türk
əsirlərinin nəsilləri yaşayan məhəllədə idi. Eybə Sultan Rüstəmdən
İsmayılı və onun qardaşını hər vasitə ilə tapmaq barədə təkidli
göstərişlər alırdı. O, Ərdəbili "məhəllə-məhəllə, ev-ev” axtarırdı,
lakin bunun nəticəsi olmurdu. Eybə Sultanın adamlarının onun
məhəlləsində axtarışlara başladığından xəbər tutan Üba, İsmayılı
ehtiyatla öz evindən çıxarır və Ərdəbilin Cümə məscidinə gətirərək
Allahvermiş ağanın dəfn edilmiş olduğu sərdabədə yerləşdirir. Üba
hərdənbir Aləmşah bəyimin yanına gəlir və ona oğlu İsmayılın sağ-salamat
olduğunu xəbər verir[5].

Lakin
bir qədər keçdikdən sonra Üba İsmayılın olduğu yeri dəyişdirməyin
zəruriliyini yenidən hiss edir. Həmin məsciddə Eybə Sultanla döyüşdə
yaralanmış qızılbaşlardan biri də gizlənmiş və həkim köməyi üçün Übaya
müraciət etmişdi. Üba müridi İsmayılla görüşdürür. Mürid İsmayıla xəbər
verir ki, "Şəməsi kəndindəki döyüşdən qaçmaqla canını qurtarmış 80 sufi
Ərdəbilin ətrafındakı Baqrov dağında gizlənərək
ona xidmət etmək üçün fürsət axtarır”. Mürid, Übanın məsləhəti ilə
Ərdəbili tərk edir və sağ qalmış qızılbaşların arasında olan Rüstəm bəy Qaramanlıya İsmayıl
barədə məlumat vermək üçün həmin dağa tərəf yola düşür. Rüstəm bəy gecə
yarısı öz adamları ilə gizlicə şəhərə gəlir. İsmayılı məsciddən götürüb
Baqrov dağına yola düşdü və İsmayılı Kərkan kəndində xətib Fərruxzadın evində gizlədir.

Mənsur bəy Qıpçaği, Hüseyn bəy Lələ,
Qırx Seyyidi Əli, Çulban bəy, Xadim bəy Xəlifə, Dədə bəy, Göy Əli bəy
və digər sufilər özlərinin gənc rəhbərini təhlükədən harada daha yaxşı
qorunmağın mümkünlüyü barədə məsləhətləşməyə başlayır. Qərara alınır ki,
İsmayıl Məhəmməd bəy Türkman (İsmayılın bibisi Paşa xatunun əri) və
onun qardaşı Əhməd bəylə çoxdan bəri yaxşı münasibətdə olan Rəşt hakimi
Əmirə İshaqın evinə aparılsın[6][7][8].
Bu səfər zamanı İsmayılı Rüstəm bəy Qaramanlı, Əhmədi bəy və onun
qardaşı Məhəmmədi bəy Türkman 80 nəfərlik qızılbaş dəstəsi ilə müşayiət
edir.

Onlar əvvəlcə Tulunay hakimi
Əmirə Müzəffərin evinə gəlir. Bundan xəbər tutan Eybə Sultan Əmirə
Müzəffərə qasidlə məktub göndərərək Heydərin oğlanlarını təslim etməyi
tələb edir. Onlar Xalxal hakimi
Cagir bəy Pornakdan da eyni məzmunlu məktub alırlar. Bu tələblərə
əhəmiyyət verməyən Əmirə Müzəffər İsmayıl və İbrahim qardaşları Kəskərə
göndərir. Ondan bu barədə müvafiq tapşırıq almış yerli hakim Əmirə
Səyavuş onları öz evində qəbul edir.

Dördüncü
gün İsmayılın dəstəsi Rəştə doğru hərəkət edir. İsmayılın tərəfdarları
Rəşt hakiminin dəvətinə baxmayaraq,onu "Ağ məscid” deyilən yerdə
yerləşdirməyi üstün tutdur. Rəştdə olduğu zaman İsmayıla daim məscidin
qonşuluğunda yerləşən zərgərlik dükanının sahibi olan Əmirə Nəcm (Əmirə
Nəcm Zərgər) adında yerli sakin qulluq edir. Rəşti də təhlükəsiz hesab
etməyən sadiq müridlər İsmayıla Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Karkiya Mirzə Əlinin sarayına keçməkdə kömək edir[9][10][11]. Lahicanda İsmayılı və onu müşayiət edənləri mehribanlıqla qarşılayər və Key Əfridun mədrəsəsi ilə üzbəüz binada yerləşdirlər. Karkiya Mirzə Əli öz qonaqlarına hər cür diqqət göstərir.

Tanınmış yerli alimlərdən biri-Şəmsəddin Lahici ərəb və fars dillərini öyrətmək, Quranı
oxumaq üçün İsmayılın və onun qardaşının tərbiyəçisi təyin olunur. Bir
neçə aydan sonra İsmayılın qardaşı İbrahhim və ögey qardaşı Süleyman
Ərdəbilə-analarının yanına qayıdır. Bu hadisə İsmayılı çox kədərləndirir
və xəstə yatmasına səbəb olur[6].
Ağqoyunlu hökmdarı Rüstəm İsmayılla hesablaşmaq ümidini itirmir.
İsmayıl Gilana qaçdıqdan az sonra Eybə Sultan Übanı həbs etməyə və ondan
İsmayılın Ərdəbildə qaldığı yeri öyrənməyə nail olur. Üba Rüstəmin əmri
ilə Təbrizin bazar meydanında edam edilir.

İsmayılın
qaçırılmasının təşkilinə kömək etmiş Məhəmmədi bəy və onun qardaşı
Əhmədi bəyin əmlakı hökumət tərəfindən müsadirə olunur. Qara Dədənin işə
qarışası və 30 min təngə cərimə verməsindən sonra Rüstəm onları əfv
edir.[12] Rüstəm
İsmayılı qaytarmaq tələbi ilə Karkiya Mirzə Əliyə dəfələrlə hədələyici
məktublar göndərir, lakin Lahican hakimi hər dəfə üzürlü bəhanələr
gətirməklə onun tələblərini rədd edir. İsmayıl Lahicanda təqribən 6 il
qalır. Bütün məsələləri həll edən qızılbaş əmirlərinin hasablamalarına
görə, Ağqoyunlu şahzadələri arasındakı ara müharibələri və onların
dövlətinin dağılması İsmayılın qalibiyyətli yürüşünü asanlaşdırmalı idi.
Bura, İsmayılın yanına itaətkar olduqlarını bildirmək üçün, xüsusilə
Rum, Qaracadağ və Əhərdən çoxlu tərəfdarlar gəlir.[13]

1499-1501

Ərzincana yürüş

İsmayıl 1499-cu ilin avqustunda Lahicandan Ərdəbilə yola düşür.[14][15] Onu
bu yolda yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edir: Hüseyn
bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm
bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və
Qarapiri bəy Qacar. Deyləmdən keçib Taroma gəlirlər. Dayanacaqlar zamanı
İsmayılın dəstəsinə "Rum və Şam” tayfalarından tərəfdarlar
qoşulurdular. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış
keçirilir.

İsmayıl
Gilandan birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru-Xalxal
tərəfə dolama yolla kiçik bir dövrə vurur. Yerli hakim Əmir Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk edib, Xalxala doğru irəliləyir. Birinci dayanacaq Bərəndik kəndində olur. Sonrakı gün o, "Şam-i Qızılüzən” adı ilə tanınan və Şamlı tayfasına mənsub olan şumluq torpaqlarda dayanır.[16][17] Şamlı tayfasının Xalxalda-Qızılüzən çayının sahillərində cəmləşirmiş. İsmayıl və onun dəstələri Hicri Qəməri təqvimlə 905-ci ildə [18] qışını Xəzər dəniziyaxınlığında, Astara ərazisindəki Ərcüvan adlı yerdə keçirirlər.[19][20] Onlar
burada Azərbaycanın cənub hissəsindən olan Səfəvi tərəfdarlarına
qoşunla birləşdirmək üçün vaxt qazandırmaq məqsədilə dayanır.

Qızılbaş rəhbərlərinin müşavirəsində Şərqi Anadoluya-Ərzincana hərəkət etmək qərarı verilir. Qızılbaş rəhbərləri belə hesab edirdilər ki, İsmayıl orada Anadolu və Suriyada olan tərəfdarlarına yaxın olacaq. Onlar İsmayılın yürüşündən xəbər tutub onun bayrağı altına toplanacaq.[21][22] 1500-cü ilin yazında İsmayıl Ərcüvandan Araz çayının şimalındakı dağlıq rayona, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət edir. [[İbrahim Əmini]]nin verdiyi məlumata görə, bu vilayətdə İsmayılın qoşunu tərkibində Ərəşli və Zülqədərli tayfaları çıxış edir.[23] İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə gəlir. Burada Anadolu qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas ona qoşulur.[24]

İsmayıl daha sonra öz dəstəsi ilə Anadoluya doğru hərəkət edir və Arazın mənbəyindəki Ustaclı[25] tayfasının yaşadığı Mingöl yaylağına gəlir. O, Tərcan ərazisindəkiKağızmandan və Sarıqaya yaylağından keçərək Ərzincana çatır.
Burada H.Q. 906-cı ilin əvvəli/1500-cü il-yayın sonu, payızın əvvəli
İsmayılın bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəli,
zülqədər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin "Qaradağ
sufilərindən” ibarət 7000[26] və ya 12000[27] qazi toplanmışdı. Ərzincanda, qızılbaş ağsaqqallarının müşavirəsində hərbi yürüşün istiqaməti məsələsi müzakirə olunur.

Bəziləri
qüvvələrin kifayət qədər olmamasını əsalandırıb, qarşıdan gələn qışı
Ərzincanda keçirməyi və əlavə qüvvələr gəlməsini gözləməyi, yaz gəldikdə
(1501-ci il) isəAzərbaycana, Ağqoyunlu hakimlərindən Əlvənd Mirzəyə qarşı yürüşə başlamağı, digərləri qarşıdan gələn qışda Gürcüstanda cihad
həyata keçirməyi, üçüncülər isə, Çuxursəd ərazisinə yola düşməyi və
orada qışlamağı təklif edir. Bu təkliflərdən heç biri qəbul olunmur.
Təxirə salınmadan başlıca zərbənin mövcud qüvvələrlə Səfəvilərin qəddar
düşməni olan şirvanşah Fərrux Yəsara vurulması qərar alınır.[28][29]

Şirvanşah Fərrux Yəsarla döyüş və Bakının fəthi

Əsas məqalələr: Cabanı döyüşü və Bakının mühasirəsi (1501)

1500-cü ilin sonunda, Gülüstan qalası yaxınlığında, Cəbani adlı yerdə İsmayılla Şirvanşah Fərrux Yasər arasında döyüş baş verir.[30] Döyüşdə
Şirvan qoşunu məğlub olur və Şirvanşah Fərrux Yasər ölürülür. İsmayıl
üç gün döyüş meydanında qalır, sonra isə Şamaxıya qayıdır və şəhər
əyanları tərəfindən ehtiramla qarşılanır.[31][32][33] Fərrux Yəsarın oğlanlarından biri-döyüşdən salamat çıxmış İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinov şəhərinə gələrək atasının qoşunundan sağ qalanlarını toplamağa başlayır.

Lakin Xadim bəy Xüləfanın
(Xüləfa bəy) yürüşündən xəbər tutaraq, gəmilərlə Gilana üzür. Şeyxşahın
ardınca gəlmiş İsmayıl bir neçə gündən sonra Şəhrinovu tərk edib hicri
906/M. 1500-1501-cı ilin qışını keçirmək məqsədilə Muğandakı Mahmudabada yola düşür.[34][35] Burada
İsmayıla bildirilir ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət
etməkdən və "xərac verməkdən” imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını
tutmaq üçün göndərir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin
göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il
yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya
hərəkət edir.

Siyasi fəaliyyəti

1499-cu
ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və
məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun
toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib
olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu iləƏrzincana gəlir. Ərzincanda
keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux
Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir
neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvanahücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü.

İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil
oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları
qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada
öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu
II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou
qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini
ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə
oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları
ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda
düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu
tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki,
Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac
verməkdən imtina edir və müqavimət göstərirlər.[36] İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharındaBakını aldı.

Şirvanşah
qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan
qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını
tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq,
əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir[37],
Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş
əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz,
Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə
Azərbaycanı üstün tuturlar.İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə
Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən
darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və
rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş
dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.

İsmayıl
bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti
və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun
sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər
məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq
üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd
özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə,
İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!