Şah İsmayıl Xətainin ailəsi

Şah İsmayıl Xətainin ailəsi
Maraqlı məlumatlar
10.09.2017 48
Ailəsi

Şah İsmayılın 5 həyat yoldaşı, 6 oğlu və 8 qızı olmuşdur.

Evlilikləri:

Taclı bəyim Şamlı (ö.1540) - Abdi bəy Şamlının qızı

Şahbəyim xanım Mosullu (ö. 1541, Şiraz) - Mahmud Bektaş bəy Mosullunun qızı

Xanbəyim xanım Mosullu (ö. 1547)

Behruzə xanım - Bağdad valisi Xüləfanın qızı

Şirvanşah II İbrahim Şeyxşahın qızı

Oğulları:

Təhmasib Mirzə - Şahbəyim xanımdan olan oğlu.

Əlqas Mirzə - Xanbəyim xanımdan olan oğlu.

Rüstəm Mirzə - 13 sentyabr 1517-ci ildə Marağada doğulmuşdur. Gənc yaşda vəfat etdi.

Sam Mirzə - Xanbəyim xanımdan olan oğlu.

Bəhram Mirzə - Şahbəyim xanımdan olan oğlu.

Hüseyn Mirzə - 11 dekabr 1520-ci ildə doğulmuşdur. Gənc yaşda vəfat etdi.

Qızları:

Fülanə bəyim - II Bəyazidin nəvəsi Şahzadə Murad ilə evlənmişdir.

Canış xanım (26 fevral 1507 - 2 mart 1533) - 1518-ci ildə Əmire Dibac Sultan Müzəffər ilə evlənmişdir.

Pərixan xanım (ö. 1536) - Şahbəyim xanımın qızı. 4 oktyabr 1524-cü ildə II Xəlilullahla evlənmiş, 1539-cu ildə Dərvişməhəmməd xanla evlənmişdir.

Xeyrunnisa Xanış xanım (ö. 12 mart 1564) - 1537-ci ildə Seyyid Nurəddin Nemətullah Baqi Yəzdi ilə evlənmiş, övladları olmuşdur.

Şahzeynəb xanım (1519-1556) - Məhəmməd Şərəf xan Təkəli ilə evlənmişdir.

Firəngiz xanım (d. 1519).

Banui Dövran Bilqüszamani Mehinbanu xanım (1519 - 20 yanvar 1562) - Şahbəyim xanımın qızı. Ailə qurmamışdır.

 ? - Abdulla xan Ustaclı ilə evlənmişdir.

Şah İsmayıl şəxsiyyəti


Xətai divanı





Şah
İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük
həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə
zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və
pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və
xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə
yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir
kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri,
həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.


Şah İsmayıl Xətai





Venesiyadan
olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla
Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var.
Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ
saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən
güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir
və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan
mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək
üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu
yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz
təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və
pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə
və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən
salamat çıxaracaq."

Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.

Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.

Xalq
arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın
qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah
İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk
sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarış göndərib xahiş
edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur.
Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və
İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah
İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə
olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmin qılıncdır,
vuran əl isə həminki olmayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!